GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir

Tarix: 18-05-2026, 20:10 Bölmə :Ölkə / Siyasət Baxış: 3

May ayının 17-dən Azərbaycan dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Bu forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Ölkəmiz uzun illərdir müxtəlif beynəlxalq təşkilatların mühüm tədbirlərinin keçirildiyi məkan kimi tanınır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması da dövlətin bu sahəyə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Azərbaycan bu gün şəhərsalma və memarlıq istiqamətində dünyanın qabaqcıl ölkələrindən biri hesab olunur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq layihələri bir çox dövlətlər üçün nümunə ola biləcək səviyyədədir. Bu siyasətin əsası isə Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra qoyulub. Həmin dövrdən başlayaraq Azərbaycanda şəhər və kəndlərin abadlaşdırılması, tarixi-memarlıq abidələrinin qorunması, yeni yaşayış məntəqələrinin salınması istiqamətində mühüm addımlar atılıb.

Müstəqillik illərində isə Azərbaycan müasir və modern inkişaf mərhələsinə qədəm qoydu. Paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində mövcud problemlərin aradan qaldırılması üçün baş planlar hazırlandı və bu planlar əsasında geniş infrastruktur layihələri həyata keçirildi. Müasir parklar, körpülər, yol qovşaqları, metro və dəmir yolu xətləri tikildi, sosial və humanitar layihələr reallaşdırıldı.

Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə yeni məktəblər, mədəniyyət ocaqları, idman kompleksləri və digər sosial obyektlər inşa edildi.

Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət bu gün də uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələrinə start verilib. “Ağıllı kənd”, “Ağıllı şəhər” və “Yaşıl enerji” konsepsiyalarına əsaslanan layihələr regionun müasir standartlara uyğun şəkildə yenidən qurulmasını təmin edir.

Hamıya məlumdur ki, Ermənistanın işğalı nəticəsində Qarabağda şəhər və kəndlərimiz tamamilə dağıdılmış, uzun illər ərzində həmin ərazilərdə daş üstə daş qalmamışdı. Lakin qısa müddət ərzində Qarabağda beynəlxalq hava limanlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, müasir kənd və şəhərlərin qurulması Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların bariz göstəricisidir. Bu gün dünyada belə qısa zaman ərzində bu qədər genişmiqyaslı quruculuq işləri həyata keçirən ikinci bir ölkə göstərmək çətindir.

Məhz buna görə də Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi olduqca mühüm və təqdirəlayiq hadisədir. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, nazirlərin, parlament rəhbərlərinin, alimlərin və iş adamlarının Azərbaycana səfər etməsi bir daha göstərir ki, ölkəmizə beynəlxalq maraq və etimad olduqca böyükdür.

Bu gün Azərbaycan şəhərsalma, memarlıq və müasir infrastruktur quruculuğu sahəsində dünya üçün nümunə hesab olunur. Son yarım əsrdə ölkəmizdə görülən işlər bir çox dövlətlərin əsrlər boyu həyata keçirdiyi layihələrlə müqayisə edilə biləcək səviyyədədir. Bu baxımdan forumun Azərbaycanda keçirilməsi həm region, həm Avrasiya məkanı, həm də bütövlükdə dünya üçün mühüm əhəmiyyət daşıyır. 

 

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir

    Bakıda keçirilən WUF13 dünya mediasının diqqət ...

    18-05-2026, 19:50

  • 
  • Əli Əsədov ilk qərarını imzaladı

    Əli Əsədov ilk qərarını imzaladı ...

    5-11-2019, 13:16

  • 
  • Əli Həsənov: “Bu forumun keçirilməsi Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək”

    Əli Həsənov: “Bu forumun keçirilməsi Azərbaycan ...

    28-10-2014, 13:00

  • 
  • YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək

    YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü ...

    4-07-2018, 12:26

  • 
  • İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini əlindən aldı

    İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin ...

    2-08-2018, 12:01


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu