GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cənubi Qafqazı ÇALXALAYAN Makrona ŞİLLƏ KİMİ CAVABLAR - ŞOK HƏQİQƏT

Cənubi Qafqazı ÇALXALAYAN Makrona ŞİLLƏ KİMİ CAVABLAR - ŞOK HƏQİQƏT

Tarix: 11-05-2026, 22:14 Bölmə :Ölkə / Dünya Baxış: 4

“Paris Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirməyə çalışır. Afrika və Yaxın Şərqdə təsir imkanlarını müəyyən qədər itirən Fransa yeni geosiyasi aktivlik zonaları axtarır”.

Gundemxeber.com bildirir ki, bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, Ermənistan bu baxımdan Fransa üçün həm geosiyasi, həm də simvolik platformaya çevrilir:

“Müasir neokolonializm klassik müstəmləkəçilikdən fərqlənir. Artıq birbaşa işğal və hərbi mövcudluq əsas alət deyil. Əvəzində təhlükəsizlik asılılığı, maliyyə mexanizmləri ilə asılılıq yaratmaq, siyasi elitaya təsir etmək və onu həlledici qərarvermə prosesinə yönləndirmək əsas vasitələrə çevrilib. Bu ikitərəfli təzyiq və nüfuzetmə vasitələri ilə yanaşı, beynəlxalq institutlar vasitəsilə yönləndirmə və nəticədə informasiya təsiri və diplomatik təzyiq altında saxlamaq da özünü göstərir. Fransanın Ermənistan siyasətində də bu elementlər görünür”.

RİZVAN.jpg (133 KB)

Rizvan Nəbiyev əlavə edib ki, Emmanuel Makronun “Sülh ritorikası” ilə hərbiləşmə siyasəti arasında ciddi ziddiyyət görünür:

“Makron Ermənistanın “Rusiyanın peykindən Avropaya dönüşünü” faktiki olaraq “yeganə düzgün seçim” kimi təqdim edir. Bu isə regionu çoxtərəfli əməkdaşlıq məkanından daha çox geosiyasi bloklaşma zonasına çevirir. Başqa sözlə, Ermənistanın suveren seçim imkanları məhdudlaşdırılır, yeni geosiyasi orbitə daxil edilməsi təşviq olunur. Makron çıxışında Cənubi Qafqazın “imperiyalar arasında rəqabət meydanına çevrilməməli olduğunu” bildirsə də, Fransanın son illərdə bölgədə atdığı addımlar tam əks mənzərə yaradır. Paris Ermənistanla hərbi əməkdaşlığı genişləndirir, onu Qərb-Rusiya qarşıdurmasının ön xəttinə yaxınlaşdırır və regionda balanslı tərəfdaş olmaqdan daha çox ədalətsiz tərəf kimi davranır. Bu isə Fransa siyasətinin neokolonial xarakter daşıdığı barədə fikirləri gücləndirir.

Əsas sual bundan ibarətdir: Fransanın Ermənistanda qurduğu nüfuz infrastrukturunun mahiyyəti nədir? Bu siyasət Cənubi Qafqazı yeni imperial rəqabət məkanına çevirirmi? Bütün bunların Ermənistanın özü üçün hansı riskləri var? Makronun çıxışındakı ən diqqətçəkən element onun Ermənistanla münasibəti təsvir etdiyi dildir. O, açıq şəkildə bəyan edir ki, Fransa Ermənistanın silahlı qüvvələrinə təlim keçir, Ermənistanı silahlandırır və hərbi məsləhətlər verir. Eyni zamanda Fransa İnkişaf Agentliyi vasitəsi ilə Ermənistana yönələn maliyyə dəstəyinin həcminin 800 milyon avroya çatdırıldığı vurğulanır. Bu, sadəcə iqtisadi və ya diplomatik əməkdaşlıq deyil, daha geniş geosiyasi nüfuz sisteminin qurulması təsiri bağışlayır”.

Deputat bildirib ki, Makronun seçdiyi “biz formalaşdırırıq, silahlandırırıq, məsləhət veririk” kimi ifadələr münasibətlərin bərabərhüquqlu tərəfdaşlıqdan daha çox himayədar və patronajdan asılı tərəf yaratmaq modeli olmasını göstərir:

“Bu dil klassik neoimperial yanaşmanı xatırladır. Görünən odur ki, Fransa Ermənistanı müstəqil regional aktor kimi deyil, öz təsir zonasının elementi kimi formalaşdırmağa çalışır. Makronun çıxışında ikinci mühüm məqam Ermənistanın “Rusiyanın peykindən” Avropaya dönüşünü “yeganə ağlabatan seçim” kimi təqdim etməsidir. Diplomatik ritorikada bu cür ifadələr nadir hallarda işlədilir. Çünki belə tezis mahiyyət etibarilə regionu ikiqütblü geosiyasi qarşıdurma məkanına çevirir, çoxşaxəli və balans siyasətini mümkünsüz göstərir. Əsl paradoks isə ondadır ki, Makron bir tərəfdən Azərbaycan və Türkiyə ilə dialoqun vacibliyindən danışır, digər tərəfdən isə Ermənistanın hərbi potensialının artırılmasını prioritet kimi təqdim edir. Halbuki revanşist əhval-ruhiyyənin hələ də müəyyən dairələrdə güclü olduğu Ermənistanda bu cür ziddiyyətli mesajlar sabitlik yaratmır, əksinə, yeni risklər formalaşdırır. Makronun neoimperial siyasətinin başqa bir göstəricisi də odur ki, o, Paşinyan hakimiyyətinin geosiyasi kursunu daxili siyasi seçimdən daha çox xaricdən istiqamətləndirilən transformasiya kimi təqdim edir. Bu isə Ermənistanın suveren qərarvermə imkanlarının zəif olması barədə suallar doğurur”.

pasinyan-_makron-6754.jpg (250 KB)

Deputatın sözlərinə əsasən, Fransa prezidentinin Ermənistan məsələsində bu qədər fəal görünməsinin səbəblərindən biri də daxili siyasi amillərlə bağlıdır:

“Son illərdə Emmanuel Makron sosial etirazlarla, pensiya islahatlarına qarşı narazılıqlarla, ifrat sağın yüksəlişi və 10-15 faizə düşməklə ciddi reytinq itkisi ilə üzləşib. Belə şəraitdə xarici siyasətdə “qlobal lider” görüntüsü yaratmaq Makron üçün həm də daxili siyasi müstəvidə legitimlik alətinə çevrilir”.

Milli Məclis üzvü deyib ki, bir tərəfdən Fransa Ermənistanı Qərbin geosiyasi orbitinə daha sıx bağlamağa çalışır, digər tərəfdən isə Ermənistan daxilində artıq bu siyasətin yaratdığı riskləri anlayan siyasi çevrələrin narahatlığı açıq şəkildə hiss olunur:

“Bu mənada Fransa prezidenti Emmanuel Makronun İrəvanda keçirilən “İrəvan dialoqu” forumunda səsləndirdiyi fikirlər və Ermənistan parlamentinin sədri Alen Simonyanın “Deutsche Welle”yə verdiyi müsahibə birlikdə təhlil edildikdə, regionda formalaşan yeni geosiyasi reallığın ziddiyyətli mahiyyəti aydın görünür. Məhz bu kontekstdə Simonyanın açıqlamaları xüsusi diqqət çəkir. Onun “7 iyunda seçim sülh və müharibə arasında olacaq” fikri Ermənistan daxilində yaranmış strateji dilemma barədə açıq etirafdır. Alen Simonyan faktiki olaraq bildirir ki, ölkə ya region dövlətləri ilə normal münasibətlər qurmalı, ya da köhnə revanşist siyasətin nəticələrilə üzləşməlidir. Daha mühüm məqam isə Simonyanın “amorf Ermənistan” və “real Ermənistan” barədə dedikləridir. Alen Simonyan etiraf edir ki, Ermənistan uzun illər dövlət strategiyasını real geosiyasi maraqlar üzərində deyil, keçmişin mifoloji narrativləri üzərində qurub. “100 il, 1000 il əvvəl Ermənistana aid olmuş torpaqlar” üzərindən formalaşdırılan ideologiya ölkəni inkişaf etdirmək əvəzinə onu təcrid edib və xarici güclərin manipulyasiya obyektinə çevirib. Bu fikirlər əslində Ermənistan siyasi düşüncəsində ciddi dönüşün baş verdiyini göstərir. Çünki ilk dəfə yüksək səviyyəli erməni rəsmisi açıq şəkildə etiraf edir ki, “tarixi Ermənistan” ideologiyası ölkə üçün təhlükəyə çevrilib. Simonyanın “əks halda Ermənistan xəritədən silinə, quberniyaya çevrilə bilər” fikri isə olduqca ciddi xəbərdarlıqdır. Onun özünün də etiraf etdiyi kimi, tarixdə böyük güclərin geosiyasi oyunlarında alətə çevrilən çoxsaylı dövlətlərin aqibəti buna nümunədir. Burada əsas təhlükə Ermənistanın “yeni Ukrayna” modelinə sürüklənməsi riskidir. Necə ki, Ukrayna uzun illər böyük güclərin rəqabət məkanına çevrildi və nəticədə dağıdıcı müharibə ilə üzləşdi, Ermənistan da oxşar geosiyasi ssenarinin elementlərilə qarşı-qarşıyadır. Fransanın Ermənistanda həyata keçirdiyi neoimperial və neokolonial siyasət ölkəni real qarşıdurma məkanına çevirmək təhlükəsi yaradır. Bu riskləri artıran əsas amillərdən biri də Ermənistan ərazisində müxtəlif güc mərkəzlərinin paralel şəkildə mövcudluğudur. Rusiyanın hərbi mövcudluğu hələ də qalır. Digər tərəfdən, Fransanın hərbi iştirakının intensivləşməsi, “Frontex” missiyasının aktivləşməsi, Avropa İttifaqı-Ermənistan yaxınlaşması regionda onsuz da həssas olan geosiyasi balansı daha da mürəkkəbləşdirir. Makronun Rusiyanın Ermənistanı “tərk etməsi” ilə bağlı açıqlamaları da məhz bu istiqamətdə mesaj kimi qiymətləndirilə bilər”.

Rizvan Nəbiyevin sözlərinə görə, Ermənistan cəmiyyətinə “köhnə təhlükəsizlik modeli dağılıb, yeni istiqamət Qərbdir” mesajı verilir:

“Lakin problem ondadır ki, Qərb Ermənistan üçün real təhlükəsizlik təminatı vermir və hazırkı geosiyasi vəziyyətdə də vermək iqtidarında deyil. Bu isə ölkəni daha riskli vəziyyətə sürükləyir. Əslində həm Makronun çıxışı, həm də Simonyanın etirafları bir həqiqəti ortaya qoyur: Ermənistan yol ayrıcındadır. Bir yol region dövlətləri ilə əməkdaşlıq, sərhədlərin açılması, iqtisadi inteqrasiya və “real Ermənistan” modelinə real əməldə keçiddir. Digər yol isə xarici güclərin geosiyasi qarşıdurmasının alətinə çevrilmək, revanşist narrativləri davam etdirmək və yeni böhranlara sürüklənməkdir. Xarici güclərin neokolonial müdaxilələri isə bölgədə sabitliyi deyil, yeni parçalanma xətlərini və təhlükəli qarşıdurmaları dərinləşdirir.

İLHAM ESGER.jpg (246 KB)

Cənubi Qafqazın gələcəyi yalnız region ölkələrinin qarşılıqlı hörmət və əməkdaşlığı əsasında formalaşa bilər. Azərbaycanın Şanlı Zəfərimizdən sonra formalaşdırdığı yeni siyasi reallıqlar və status-kvo əsasında əməkdaşlıq imkanları uzunmüddətli sülhə və sabitliyə hesablanıb. Prezident İlham Əliyev tərəfindən irəli sürülən siyasi xəttin əsas istiqamətlərindən biri Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan Prezidentinin sülh gündəliyi praqmatik siyasətə əsaslanır: təhlükəsizlik, enerji, iqtisadiyyat və nəqliyyat layihələri vasitəsilə qarşıdurmanı əməkdaşlıqla əvəz etmək məqsədi daşıyır. Bu yanaşma xüsusilə 2023-cü ildə Azərbaycanın tam suverenliyini bərpa etməsindən sonra daha açıq şəkildə gündəmə gətirilir və beynəlxalq birlik tərəfindən də təqdir olunur”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidov: “Fransanın Ermənistanı dəstəkləməsi siyasi münasibətlərə ciddi təsir göstərəcək”

    Səməd Seyidov: “Fransanın Ermənistanı ...

    20-11-2020, 11:33

  • 
  • ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

    ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ...

    3-08-2021, 10:45

  • 
  • Münhen Təhlükəsizlik Konfransının ilginc Türkiyə hesabatı

    Münhen Təhlükəsizlik Konfransının ilginc Türkiyə ...

    14-02-2025, 12:04

  • 
  • Türkiyə-Fransa savaşı: Liviya, Suriya, Şərqi Ağdəniz və Cənubi Qafqazda sarsıdıcı məğlubiyyətlər

    Türkiyə-Fransa savaşı: Liviya, Suriya, Şərqi ...

    23-11-2020, 21:25

  • 
  • Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi

    Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi ...

    26-01-2018, 11:42


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu