GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İrəvanda kritik seçimə günlər qaldı - Qafqazla bağlı ŞOK PROQNOZ

İrəvanda kritik seçimə günlər qaldı - Qafqazla bağlı ŞOK PROQNOZ

Tarix: 16-05-2026, 17:58 Bölmə :Ölkə / Dünya Baxış: 11


2020-ci ildə 2-ci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında antiterror əməliyyatından sonra Cənubi Qafqazda yaranmış yeni reallıq hələ tam oturuşmamışkən, Ermənistanda keçiriləcək 7 iyun seçkiləri regionun gələcək siyasi trayektoriyasını dəyişə biləcək hadisə kimi qiymətləndirilir. Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması ilə Robert Köçəryan və ya Samvel Karapetyan kimi revanşist və daha çox rusiyayönümlü qüvvələrin önə çıxması arasında fərq artıq yalnız Ermənistanın daxili siyasəti ilə ölçülmür. Bu fərq Bakı ilə sülh müqaviləsinin taleyindən tutmuş, Rusiyanın regiona qayıdış imkanlarına qədər uzanan böyük geosiyasi məsələləri əhatə edir.

Qərb analitik mərkəzləri son aylarda yaydıqları hesabatlarda açıq şəkildə bildirirlər ki, Paşinyan bütün ziddiyyətlərinə baxmayaraq, Ermənistan tarixində ən uzaqgörən liderdir. Karneqi Fondu tərəfindən yayılan son təhlillərdə qeyd olunur ki, İrəvan artıq “maksimalist Qarabağ siyasətindən” geri çəkilməyə məcbur olub. Analitik Tomas de Vaal yazır ki, Ermənistanın əvvəlki status-kvo siyasətinə qayıtması nə hərbi, nə də siyasi baxımdan real görünür.

Eyni mövqe Beynəlxalq Krizis Mərkəzi tərəfindən də bölüşülür. Təşkilatın hesabatında vurğulanır ki, Bakı və İrəvan arasında sülh sazişinin əsas konturları faktiki olaraq razılaşdırılıb, lakin Ermənistan daxilindəki siyasi müqavimət prosesi ləngidir. Məhz bu nöqtədə Ermənistan seçkiləri region üçün kritik mərhələyə çevrilir.

kamran2022.jpg (23 KB)

Ermənistandakı seçkiqabağı durumu Musavat.com üçün şərh edən siyasi ekspert Kamran Məmmədlinin fikrincə, Paşinyanın siyasəti ideoloji seçimdən daha çox geosiyasi məcburiyyətin nəticəsidir:

“Ermənistan 2020-ci ildən sonra reallıqla üz-üzə qaldı. Paşinyan bunu qəbul edən ilk lider oldu. O anlayır ki, nə Qarabağ məsələsini əvvəlki formata qaytarmaq mümkündür, nə də Azərbaycan üzərində əvvəlki təzyiq mexanizmləri işləyir. Köçəryan və ya Karapetyan hakimiyyətə gəlsə belə, onlar emosional və revanşist ritorikanı gücləndirə bilərlər, amma regionun dəyişmiş güc balansını dəyişə bilməyəcəklər”.

Ekspert hesab edir ki, əsas təhlükə yeni müharibə yox, sülh prosesinin uzadılmasıdır:

“Ən real ssenari odur ki, revanşist qüvvələr hakimiyyətə gəlsələr, sülh sazişi illərlə yubana bilər. Ermənistan yenidən Qarabağ ermənilərinin hüquqları, geridönüş məsələsi və beynəlxalq mexanizmlər kimi mövzuları gündəmə gətirməyə çalışacaq. Bu isə regionda gərginliyi saxlayacaq”.

Seçkilərin ən mühüm tərəflərindən biri də Kremlin prosesə münasibətidir. Son iki ildə Paşinyan hakimiyyəti Rusiyadan məsafələnməyə çalışıb. Ermənistan KTMT-ni açıq tənqid edib, Avropa İttifaqı müşahidə missiyasını ölkəyə yerləşdirib və Qərblə siyasi inteqrasiyanı sürətləndirib. Kreml Ermənistanın anti-Rusiya orbitinə çəkildiyini düşünür və Paşinyana etimad minimum həddə düşüb.

Kamran Məmmədlinin fikrincə, Robert Köçəryanın mümkün qayıdışı Moskva üçün strateji revanş ola bilər:

“Köçəryan Rusiyanın Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Onun hakimiyyətə gəlməsi Ermənistanın yenidən Kremlin təhlükəsizlik orbitinə qaytarılması anlamına gələ bilər. Bu isə regionda Qərbin təsir imkanlarını azaldacaq”.

Qarabağ məsələsi yenidən alovlana bilərmi?

Ekspertin sözlərinə əsasən, Qərb analitiklərinin əksəriyyəti hesab edir ki, Qarabağın status məsələsi artıq bağlanıb:

“Azərbaycan 2023-cü ilin sentyabrında bölgəyə tam nəzarəti bərpa etdikdən sonra beynəlxalq sistem də yeni reallığı qəbul etməyə başladı. Buna baxmayaraq, seçki sonrası revanşist qüvvələrin hakimiyyətə gəlməsi informasiya və diplomatik müstəvidə yeni kampaniyaların başlamasına səbəb ola bilər”.

Kamran Məmmədli deyib ki, bu dəfə mübarizə daha çox siyasi və ideoloji olacaq:

“Ermənistanın hərbi resursları əvvəlki dövrlə müqayisədə xeyli zəifləyib. Ona görə də Köçəryan və ya Karapetyan açıq hərbi qarşıdurmadan daha çox beynəlxalq təzyiq mexanizmlərinə üstünlük verməyə çalışacaqlar. Amma burada da ciddi nəticə əldə etmək çətindir, çünki beynəlxalq aktorların böyük hissəsi artıq ərazi bütövlüyü prinsipini qəbul edib”.

Ekspert bildirib ki, Ermənistanda hakimiyyətin kimə keçəcəyindən asılı olmayaraq, bir reallıq artıq dəyişməyəcək:

“2020-ci ildən əvvəlki Cənubi Qafqaz artıq mövcud deyil. Bu gün regionda əsas sual Qarabağın statusu deyil. Əsas sual Ermənistanın yeni geosiyasi reallığı nə qədər tez qəbul edəcəyidir”./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan istənilən ssenariyə hazır olmalıdır

    Azərbaycan istənilən ssenariyə hazır olmalıdır ...

    9-04-2026, 13:39

  • 
  • Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - kim kimə nə deyib...

    Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - ...

    30-12-2020, 12:46

  • 
  • Köçəryan - Sarkisyan mirası: Ermənistanın strateji infrastrukturu necə Rusiyaya təslim edilib?

    Köçəryan - Sarkisyan mirası: Ermənistanın ...

    29-12-2025, 21:11

  • 
  • Ermənistanda bələdiyyə seçkiləri: Paşinyan ilk məğlubiyyətlə tanış olur

    Ermənistanda bələdiyyə seçkiləri: Paşinyan ilk ...

    22-10-2018, 15:53

  • 
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu