Gundemxeber.az » Ölkə » Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
Gundemxeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır.
Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.
Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi və davranış pozuntulu xəstələrin ümumi sayı 111 560 nəfər təşkil edib.
Bundan əlavə, qeydiyyatda olan xəstələrin 79 968-i kişi, 31 592-si qadın olub.
Yaş bölgüsünə görə, qeydiyyatda olan xəstələrin 13 867-si 0-17 yaş, 29 723-ü 18-29 yaş, 22 851-i 30-39 yaş, 45 119-u isə 40 və yuxarı yaş qrupunda qeydə alınıb.
Gundemxeber.com
30-03-2020, 16:18
28-06-2016, 23:26
27-05-2016, 22:39
25-07-2017, 16:44
14-09-2016, 21:24
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?