GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN işi” ilə bağlı üzücü XƏBƏR - Zərərçəkənlərdən daha biri...

MTN işi” ilə bağlı üzücü XƏBƏR - Zərərçəkənlərdən daha biri...

Tarix: 26-05-2026, 22:39 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 6


“MTN işi” üzrə zərərçəkmişlərdən daha biri – illərlə məhkəmə salonlarında haqq səsini ucaldan Əfsəl Həsənəliyev dünyasını dəyişib. Gundemxeber.com xəbər verir ki, Əfsəl Həsənəliyev 76 yaşında vəfat edib.

O, uzun illər Azərbaycan hüquq-mühafizə orqanlarında xidmət etmiş sabiq polis zabiti idi. Hüquq-mühafizə sistemində təxminən 35 il rəhbər vəzifələrdə çalışmış, son iş yeri isə Nəqliyyatda Baş Polis İdarəsi olmuşdu. Xidmətdən təqaüdə çıxdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
2013-cü ildə biznes fəaliyyəti ilə əlaqədar Gürcüstandan pirotexniki vasitələrin İrana tranziti məsələsi zamanı saxlanılıb və sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub.

Əfsəl Həsənəliyev həmin işin saxta olduğunu, qanunsuz həbs edildiyini və ailəsindən pul tələb olunduğunu bildirib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində aylarla azadlıqdan məhrum edilib. O, sonradan keçmiş MTN rəhbər şəxslərinin, xüsusilə general-mayor Mövlam Şıxəliyev, şöbə rəisi, polkovnik Yasin Məmmədov və digər vəzifəli şəxslərin məhkəmə prosesində zərərçəkmiş qismində iştirak edib. O, məhkəmə iclaslarında keçmiş baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubov barədə də araşdırma aparılmasını tələb edib.

2022-ci ilin iyununda Bakı Hərbi Məhkəməsində keçirilən proses zamanı vəsatətlərinin təmin edilməməsinə etiraz olaraq məhkəmə zalında özünü yandırmağa cəhd göstərməsi geniş ictimai rezonans doğurub. Hadisənin qarşısı məhkəmə nəzarətçiləri və polis əməkdaşları tərəfindən alınıb.

Əfsəl Həsənəliyev son illərdə daha çox “MTN işi” üzrə zərərin ödənilməsi, həmçinin məsul şəxslərin hüquqi cavabdehliyə cəlb olunması tələbləri ilə çıxış edib. O, ömrünün sonuna qədər hüquqi mübarizəsini davam etdirdi. Lakin bir çox digər zərərçəkənlər kimi, məhkəmə hökmünün mülki iddia hissəsinin tam və ədalətli şəkildə icra olunduğunu görmədən həyatdan köçdü.

Bu gün zərərçəkənlərə vaxtilə MTN-də vurulmuş ziyanın təxminən yarısı ödənilib. Qalan hissənin ödənilməsi ən müxtəlif bürokratik əngəllər, Mövlam Şıxəliyev və digərlərinin əmlaklarının gizlədilməsi, müvafiq qurumlar tərəfindən üzə çıxarılmaması üzündən baş tutmur.

Əfsəl Həsənəliyevin ölümü “MTN işi”nin başqa bir ağrılı məqamını yenidən gündəmə gətirir. Bu iş üzrə zərərçəkənlərin bir hissəsi artıq həyatda deyil. Onlardan biri də Bahəddin Sultanov idi. Mövlam Şıxəliyevin və onun rəhbərlik etdiyi dəstənin əməllərindən zərər çəkən 36 nəfərdən biri olan Bahəddin Sultanov da uzun sürən hüquqi proseslərin yekununu görmədən vəfat edib. Onun məhkəmədə verdiyi ifadələrdən məlum olurdu ki, illərlə yaratdığı biznes və əmlakına ciddi zərər dəyib, böyük məbləğdə vəsaitini itirib. Bahəddin Sultanov MTN-də başına gətirilənləri istintaqa və məhkəməyə danışsa da, ömrünün sonuna qədər özünə vurulmuş ziyanın tam ödənildiyini görə bilmədi. Bu gün artıq onun adı məhkəmə protokollarında və zərərçəkmişlərin siyahısında qalıb. İş üzrə çıxarılmış məhkəmə qərarı isə tam icra edilməyib.

Bahəddin Sultanovdan sonra eyni taleyi yaşayanlardan biri də İbrahim Zeynalov oldu. Bir vaxtlar zavodların, fabriklərin, istehsal sahələrinin sahibi olan, milyonlarla dollar dövriyyəyə malik iş adamı ömrünün son illərini Neftçalanın Bankə qəsəbəsindəki vaqonda keçirdi. O, 2025-ci ilin mart ayında 76 yaşında vəfat etdi.

İbrahim Zeynalov məhkəmələrdə və mediaya verdiyi müsahibələrdə bildirirdi ki, MTN-də həbsdə saxlanıldığı dövrdə ailəsindən milyonlarla dollar alınıb, əmlakları satılıb, biznesi dağıdılıb. O, Mövlam Şıxəliyevin cinayət işi üzrə əsas zərərçəkənlərdən biri kimi tanınırdı. Onun azadlığa çıxması üçün ailəsi MTN-dəki poqonlu mütəşəkkil cinayətkar quldur dəstəyə 8 milyon dollar verməyə məcbur edilmişdi.

İllər sonra Musavat.com-a danışarkən o, övladlarını, həyat yoldaşını itirdiyini, bütün sərvətinin əlindən alındığını söyləmişdi. Vaxtilə dəbdəbəli həyat yaşayan iş adamı son illərini qohumunun verdiyi vaqonda keçirirdi.

“MTN işi” üzrə keçmiş generallar və yüksək vəzifəli şəxslər haqqında ittiham hökmü çıxarılıb. Məhkəmə onların zərərçəkənlərə vurduğu zərərin bir hissəsinin ödənilməsini də qərara alıb. Ancaq zərərçəkənlərin çoxu illərdir həmin qərarların tam icra edilmədiyini bildirirlər.

Bu gün Əfsəl Həsənəliyev də, Bahəddin Sultanov da, İbrahim Zeynalov da həyatda yoxdur. Onların hər biri məhkəmələrdə ifadə verdi, üzləşdikləri qanunsuzluqları danışdı, dəymiş ziyanın ödənilməsini tələb etdi. Lakin hər üç taleyi birləşdirən ortaq məqam ədalətin son nəticəsini görmədən dünyadan köçmələridir.

“MTN işi”ndə adı keçən zərərçəkənlər bir-bir həyatdan gedərkən iş üzrə məhkəmə hökmünün mülki iddia hissəsinin tam icrası nə vaxt təmin olunacağı da sual altındadır. Azərbaycan dövləti, dövlətin gücündən istifadə olunmaqla külli miqdarda vəsaitləri əllərindən alınmış vətəndaşların - hazırkı iş üzrə zərərçəkənlərin haqqını bərpa etməlidir. Məhkəmə hökmünə əsasən Mövlam Şıxəliyev və digərilərinin həbslə cəzalandırılmaları ədalətin yarımçıq bərpasıdır. Zərərçəkmiş şəxslərin əllərindən çıxarılmış vəsaitlər, gec də olsa, onlara, yaxınlarına qaytarılmalıdır. Bu, dövlətin üzərinə düşən yükdür.../musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN generalının məhkəməsində intihara cəhd - TƏFƏRRÜAT

    MTN generalının məhkəməsində intihara cəhd - ...

    21-06-2022, 14:35

  • 
  • “MTN işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər $13 milyon dollarlarının geri qaytarılmasını tələb edir

    “MTN işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər ...

    19-07-2022, 16:40

  • 
  • MTN-nin vəzifəli şəxslərindən hədə-qorxu, rüşvət və intihar

    MTN-nin vəzifəli şəxslərindən hədə-qorxu, rüşvət ...

    7-03-2016, 16:51

  • 
  • "MTN işi" işi üzrə daha bir vəzifəlinin həbsi gözlənilir

    "MTN işi" işi üzrə daha bir vəzifəlinin ...

    25-10-2015, 16:42

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu