GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov

"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov

Tarix: 22-05-2026, 19:08 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 7

"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
“Bu yaxınlarda “Девичья Башня” (Qız Qalası) teleqram kanalının son dövrlər xarici dairələrin və ölkəmizə qarşı olan qüvvələrin sifarişi ilə fəal şəkildə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olması barədə yazmışdıq. Bir çox yerli istifadəçi də buna diqqət çəkərək kanalın admini Sədat Quliyevin fəaliyyətini tənqid edib. Kanalın paylaşımlarını ilk tənqid edənlərdən biri də “BT News” kanalının müəllifi Asif Bayramov olub.

Bayramov bununla bağlı paylaşımı öz teleqram kanalında verdiyi məlumata görə, bundan sonra onun və ailəsinin ünvanına Quliyevin şəbəkəsi ilə əlaqəli şəxslər tərəfindən təhdidlər gəlməyə başlayıb”.

Bizim.Media xəbər verir ki, “day.az” saytında dərc olunan məqalədə öz əksini tapıb.

Belə ki, “Qız Qalası”nın qalmaqallı fəaliyyəti getdikcə daha geniş vüsət alıb. Məsələ ilə bağlı danışan Asif Bayramovun sözlərinə görə, Sədat Quliyev təkcə “Qız Qalası”na sahib deyil. Bu, üçüncü tərəflərin, əsasən də Rusiyada yerləşən dairələrin sifarişi ilə anti-Azərbaycan təbliğatı aparan bütöv bir kanal şəbəkəsidir. Həmin şəxslər isə onun həyatını təhdid edirlər.

“Ailəm təhlükə altındadır. Mənim üstümə təhlükəli bir adam göndəriblər. O, aprelin 26-dan Azərbaycandadır. Bu şəxs həm internetdə, həm də real həyatda məni və ailəmi təhdid edib. O, Rusiya vətəndaşıdır və bildiyim qədərilə Azərbaycanda qalma müddəti məhduddur. Ola bilsin ki, yaxın günlərdə ölkəni tərk etsin. Buna görə də hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələyə diqqət yetirməlidir. Mən əlimdə olan bütün materialları onlara təqdim etmək niyyətindəyəm. Çünki söhbət real təhdidlərdən gedir”, – deyə Bayramov bildirib.

Asif Bayramovun sözlərinə görə, o, bütün adları tanımır – həmin şəxslər onlayn şəkildə gizlənirlər və hamısına Sədat Quliyev rəhbərlik edir.

“Mən Sədatla İkinci Qarabağ müharibəsi zamanı tanış olmuşam. Özləri mənimlə əlaqə saxladılar və mən onları həqiqi vətənpərvər hesab etdim. Yaxınlaşdıq, ailə səviyyəsində dostluq münasibətlərimiz yarandı – ünsiyyət qururduq, danışırdıq, düşünürdük ki, hamımız vətənpərvərik. Amma necə böyük səhv etdiyimi sonradan anladım. Daha sonra başa düşdüm ki, onlar ümumiyyətlə Azərbaycanın maraqları naminə işləmirlər.

Birincisi, qeyd etmək istəyirəm ki, onların heç biri Azərbaycanda yaşamır. Hamısı Rusiyada yaşayır və həm erməniləri, həm də Azərbaycanı təhqir edən, açıq şəkildə prorusiya fəaliyyəti aparırlar. Onlar məni “Ukraynanı dəstəkləməkdə” də ittiham edirdilər. Halbuki mən hər zaman ilk növbədə Azərbaycanın maraqlarını əsas götürmüşəm və həqiqəti yazmışam. Mən Rusiya-Ukrayna münaqişəsində heç bir tərəfi seçməmişəm. Mənim üçün əsas prioritet həmişə dövlətimin maraqları olub. Bundan sonra onlardan uzaqlaşdım.

İkincisi, sonradan məlum oldu ki, guya dostluq etdiyimiz dövrdə onlar mənim şəxsi məlumatlarımı toplayır, barəmdə müəyyən “kompromat” hazırlayırmışlar. Hətta məndə elə məlumatlar var idi ki, onları sosial şəbəkələrdən bizim tanışlığımızdan çox əvvəl silmişdim.

Həmin məlumatlar internetdə yox idi. Bu, hələ Telegramdan əvvəlki dövr idi. Özümə sual verdim: bu məlumatlar onların əlinə necə keçib? Məlumatlar 15-20 il əvvəl silinmişdi. Deməli, onlar mənim haqqımda hələ “dostluqdan” əvvəl məlumat toplayıblar ki, sonradan müəyyən təzyiq vasitəsi kimi istifadə etsinlər. Onların əlində skrinşotlar, şəxsi məlumatlarım var. Hətta onların bir qismi 2021-ci ilə aiddir – yəni münasibətlərimizin yaxşı olduğu vaxta. Bu isə onu göstərir ki, onlar məni şantaj etmək və sonradan öz maraqları üçün, o cümlədən Azərbaycan dövlətinə qarşı istifadə etmək məqsədilə fəal şəkildə kompromat toplayıblar”, – deyə Bayramov bildirib.

Onun sözlərinə görə, bütün bunları faktlar və skrinşotlarla sübut edə bilər. Asif Bayramov həmin materialların bir qismini də təqdim edib. Təqdim olunan sübutlardan görünür ki, Quliyevin şəbəkəsi uzun müddətdir Asif Bayramovu sistemli şəkildə təhqir edir. Sədatın nəzarətində olan teleqram kanallarında davamlı olaraq təhqirlər, şəxsi məlumatlar və hətta montaj edilmiş fotolar paylaşılır.

“Mən sizə materialların yalnız kiçik bir hissəsini təqdim edirəm. Əlimdə çox, kifayət qədər çox material var. Və mən onların hamısını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm”, – deyə BT News-un müəllifi vurğulayıb.

“Qız Qalası”nın WUF13-ün açılış günü yağan yağışlarla bağlı təxribat xarakterli paylaşımına münasibət bildirən Bayramov qeyd edib ki, forum ölkəmiz üçün mühüm hadisədir.

“Biz vaxtaşırı Bakıda baş verən müxtəlif hadisələrlə bağlı xəbərlər, foto və videolar paylaşırıq.

Güclü yağışlarla bağlı da materiallar yayımlamışıq. Amma bu tədbirin ölkəmizin nüfuzu baxımından əhəmiyyətini nəzərə alaraq, vətənpərvərlik mövqeyindən çıxış edib bu dəfə yağış görüntülərini paylaşmamağa qərar verdik. Buna baxmayaraq, mən və komandam gördük ki, “Qız Qalası” və Sədat Quliyevin digər kanalları stadion fonunda qonaqların fotolarını paylaşaraq Bakını kütləvi şəkildə tənqid etməyə başlayıblar. “Qız Qalası” təkcə Azərbaycanda deyil, əsasən postsovet ölkələrində də geniş oxunur. Onu digər xalqların nümayəndələri, o cümlədən ermənilər də izləyir. Bunu bilə-bilə sən, Sədat, öz ölkənə, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırsan.

Mən buna susa bilmədim və “Qız Qalası”nı tənqid edən paylaşım etdim. Elə həmin gün internetdə mənim şəxsi məlumatlarım, fotolarım və ailə üzvlərimin şəkilləri yayılmağa başladı. Onlar hətta azyaşlı övladımı da təhqir etdilər. Valideynlərimin ölümü ilə də istehza etdilər, məni alçaltmağa çalışdılar və hər yolla istəyirlər ki, susum, onların çirkli fəaliyyəti barədə yazmayım”, – deyə Bayramov bildirib.

O qeyd edib ki, Sədat Quliyevin qrupu təxminən 20-30 nəfərdən ibarət “teleqram mafiyası”dır:

“Onlar özlərini vətənpərvər kimi təqdim edir, müəyyən narrativlərdən, sxemlərdən, hətta feyklərdən istifadə edirlər. Məsələn, xəstə insanlara yardım üçün vəsait topladıqlarını deyirlər. Amma mən şübhələnirəm ki, toplanan pullar onların öz cibinə gedir. Çünki hər dəfə eyni kart və ya hesab nömrəsi göstərilir. Niyə yardıma ehtiyacı olan şəxsin öz bank hesabı istifadə olunmur?”

Bayramovun sözlərinə görə, Quliyev və onun adamları Azərbaycanın maraqlarını müdafiə etməsinə qarşıdırlar.

“Onlar məni üzr istəməyə, video çəkməyə, səs yazısı paylaşmağa məcbur etməyə çalışırlar. Paralel olaraq guya mənim dövlətimizin maraqlarına qarşı çıxmağım, ölkəm əleyhinə danışmağım barədə saxta məlumatlar yayırlar. Belə bir şey heç vaxt olmayıb. Bunlar fotomontajdır. Əksinə, mən və komandam Qarabağ müharibəsi dövründə kifayət qədər rezonans doğuran materiallar yaymışıq. Məsələn, Araik Arutyunyanla bağlı ifşaedici materialları ilk yayanlardan biri biz olmuşuq. Həmçinin müharibə dövründə xəritələr, düşmənin hərbi obyektlərinin müəyyən edilməsi və digər materiallarla məşğul olmuşuq. Bizi diqqətlə izləyənlər kanalımızın və səhifələrimizin necə fəaliyyət göstərdiyini yaxşı bilir.

Buna baxmayaraq, indi bizim adımızı tamamilə ləkələməyə çalışırlar. Çünki biz onların etdikləri ilə razı deyilik. Biz cənab Prezidentin kursunu dəstəkləyirik. Prezident Ermənistanla sülhün vacibliyini vurğulayıb. Quliyevin mafiyası isə bu sülhlə razı deyil. Onlar bir tərəfdən Azərbaycanı gözdən salmağa, digər tərəfdən isə erməniləri təhqir etməklə sülh prosesinə mane olmağa çalışırlar”, – deyə BT News-un müəllifi bildirib.

Onun sözlərinə görə, Sədat Quliyevin qurduğu teleqram strukturu xarici qüvvələr tərəfindən idarə olunur və tezislər, tapşırıqlar da məhz oradan gəlir:

“Sadatın hələ 2020-ci il müharibəsindən əvvəl Azərbaycana qarşı paylaşımları olub. Məsələn, bir dəfə o, “Baqramyan-26” kanalının Nikol Paşinyanın qondarma “DQR”in “keçmiş prezidenti” Bako Saakyanla görüşməsi barədə paylaşımını repost etmişdi. Anti-Azərbaycan fəaliyyətinin açıq şəkildə göründüyü belə paylaşımlar çoxdur. Bir vaxtlar 10 milyon azərbaycanlının guya Rusiyada yaşayan azərbaycanlılardan nifrət etdiyi tezisi yayılmışdı. Xüsusilə AZAL təyyarəsinin vurulmasından sonra bu təbliğat daha da gücləndi.

Mən özüm Rusiyadan gəlmiş bir insanam. Rusiyada çoxlu tanışım var. Mən başa düşə bilmirəm ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı necə danışmaq olar? Bu, absurddur. Bütün bunlar haradan qaynaqlanır? Erməni informasiya kanallarını idarə edən xarici qüvvələr olduğu kimi, “parçala və hökm sür” prinsipi ilə Azərbaycan kanallarını idarə etməyə çalışanlar da var. Amma belə təbliğat gec-tez iflasa uğrayacaq. Çünki Azərbaycan xalqı öz Vətəninə bağlıdır. Nə baş verməsindən asılı olmayaraq, azərbaycanlıların böyük əksəriyyəti öz dövlətinə və xalqına qarşı çıxmayacaq”, – deyə Bayramov bildirib.

Sonda o qeyd edib ki, ailəsinin həyatı ilə bağlı narahat olduğu üçün yaxın günlərdə topladığı bütün fakt və məlumatları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edəcək.

“Onlar mənə problemlər yaradacaqlarını deyirdilər. Elə şeylər var ki, onları dilə gətirə bilmirəm. Mən istəyirəm ki, hazırda Bakıda olan bu şəxslər saxlanılsın. Əgər bu baş versə, bütün zəncir dağılacaq”, – deyə Asif Bayramov əlavə edib./Bizim.Media

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qız qalası və Şirvanşahlar sarayına giriş pulsuz olacaq

    Qız qalası və Şirvanşahlar sarayına giriş pulsuz ...

    27-12-2014, 23:36

  • 
  • Parlamentdə İran sərt tənqid olundu

    Parlamentdə İran sərt tənqid olundu ...

    14-06-2016, 19:51

  • 
  • Bakıda “Qız Qalası. Qadın olmaq” müasir incəsənət festivalı keçiriləcək

    Bakıda “Qız Qalası. Qadın olmaq” müasir incəsənət ...

    17-09-2019, 16:05

  • 
  • “Bu nə gündə Qız qalasıdır?” – deputatın fabrikinə ittiham/Foto

    “Bu nə gündə Qız qalasıdır?” – deputatın ...

    21-05-2018, 17:50

  • 
  • DİQQƏT! Saxta teleqram kanalının məlumatı TƏXRİBATDIR - RƏSMİ

    DİQQƏT! Saxta teleqram kanalının məlumatı ...

    30-06-2025, 13:28


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu