GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Rusiyadan İrəvana sərt xəbərdarlıqlar – Şoyqudan başa qaxınc xatırlatmalar

Rusiyadan İrəvana sərt xəbərdarlıqlar – Şoyqudan başa qaxınc xatırlatmalar

Tarix: 20-05-2026, 22:35 Bölmə :Ölkə / Dünya Baxış: 18


Rusiya baş nazirinin müavini Aleksey Ovərçukun ardınca Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Ermənistanı hədələyib.

Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında Şoyqu Ermənistanı Rusiyaya qarşı açıq-aşkar düşmənçilik xarakterli bir sıra hərəkətlər etməkdə günahlandırıb. O deyib ki, Ermənistan rəhbərliyi son zamanlar Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan bəzi addımlar atıb. Şoyqu deyib ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarı, Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyası on minlərlə Ermənistan vətəndaşını iş yeri təmin edən Rusiya iqtisadi operatorlarının fəaliyyəti üçün şəraiti qəsdən pisləşdirir.

S.Şoyqu bildirib ki, Moskva Ermənistan rəhbərliyinin Rusiya ilə əməkdaşlıqdan faydalanmaq istəyini başa düşür, lakin əməkdaşlıq və strateji tərəfdaşlıq qarşılıqlı olmalıdır. “Ermənistan beynəlxalq müzakirələrdə müntəzəm olaraq Avropa İttifaqının mövqeyi ilə razılaşır. Ötən yaz Ermənistanın Avropa İttifaqına qoşulması üçün qanunvericilik təsdiqləndi. Ermənistanın 2025-2026-cı illərdəki strateji tərəfdaşları arasında Rusiyaya qarşı dost olmayan bir sıra dövlətlər də var. Onlarla təhlükəsizlik sahəsində əməkdaşlıq edilir, birgə hərbi təlimlər keçirilir”, - Rusiya rəsmisi bildirib.

TŞ katibi xatırladıb ki, Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının əsasını təşkil edir: “Bu faktla mübahisə etmək çətindir. Rusiya Ermənistana təbii qaz, un, taxıl, gübrə və benzini bazar qiymətlərindən üç dəfə aşağı qiymətə tədarük edir. İrəvan idxalçı və ixracatçılar arasında birinci yeri tutur. Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı 36 faiz təşkil edir. Ölkəmiz həm ixracda, həm də idxalda birinci yerdədir. 2025-ci ildə turistlərin təxminən 40 fazizi Rusiyadan Ermənistana gəlib və onların əmanətləri respublikanın iqtisadiyyatını dəstəkləyib. Keçən il Ermənistana səfər edən turistlərin 40 faizi Rusiyadan gəlib - 921 min nəfər. Vətəndaşlarımız Ermənistan iqtisadiyyatına əhəmiyyətli töhfə veriblər. Onlar əmanətləri ilə aviaşirkətləri, restoranları, otelləri və turizm infrastrukturunu dəstəkləyiblər. Rus və erməni xalqlarını əsrlər boyu davam edən dostluq əlaqələri və ortaq tarix, o cümlədən xarici işğalçılara müqavimət birləşdirir”.

Şoyqu deyib ki, Rusiyanın səyləri sayəsində Ermənistan 1990-cı illərdə suverenliyini qoruyub saxladı. “Məhz Rusiyanın vasitəçiliyi 2020-ci ildə döyüşlərin dayandırılmasına və vəziyyətin sülh yolu ilə həllinə qayıtmasına imkan verdi”, - Şoyqu bildirib.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı və amerikalılarla əlaqələri inkişaf etdirməyə çalışır və bu da Rusiyada hakim dairələri, şovinist qüvvələri narahat edir. Rusiya prezidenti Vladimir Putinin Paşinyanla Kremldə görüşü də bunun əyani sübutu idi. Bu görüş çox sərt formada keçdi. Hətta Putin Paşinyandan tələb etdi ki, rusyönlü qüvvələrə şərait yaratsın. Paşinyan isə bunu etmədi. Üstəlik, indi seçki kampaniyasıdır”.

E.Şahinoğlu Rusiyadan dəstəklənən radikal müxalifətin Paşinyanın əleyhinə qalxdığını vurğuladı: “Paşinyan da onlara sərt cavablar verir və bu da yenə Rusiyadakı hakim dairələrinin, o cümlədən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun xoşuna gəlmir. Putin artıq yaşıl işıq yandırıb ki, Dmitri Medvedev, Şoyqu, Aleksey Overçuk və digərləri, o cümlədən Dövlət Dumasının deputatları Paşinyanı sərt tənqid etsinlər, aşağılasınlar, təhqir eləsinlər. Amma bu, Paşinyanı narahat etmir. Paşinyan sərt seçki kampaniyası aparır və seçicilərin səslərini qazanmaq istəyir. Qələbə çalandan sonra yenidən Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa çalışacaq. Amma indiki məqamda o, radikal müxalifətlə onların başa düşdüyü dildə mübarizə aparmaq məcburiyyətindədir ki, bu da yenə Rusiya hakimiyyətini narahat edir”. Politoloq qeyd etdi ki, artıq neçə dəfə də Paşinyana Rusiyadan hədə-qorxu mesajları verilib: “Amma iş hələ o yerə gəlib çatmayıb ki, Paşinyanı devirmək mümkün olsun. Əlbəttə, istəsəydilər, ya terror təşkil edərdilər, ya da hansısa çevriliş cəhdi olardı. Amma Paşinyan da amerikalılar tərəfindən dəstəklənir və onun kifayət qədər kəşfiyyat məlumatları var ki, kim ona qarşı nə edə bilər. Yəni, Rusiyanın imkanı olsa belə, əlbəttə, Paşinyanı devirmək istəyərdi, amma belə bir imkanı yoxdur. Sadəcə, Paşinyanı hədələməklə məşğuldurlar”./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib

    Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib ...

    21-11-2020, 14:33

  • 
  • Şoyqudan xəbərdarlıq: Ermənistana baha başa gələcək

    Şoyqudan xəbərdarlıq: Ermənistana baha başa ...

    13-02-2026, 21:04

  • 
  • Rusiya müdafiə naziri Azərbaycana İŞİD təhlükəsindən danışdı

    Rusiya müdafiə naziri Azərbaycana İŞİD ...

    13-10-2014, 16:53

  • 
  • Putin “könüllü ordu” yaradır - Şoyqu AÇIQLADI

    Putin “könüllü ordu” yaradır - Şoyqu AÇIQLADI ...

    28-10-2025, 15:24

  • 
  • Generallar Moskvaya toplaşır - General Kərim Vəliyev də Moskvaya getdi

    Generallar Moskvaya toplaşır - General Kərim ...

    27-04-2016, 12:58


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu