GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ermənistanda referendum düyünü: Konstitusiya dəyişəcək, ya yox?

Ermənistanda referendum düyünü: Konstitusiya dəyişəcək, ya yox?

Tarix: 10-06-2026, 13:20 Bölmə :Ölkə / Dünya Baxış: 3


Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunub-olunmayacağı ilə bağlı qərar yaxın bir neçə həftə ərzində veriləcək.

Gundemxeber.com xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.

Onun sözlərinə görə, layihənin dərc olunması məsələsi bir gün əvvəl hakim “Vətəndaş Müqaviləsi” partiyasında müzakirə edilib.

“Düşünürəm ki, yaxın vaxtlarda qərar veriləcək. Bunun üçün əvvəlcə bəzi həmkarlarımızın təqdim edəcəyi rəyləri ümumiləşdirməliyik. Bu prosesə daha bir və ya iki həftə lazım olacaq. Daha sonra bir və ya iki əlavə müzakirə aparacaq və mətnin dərc olunmağa hazır olub-olmadığına qərar verəcəyik”, – deyə Qalyan bildirib.

Nazir qeyd edib ki, layihənin indiyədək ictimaiyyətə təqdim edilməməsinin əsas səbəbi proses iştirakçılarının hamısının sənədin məzmunu ilə tam tanış olmağa vaxt tapmamasıdır.

Xatırladaq ki, Qalyan hələ 2026-cı ilin mart ayında yeni Konstitusiya mətninin hazırlanmasının başa çatdığını bildirmişdi. O zaman sənədin ayın sonuna qədər dərc ediləcəyini də açıqlamışdı. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun fikrincə, belə müddəalar regional sabitlik üçün risklər yarada bilər.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi sülh sazişinin imzalanması üçün vacib şərtlərdən biridir.

images

Topçubaşov Mərkəzinin direktoru, siyasi şərhçi Rusif Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyasının mətninin dəyişməsi üçün bir neçə şərt lazımdır. R.Hüseynov diqqətə çatdırıb ki, Ermənistan daxilində bəzi məsələlərə aydınlıq gətirilməməsi səbəbindən açıq qalan suallar çoxdur:

“Ermənistanda parlament seçkilərindən sonra Konstitusiyanın yenilənməsi üçün referendumun keçirilməsi Azərbaycanı ən çox maraqlandıran mövzudur. Nikol Paşinyan seçkilərdə qalib gəldi, amma Azərbaycan tərəfinə onun 2/3 səs çoxluğu ilə qalib gəlməsi daha çox sərf edirdi. Əgər Paşinyan, hazırkı səs çoxluğuna malik olacaqsa, referendum keçirmək iqtidarına olmayacaq. Belə olan halda proseslərin necə inkişaf edəcəyi sual altındadır. Ermənistan rəhbərliyinin özünə də Konstitusiya dəyişikliyi lazımdır çünki indiki hakimiyyət Serj Sərksyan tərəfindən qəbul edilmiş Konstitusiyanı tənqid edirdi. Odur ki, həm bu tənqidlərə görə, həm də Ermənistanın Avropa institutları ilə yaxınlaşması fonunda əsas qanun layihəsinin yenilənməsi Ermənistan establişmenti üçün aktual mövzudur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın tələbləri Ermənistan əhalisi tərəfindən mənfi qarşılanır. Konstitusiya dəyişikliyi üçün referendumun keçiriləcəyi təqdirdə belə əhalinin səsverməyə gedib-getməyəcəyi sual altındadır. Digər tərəfdən hətta yetərsay olsa belə, əhalinin, xüsusilə Azərbaycanın tələbləri fonunda yeni Konstitusiya layihəsi qəbul ediləcəkmi? sualı var. Paşinyana Azərbaycanın tələblərinin reallaşması lazımdır. Bu, sırf Avropa ilə yaxınlaşmaq, Ermənistanın müasirləşdirilməsi üçün önəmlidir. Lakin Azərbaycan amili elektorat üçün əsas çəkindirici faktorlardan biridir”.

R.Hüseynov həmçinin, vurğulayıb ki, Ermənistanın hazırkı sistemi “Üçüncü respublika” adlanır:
“Birinci respublika 1918-1920-ci illərdə, ikinci respublika SSRİ tərkibində mövcud olub, üçüncü respublika isə 1991-ci ildə qurulub. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra keçmiş Ermənistan prezidenti Armen Sarksyan bildirmişdi ki, üçüncü respublika uğursuzluğa düçar olduğundan bütün sistem yenilənməlidir. “Dördüncü respublikanın” elan olunması üçün isə Konstitusiya dəyişikliyi tələb olunur. Bu kontekstdən yanaşdıqda Konstitusiya dəyişikliyi Ermənistanda “Dördüncü respublikanın” elan olunması kimi başa düşülə bilər”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Konstitusiya Məhkəməsinin son qərarı dövlət çevrilişi idi - Orbelyan

    Konstitusiya Məhkəməsinin son qərarı dövlət ...

    18-10-2024, 11:17

  • 
  • KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ - Milli Məclisin buraxılması...

    KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ - Milli ...

    4-12-2019, 14:26

  • 
  • Bu gün Konstitusiya Məhkəməsində seçki iclasıdı

    Bu gün Konstitusiya Məhkəməsində seçki iclasıdı ...

    19-10-2013, 09:38

  • 
  • Konstitusiya Məhkəməsi bu gün seçkinin nəticələrini təsdiqləyəcək

    Konstitusiya Məhkəməsi bu gün seçkinin ...

    17-04-2018, 11:38

  • 
  • Ermənistanda referendum olacaq

    Ermənistanda referendum olacaq ...

    7-02-2020, 10:32


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu