GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR

Tarix: 8-05-2026, 14:52 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5


2024-cü ilin 5 iyun tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi böyük pafosla bir elan yaydı. Elanda bildirilirdi ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali üçün QHT-lərin “səyyar xidmətləri” layihəsinə başlanılır. Tibbi xidmətlərdən tutmuş psixoloji dəstəyə, fiziki məhdudiyyətli uşaqlarla işdən mina təhlükəsi ilə bağlı maarifləndirməyə qədər geniş fəaliyyətlər vəd olunurdu. Hətta QHT nümayəndələrinin nəqliyyat, qidalanma və gecələmə xərclərinin qarşılanacağı da xüsusi vurğulanırdı.

Yenixeberorg.com: Kağız üzərində hər şey gözəl görünürdü. Dövlət qurumu özünü həssas qrupların yanında göstərir, Qarabağa qayıdış prosesində “aktiv iştirak” görüntüsü yaradırdı. Amma aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, ortada nə nəticə var, nə hesabat, nə də ictimaiyyətə təqdim edilən konkret fəaliyyət. Agentliyin rəsmi hesabatlarında belə bu təşəbbüslə bağlı ciddi bir məlumat yoxdur. Nə qədər QHT cəlb edildi? Hansı xidmətlər göstərildi? Hansı kənd və şəhərlərdə fəaliyyət oldu? Neçə şəhid ailəsi, neçə uşaq, neçə köçkün bu xidmətlərdən yararlandı? Bu sualların heç birinə cavab yoxdur.

Bu isə çox ciddi məsələdir. Çünki burada söhbət adi bir layihədən getmir. Burada işğaldan azad olunmuş ərazilərdən, illərlə əziyyət çəkmiş insanlardan, şəhid ailələrindən, həssas qruplardan danışılır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu mövzuları ictimai rəğbət və reklam alətinə çevirməməlidir. Əgər elan verilirsə, nəticə də olmalıdır. Əgər dövlət vəsaiti ayrılırsa, ictimai hesabatlılıq da təmin edilməlidir. Əks halda, bu, sadəcə ucuz PR kampaniyası təsiri bağışlayır.

Ən utancverici məqam isə budur ki, Qarabağ kimi həssas və milli məsuliyyət tələb edən bir mövzu “fəaliyyət görüntüsü” yaratmaq üçün istifadə edilir. İnsanlarda belə təsəvvür yaradılır ki, guya böyük sosial proqram həyata keçirilir, amma sonradan məlum olur ki, ortada nə şəffaflıq var, nə hesabat, nə də nəticə. Dövlət qurumu reklam xarakterli elan yayır, öz media subyektləri bunu tirajlayır, rəsmi saytlar paylaşır, amma 2 ildir məsələ unudulur. Üstəlik, bu Agentliyin ilk belə qalmaqallı və şübhəli təşəbbüsü deyil: 2022-ci ildə də “Heydər Əliyevin Şuşa sevgisi” adlı layihə böyük təqdimatlarla elan edilmişdi. Amma sonradan məlum oldu ki, layihə faktiki olaraq həyata keçirilməyib. Agentliyin icraçı direktoru Aygün Əliyeva 35 min manatlıq tədbiri kağız üzərində icra edilmiş kimi rəsmiləşdirib, daxili hesabatlara isə montaj olunmuş fotolar əlavə edərək maliyyə yoxlaması aparan qurumları məharətlə aldada bilib. Ən dəhşətlisi isə budur ki, ortada ciddi faktlar olduğu halda heç bir ciddi məsuliyyət tədbiri görülmədi. Əksinə, cəzasızlıq mühiti formalaşdırıldı və nəticədə daha böyük layihələrin, daha həssas mövzuların və hətta Ümummilli lider Heydər Əliyevin adının belə PR və saxta hesabat mexanizmlərinə çevrilməsinə şərait yaradıldı.

Bu artıq təkcə səriştəsizlik və ya uğursuz idarəçilik məsələsi deyil. Bu, dövlət resurslarının, milli dəyərlərin və ictimai həssaslığın manipulyasiya predmetinə çevrilməsi barədə çox ciddi suallar yaradır. Qarabağ, şəhid ailələri, məcburi köçkünlər, fiziki məhdudiyyətli uşaqlar və hətta Ulu öndər Heydər Əliyev irsi üzərindən reklam qurmaq, sonra isə ortada heç bir real nəticə təqdim etməmək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün utanc olmalıdır.

Əgər icra edilməyəcəkdisə, niyə elan verilirdi? Dövlət qurumunun əsas vəzifəsi görüntü yaratmaq deyil, real iş görməkdir. Xüsusilə də söhbət həssas qruplardan və Qarabağa qayıdış prosesindən gedirsə... Bu cür yarımçıq və nəticəsiz təşəbbüslər həm dövlət idarəçiliyinə inamı zədələyir, həm də həqiqətən fəaliyyət göstərmək istəyən QHT-lərin nüfuzuna zərbə vurur.

"Yenixeberorg" olaraq xatırladaq ki, daha təhlükəlisi isə budur ki, bu artıq sistemli yanaşmaya bənzəyir. Təmtəraqlı elanlar verilir, emosional və pafoslu mətnlər yazılır, “tarixi proses”, “şanlı qayıdış”, “həssas qruplara xidmət” kimi ifadələr ön plana çıxarılır, amma sonra nəticə görünmür. Dövlət qurumunun fəaliyyəti reklam üzərində qurulmamalıdır. Ortada nəticə yoxdursa, bu cür elanlar ictimaiyyəti aldatmaqdan başqa bir məna daşımır.

Qarabağ mövzusu reklam vitrini olmamalıdır. Şəhid ailələrinin, məcburi köçkünlərin, fiziki məhdudiyyətli uşaqların adı isə heç bir halda PR məqsədilə istifadə olunmamalıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəzifəsi öz rəhbərliyinin imicini formalaşdırmaq deyil, vətəndaşa real xidmət göstərməkdir.(Yenixeberorg.com)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • QHT Agentliyi qrant müsabiqəsini niyə gecikdirir?.. - AÇIQLAMA

    QHT Agentliyi qrant müsabiqəsini niyə ...

    4-11-2021, 14:50

  • 
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43

  • 
  • Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi: Növbə yenixeber.org-a çatdı

    Bu da "dostlarımız"ın bizə bayram ...

    19-03-2026, 22:46


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu