GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Burada nə var ki?” demişdi – indi 200 min manatlıq ittihama cavab verir

“Burada nə var ki?” demişdi – indi 200 min manatlıq ittihama cavab verir

Tarix: 11-06-2026, 18:25 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 3


Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs sərbəst ifadə verib və ittihamlara münasibətini açıqlayıb.

 Saleh Səmədov özünü qismən təqsirli hesab etdiyini bildirib. Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. İttihama əsasən, Saleh Səmədov vəzifə səlahiyyətlərindən istifadə etməklə ümumilikdə 200 min manat vəsaiti mənimsəməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən ittihamların bir hissəsi ilə razılaşmır: “Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə özümü təqsirli hesab etmirəm”, - deyə Saleh Səmədov qeyd edib. Məlumata görə, istintaq dövründə dəymiş ziyanın bir hissəsi ödənilib. Hazırkı mərhələdə 44 min manatın dövlətə qaytarıldığı açıqlanıb. Saleh Səmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə istintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparıb.

O, istintaq dövründə həbs edilib. Saleh Səmədovun adı ictimaiyyətin diqqət mərkəzinə ilk dəfə ötən il 9 May tədbiri zamanı düşmüşdü. 2025-ci il mayın 9-da İmişli rayonunun Sarıxanlı kəndində Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsi və Səmədovun sinəsində “Georgi lenti” ilə çıxış etməsi ciddi müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə yayılan görüntülərdə İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə SSRİ bayrağının sancıldığı, fon musiqisi kimi isə sovet dövrünün məşhur “Den Pobedı” mahnısının səsləndirildiyi görünürdü. Ən çox müzakirə olunan məqam isə rayon Ağsaqqallar Şurasının sədri olan Saleh Səmədovun SSRİ bayrağı fonunda “Georgi lenti” ilə çıxış etməsi olmuşdu. Bir çoxları həmin lenti Rusiyanın imperiya və hərbi ekspansiya siyasətinin simvollarından biri kimi qiymətləndirərək bu addımı tənqid etmişdilər. Hadisədən sonra mediaya açıqlama verən Saleh Səmədov isə öz mövqeyini müdafiə etmişdi: “Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, - deyə o bildirmişdi. Səmədovun sözlərinə görə, söhbət yalnız tarixi yaddaşın qorunmasından gedirdi: “Bir dövlət yoxdursa, bayrağı ola bilərmi? Bu sadəcə olaraq bizim tariximizdir. Cavan nəsil o bayrağı bilmir, biz isə o bayrağın sədaları altında doğulmuşuq. Müharibənin rəmzi olaraq həmin bayrağı qoymuşduq”.

O, “Georgi lenti”ni də tarixi rəmz kimi qiymətləndirdiyini bildirmişdi: “Azərbaycan bayrağından uca bayraq yoxdur. O bizim başımızın üstündədir. SSRİ bayrağı orada cəmi bir neçə saat qaldı və sonra götürüldü”. Həmin hadisədən qısa müddət sonra Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən uzaqlaşdırıldı. 2025-ci il mayın 13-də onun səlahiyyətlərinə xitam verildi. Ardınca fəaliyyəti ilə bağlı geniş yoxlamalara başlanıldığı bildirildi. Sonradan aparılan araşdırmalar nəticəsində maliyyə pozuntuları ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və cinayət işi başlanılıb. Məlumatlara görə, istintaq tədbirləri çərçivəsində Saleh Səmədovun ailə üzvlərinin dövlət strukturlarında tutduqları bəzi vəzifələrə də yenidən baxılıb və övladları çalışdıqları postlardan azad ediliblər. Növbəti məhkəmə iclası iyulun 1-nə təyin olunub./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saleh Səmədov məhkəmədə ifadə verdi

    Saleh Səmədov məhkəmədə ifadə verdi ...

    10-06-2026, 19:01

  • 
  • DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?

    DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər ...

    20-05-2026, 23:53

  • 
  • Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

    Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev ...

    13-05-2026, 23:42

  • 
  • Bankın sabiq filial müdiri, 7 nəfər zərərçəkmiş və 3 milyonluq yeyinti

    Bankın sabiq filial müdiri, 7 nəfər zərərçəkmiş ...

    21-11-2017, 15:56

  • 
  • Müğənni Könül Kərimovaya qarşı 32 min manatlıq dələduzluq edən qadın özünü qismən təqsirli bilib

    Müğənni Könül Kərimovaya qarşı 32 min manatlıq ...

    20-07-2018, 16:04


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu