GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan media tarixində Baimov faktoru: Texnoloji yeniliklərdən "ələbaxan" media modelinə

Azərbaycan media tarixində Baimov faktoru: Texnoloji yeniliklərdən "ələbaxan" media modelinə

Tarix: 15-05-2026, 23:31 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5

Azərbaycan media tarixində Baimov faktoru:
Azərbaycanın onlayn media tarixinə nəzər saldıqda, Elnur Baimov adından yan keçmək mümkün deyil...

2000-ci illərin əvvəllərində, internet jurnalistikasının ilk rüşeymləri atılanda sığorta sektorundan media rəhbərliyinə gətirilən bu sima, texnoloji yenilikləri xəbər istehsalı ilə birləşdirən ilk şəxslərdən oldu.

Gundemxeber.com AFN-ə istinadən xatırladır ki, mərhum Anar Məmmədxanovun etimadı ilə "Day.az"da ulduzu parlayan Baimov, sonradan "Turbo.az"dan "Oxu.az"a qədər nəhəng bir resurs şəbəkəsinə rəhbərlik etdi. Lakin zaman keçdikcə aydın oldu ki, bu vizyonerlik jurnalistikanın ali prinsiplərinə deyil, tamamilə fərqli və təhlükəli məqsədlərə xidmət edirmiş.

Ucuz trafik və "klikbeyt" bəlası

Baimovun "uğur" hekayəsinin pərdəarxası əslində Azərbaycan media mühitinə vurulan ən ağır zərbələrdən biri idi. O, jurnalistikanı ictimai missiyadan qoparıb, onu "texnoloji təzyiq aləti" və "ucuz trafik mənbəyi" halına gətirdi. Ölkə mediasına "klikbeyt" (clickbait) bəlasını-yəni oxucunu aldatmağa hesablanmış "Şok fakt", "İnanmayacaqsınız" tipli bayağı başlıqlar xəstəliyini o gətirdi, desək, yanılmarıq. Bu yanaşma ciddi jurnalistika ənənələrini məhv etdi, oxucunun inamını qırdı və medianı keyfiyyət yarışından çıxarıb, boş rəqəmlər arxasınca qaçan bir mexanizmə çevirdi.

"Ələbaxan" media, süni məmur obrazı

Baimovun media sisteminə gətirdiyi ən təhlükəli tendensiya jurnalistikanı müstəqil güc mərkəzindən çıxarıb, maliyyə donorlarından asılı, "müti" və "ələbaxan" hala salması oldu. Onun qurduğu modeldə media orqanı xəbər istehsalçısı deyil, sifariş yerinə yetirən bir alət idi.

Onun yüksəlişi həm də siyasi kuluarlardakı merkantil əlaqələrlə bağlı idi. Bir tərəfdən Elnur Aslanovun strateji "çətiri", digər tərəfdən sabiq nəqliyyat nazirinin oğlu Anar Məmmədovla dostluğu onun həm sürətlə varlanmasına, həm də Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi (NİİM) kimi dövlət postlarına "sırımasına" yol açdı. Lakin qısa müddətli məmurluq təcrübəsi onun əsl mahiyyətini — medianı bir reket və piar vasitəsi kimi idarə etmək marağını gizlədə bilmədi.

"Rabitə İşi" və rəqəmsal informasiya reketliyi

Baimovun adının 2015-ci ildəki səs-küylü "Rabitə işi"ndə hallanması təsadüfi deyildi. İttihamlara görə, dövlət büdcəsindən media layihələrinə ayrılan vəsaitlər şəffaf olmayan yollarla şəxsi "rəqəmsal imperiyaların" qurulmasına və trol şəbəkələrinin saxlanılmasına sərf edilib. SEO və texnoloji imkanlardan istifadə edərək müəyyən şəxsləri hədəf seçmək, sonra isə bu məlumatların "təmizlənməsi" üçün sövdələşmələrə girmək klassik mənada jurnalistika deyil, rəqəmsal informasiya reketliyi idi.

Okeanın o tayından meydan oxumaq

Məlum cinayət işləri və rəqəmsal ifşalardan sonra Azərbaycanı tərk edib ABŞ-ın Virciniya ştatına köçən Baimov, bu gün fəaliyyətini okeanın o tayından davam etdirir. O, hazırda beynəlxalq rəqəmsal marketinq və reputasiya menecmenti (ORM) adı altında "izsilmə" xidmətləri göstərir. Bir zamanlar Azərbaycan mediasında qara piarın memarı olan birinin indi beynəlxalq müstəvidə "keçmişi təmizləmək" biznesi qurması rəqəmsal bir ironiyadır.

Maraqlıdır ki, Azərbaycanda qazandığı milyonlar hesabına təmtəraqlı həyat quran Baimov, son dövrlərdə dostu Adnan Əhmədzadənin həbsindən sonra qəfil "müxalifətçi" obrazına bürünüb. Sosial şəbəkələrdə sistemin qəzəbindən və problemlərin mənbəyindən danışaraq həbsləri siyasiləşdirməyə çalışması, onun növbəti manipulyasiya gedişidir.

Elnur Baimov rəqəmsal dünyadakı ustadlığını medianı ucaltmaq üçün yox, onu bayağılaşdırmaq və bir alətə çevirmək üçün işlətdi. Bu gün Azərbaycan mediası hələ də o dövrdən qalan "ucuz İP" və "reytinq xatirinə hər şey" xəstəliyindən qurtulmağa çalışır.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Muxtar Respublikada Naxçıvan Dövlət Universitetinə niyə “İsaxana” deyirlər? - İLGİNC

    Muxtar Respublikada Naxçıvan Dövlət ...

    13-06-2022, 12:22

  • 
  • Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı görüntü xarakteri daşıyır”

    Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı ...

    18-07-2018, 19:59

  • 
  • Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya “Ayının Dayısı”...  Kimdir o?

    Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya ...

    15-04-2014, 18:27

  • 
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52

  • 
  • Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir!

    Medianın İnkişafı Agentliyi onlayn media ...

    14-11-2022, 13:33


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu