Ankara Məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının rəhbəri Özgür Özəlin vəzifəsindən uzaqlaşdırılmasına və yerinə Kamal Kılıçdaroğlunun gətirilməsinə qərar verib.
Anadolu Agentliyi yazır ki, bu qərarla Özgür Özəli partiya rəhbəri edən 2023-cü ildəki CHP-nin 38-ci qurultayının qərarı ləğv edilmiş olub. Lakin qərar təkcə Özgür Özələ yox, partiyasının Mərkəzi İdarə Heyətinin bütün üzvləri, partiya məclisi üzvlərinə və Ali İntizam Komitəsinin üzvlərinə də aid edilib.
BBC Türkçə yazır ki, məhkəmə qərarı sayəsində Kamal Kılıçdaroğlu və 38-ci qurultaydan öncəki idarə heyəti üzvlərinin CHP-də vəzifələrinə geri qayıtması üçün hüquqi əsas yaranıb. Məhkəmənin qərarı CHP-nin hazırkı rəhbərliyinin etirazına səbəb olub. Partiyanın İdarə Heyəti təcili toplanıb, partiyanın Ankara Nümayəndəliyi isə tərəfdarlarını mərkəzi qərargah önünə çağırıb.
CHP rəhbərinin müavini Burhanettin Bulut X hesabında məhkəmə qərarını tanımadıqlarını bildirib.
Baş verənlər fonunda isə hakim Ədalət və İnkişaf Partiyası və hökumətdən hələlik reaksiya gəlməyib. Müxalif mövqeyi ilə seçilən “Cümhuriyyet” qəzeti isə hökumət adına yalnız ədliyyə naziri Akın Gürlək danışaraq, məhkəmənin qərarını müdafiə etdiyini və onu müstəqil adlandırdığını deyib. Akın Gürlək nazir olmazdan əvvəl İstanbul prokuroru kimi çalışıb. Məhz o, İstanbul meri Əkrəm İmamoğlu və CHP-nin digər nümayəndələrinə qarşı cinayət işlərinin prokuroru olub.
CHP-yə yenidən rəhbər gətirilən Kamal Kılıçdaroğlu isə hələlik məhkəmə qərarına yekun reaksiya verməyib. O həmçinin bundan öncə də məhkəmə ilə bağlı məsələlərdə səssizliyini qoruyub.
CHP-nin 38-ci qurultayı ilə bağlı məhkəmə uzun müddətdir davam edir. Müxalifət məhkəmənin hakimiyyətin planı olduğunu və məqsədin Ərdoğanın növbəti seçkilərdə hakimiyyətini itirməsi qorxusu ilə əlaqəli olduğunu iddia edir. Hakimiyyət isə məhkəməyə CHP-lilərin özlərinin müraciət etdiyini deyərək bu iddianı rədd edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?