GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi

Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi

Tarix: 15-05-2026, 19:36 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 4


Bakının Yasamal rayonunda həyata keçirilən iri tikinti layihəsi ilə bağlı məhkəmə çəkişməsi başlayıb.

Gununsesi.info xəbər verir ki, “Lux Residence” MMC Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 38 ünvanında yaşayan Məmmədov Gündüz Əbülfəz oğlunun yaşadığı evin boşaldılması və sökülməsi barədə iddia qaldırıb.

İddia ərizəsində qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 2020-ci il tarixli, 164 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4,20 hektar torpaq sahəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “Lux Residence” MMC-yə icazə verilib.

Həmin sərəncamın 1-ci maddəsinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitlərin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi qanunvericiliyə uyğun olaraq şirkət tərəfindən həyata keçirilməlidir.

Şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə bildirib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən 28 aprel 2020-ci il tarixində əraziyə baxış keçirilib və həmin ərazidə yerləşən yaşayış evlərinin ciddi qəzalı vəziyyətdə olduğu müəyyən edilib.

Ekspert rəyində isə göstərilib ki, yaşayış evləri uzun müddət təmirsiz istifadə olunduğundan köhnəlib və fiziki aşınmaya məruz qalıb. Yükdaşıyan divarlarda müxtəlif istiqamətli bir və ikitərəfli çatlar yaranıb. Torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarda isə suvaq qatlarının və hörgü məhlullarının aşınması müşahidə olunub. Evlərin əksəriyyətində ağac materialından olan qapı və pəncərələr köhnəlib. Dam örtüklərinin uzun müddət təmirsiz qalması nəticəsində atmosfer suları tikililərin daxilinə sızaraq tavan və divarlarda rütubət izləri yaradıb.

Bundan başqa, bəzi tikililərin ağac konstruksiyalı döşəmə və tavan hissələrinin çürüyərək deformasiyaya uğradığı bildirilib. Elektrik, su və kanalizasiya sistemlərinin köhnəldiyi və yararsız vəziyyətə düşdüyü qeyd olunub. Rəyə əsasən, daxili həyətlərdə sakinlər tərəfindən tikinti norma və qaydalarına əməl olunmadan əlavə tikililər inşa edilib. Bu artırmaların metal borular və mövcud daş hörgülər üzərində müxtəlif tikinti materiallarından istifadə edilməklə həyata keçirildiyi, nəticədə evlərin əlavə yüklənməsinə səbəb olduğu və tikililərin fəza sərtliyini zəiflədərək xüsusilə zəlzələ təhlükəsi baxımından faciəvi nəticələr yarada biləcəyi vurğulanıb.

Ekspertiza sənədində həmçinin qeyd olunub ki, həmin yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir və memarlıq baxımından heç bir tarixi əhəmiyyət daşımır.

İddia ərizəsində göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 29 aprel 2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair 31 avqust 2020-ci il tarixli, 1603 saylı icarə müqaviləsi bağlanıb.

Daha  Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 oktyabr 2020-ci il tarixli, 30 nömrəli sərəncamından çıxarışa əsasən, həmin ərazidə “Lux Residence” MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14, 16 və 20 mərtəbəli yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilib. Ardınca Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29 dekabr 2022-ci il tarixli, Tİ-133/22 nömrəli qərarı ilə ərazidə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə rəsmi icazə verilib.

Şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə vurğulayıb ki, sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, əvvəlki yaşayış sahələrindən daha böyük olmaqla təmirli mənzillər təklif olunur. Eyni zamanda sakinlərin köçürülməsi üçün yük avtomobilləri ayrıldığı, yeni tikiləcək mənzillər təhvil verilənədək isə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları ödənildiyi qeyd olunub.

“Lux Residence” MMC bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamından irəli gələn öhdəlikləri vicdanla icra edir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər verir, sökülmüş evlərin sahiblərinin hüquqlarına hörmətlə yanaşır və sakinlərin bərabər mənafelərinin qorunmasına çalışır.

İddia ərizəsində qeyd olunub ki, Yasamal rayonu ərazisində yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanıb. Şirkət həmin sakinlərə yeni mənzillər tikilərək verilməsi barədə öhdəlik götürüb və prosesin təhlükəli vəziyyət nəzərə alınaraq təxirə salınmadan davam etdirildiyini bildirib.

MMC məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edib ki, ayrılmış torpaq sahəsində onlarla mülkiyyətçi ilə razılıq əldə olunub, sakinlər köçürülüb və tikilməli olan yeni binaların əksəriyyəti artıq tamamlanıb. Lakin bəzi sakinlərlə razılaşma əldə edilmədiyindən layihə üzrə nəzərdə tutulan bəzi binaların tikintisinə başlamaq mümkün olmayıb.

Şirkətin bildirdiyinə görə, ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə söküntü və yeni mənzillə təmin edilmə barədə müqavilələr bağlanıb. “Lux Residence” MMC həmin sakinlərə müasir standartlara və şəhərin memarlıq üslubuna uyğun yeni binalarda təmirli mənzillər təqdim etməyi və həmin müddətdə aylıq kirayə haqları ödəməyi öhdəsinə götürüb.

İddia ərizəsində qeyd edilir ki, digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 38 ünvanında yerləşən evin sahibi Məmmədov Gündüz Əbülfəz oğlu ilə də danışıqlar aparılıb. Lakin şirkətin iddiasına görə, cavabdeh “əsassız tələblər” irəli sürdüyündən tərəflər arasında razılıq əldə olunmayıb.

Şirkət bildirir ki, cavabdehə digər sakinlərlə eyni şərtlərlə təklif verilib. Belə ki, Məmmədov Gündüz Əbülfəz oğluna faktiki sahəsi 54,92 kvadratmetr olan evin əvəzində yeni tikiləcək binanın 10-cu blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 67 kvadratmetr olan təmirli mənzil, həmin mənzil təhvil verilənədək isə aylıq 600 manat kirayə haqqı təklif olunub. Bundan əlavə, alternativ olaraq kompensasiya variantının da təqdim edildiyi qeyd olunub.

İddiaçı tərəf hesab edir ki, qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq ilk növbədə sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Şirkət bildirir ki, digər sakinlərlə razılıq əldə olunduğu halda cavabdehin “əsassız tələblərlə” prosesə mane olması həm digər sakinlərin hüquqlarını pozur, həm də layihənin icrasını ləngidir.

MMC iddia edir ki, cavabdeh öz hüquqlarından sui-istifadə edir və nəticədə şirkətin fəaliyyətinə külli miqdarda ziyan vurur, eyni zamanda onlarla insanın mənzil hüquqlarının həyata keçirilməsinə mane olur.

İddia ərizəsində həmçinin geniş hüquqi əsaslandırma yer alıb. Şirkət Konstitusiyanın 13-cü maddəsinə istinad edərək bildirib ki, mülkiyyət hüququ dövlət tərəfindən qorunsa da, bu hüquq mütləq deyil və müəyyən hallarda məhdudlaşdırıla bilər. Sənəddə qeyd olunub ki, mülkiyyət hüququnun məhdudlaşdırılması başqa şəxslərin hüquqlarının müdafiəsi məqsədi daşımalı, qanunauyğun və mütənasib olmalıdır.

Şirkət Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarına istinad edərək vurğulayıb ki, dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar müəyyən hallarda mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilər. İddia ərizəsində qeyd olunub ki, belə hallarda əsas məqsəd vətəndaşların təhlükəsizliyinin təmin olunması və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.

“Lux Residence” MMC həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə istinad edərək qeyd edib ki, hüquqdan yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə istifadə edilməsinə yol verilmir. Şirkət Mülki Məcəllənin 152.5, 152.6, 560.1, 560.2 və 560.3-cü maddələrini də göstərərək bildirib ki, hüquqdan sui-istifadə yolverilməzdir və bu əsas üzərində həyata keçirilən hərəkətlər etibarsız hesab olunur.

İddia ərizəsində Konstitusiya Məhkəməsinin “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativi ilə bağlı qərarına da istinad olunub. Həmin qərarda qeyd edilir ki, bəzi hallarda mülkiyyətçilərin bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələbləri şəhərsalma layihələrinin həyata keçirilməsini çətinləşdirir, digər mülkiyyətçilərin hüquqlarını pozur və tikinti prosesinin əsassız uzanmasına səbəb olur.

Şirkət Avropa Birliyinin Ədalət Məhkəməsinin “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə qərarına da istinad edib. Həmin qərarda qeyd olunur ki, şəxs ona verilən hüquqdan qanunvericinin nəzərdə tutduğu məqsədə zidd şəkildə istifadə edərək başqalarına zərər vurmaq və qeyri-bərabər üstünlük əldə etmək istəyirsə, bu hüquqdan sui-istifadə hesab edilir.

Sonda “Lux Residence” MMC məhkəmədən iddianın təmin olunmasını, Məmmədov Gündüz Əbülfəz oğlunun Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 38 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 54,92 kvadratmetrlik evinin boşaldılaraq söküntü üçün şirkətə təhvil verilməsini istəyib.

Şirkət həmçinin məhkəmədən cavabdehin yeni tikiləcək binanın 10-cu blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 67 kvadratmetr olan təmirli mənzillə təmin olunması, həmin mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay ərzində təhvil verilməsi və ev şirkətə təhvil verilən gündən başlayaraq yeni mənzil təqdim edilənədək hər ay 600 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Məsələ ilə bağlı sözügedən işin vəkili də saytımıza açıqlama verib.

O bildirir ki, dövlət reysterindən çıxarılmış sənədlər var, fərdi yaşayış evləridir. Bu fərdi yaşayış evlərinin də hər birinin ayrı-ayrılıqda yaşayış sahəsi olur. Biri var, yaşayış sahəsi, biri var, həyatyanı sahəsi. Ancaq ondan da məhrum olublar. Konpensasiyasını qarşı tərəfə ödəmək istəmirlər. Bir sözlə, vətəndaşa istədiyi, haqqı olan pulu vermirlər, həyatyanı sahəni də nəzərə almırlar. Bu da onun konstitusion hüquqlarını pozur./Gununsesi.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda iki mindən çox ev söküləcək

    Bakıda iki mindən çox ev söküləcək ...

    24-10-2017, 15:30

  • 
  • Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz tikintisi dayandırıldı

    Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz ...

    20-06-2018, 11:23

  • 
  • Nizami rayonunda söküntü qalmaqalı böyüyür — FOTO

    Nizami rayonunda söküntü qalmaqalı böyüyür — FOTO ...

    14-08-2017, 13:38

  • 
  • ”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - “Ədalətin bərpası üçün mənə kömək edin...”

    ”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - ...

    23-10-2021, 10:52

  • 
  • MİDA-nın ilginc tender ortaqları: ADLAR TANIŞ... - SİYAHI

    MİDA-nın ilginc tender ortaqları: ADLAR TANIŞ... ...

    31-08-2023, 22:41


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu