Gundemxeber.az » Ölkə » Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb
Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.
“Son 20 il ərzində biz Bakıda 100 park və bağ salmışıq, onların 19-u isə tamamilə yenidən qurulub. İctimai nəqliyyata, mikromobilliyə, metroya, elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan ekoloji baxımdan təmiz şəhərlər – bütün bunlar paytaxtın və təkcə paytaxtın yox – vahid inkişaf konsepsiyası kimi həyata keçirilir”, – o qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bir çox rayonlarında şəhər inkişafı çox sürətli templərlə gedir:
“Şübhəsiz ki, bu mühüm görüş və Birləşmiş Millətlər Təşkilatından olan dostlarımızın, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların təcrübəsi hamımıza daha çox şey öyrənməyə, bir-birimizdən öyrənməyə, müsbət təcrübəni mənimsəməyə, həmçinin səhvlərimiz barədə danışmağa kömək edəcək”.
Gundemxeber.com
5-06-2013, 02:28
21-09-2018, 15:23
16-06-2016, 14:00
5-02-2014, 12:43
18-05-2026, 19:50
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?