Gundemxeber.az » Ölkə » Ebola virusundan 139 ölüm halı: ÜST-dən açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) və Uqandada Ebola virusuna yoluxma ilə bağlı mümkün 600 hal və bu xəstəliklə bağlı olduğu ehtimal edilən 139 mümkün ölüm halı barədə məlumata malikdir.
Gundemxeber.com-un xarici mediaya istinadən xəbərinə görə, bu barədə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən brifinqdə bildirib.
"Təsdiqlənmiş hallarla yanaşı, təxminən 600 şübhəli hal və 139 şübhəli ölüm halı var. Epidemiyanın aşkarlanmazdan əvvəl nə qədər müddət ərzində yayıldığını nəzərə alsaq, bu rəqəmlərin artacağını gözləyirik", - deyə o qeyd edib.
Tedros Adhanom Qebreyesus vurğulayıb ki, hazırda KDR virusa yoluxmanın 51 təsdiqlənmiş halı, Uqanda isə iki halı barədə məlumat verib.
Gundemxeber.com
9-06-2020, 12:33
10-03-2020, 10:00
11-04-2020, 22:39
6-02-2020, 13:57
7-04-2021, 12:47
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?