GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?

İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?

Tarix: 17-06-2026, 22:25 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 90


Azərbaycanda bəzi dövlət qurumlarının taleyi heç cür sabitlik tapmır. Xüsusilə söhbət təhsil sektorundan gedəndə bu problem daha qabarıq görünür. Çünki təhsil təkcə bir sahə deyil, gələcəyi formalaşdıran strateji istiqamətdir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində baş verən proseslər təkcə bir qurumun daxili işi deyil, ölkənin əmək bazarının və iqtisadi inkişafının gələcəyi ilə birbaşa əlaqəlidir. Dövlətin son illərdə peşə təhsilinə ayırdığı milyonlarla manat investisiya, həyata keçirilən islahatlar və infrastruktur layihələri fonunda idarəetmə ilə bağlı ortaya çıxan neqativlər ortaya ciddi problemlər çıxarıb.
Unudulmuş sahədən strateji istiqamətə
Azərbaycanda peşə təhsili sistemi uzun illər diqqətdən kənarda qalmışdı. Köhnəlmiş infrastruktur, zəif maddi baza, əmək bazarının tələblərinə cavab verməyən ixtisaslar və idarəetmə problemləri bu sahəni faktiki olaraq tənəzzül vəziyyətinə salmışdı. Lakin son on ildə vəziyyət dəyişməyə başladı. Dövlət tərəfindən peşə təhsilinin inkişafına böyük həcmdə maliyyə vəsaiti ayrıldı, yeni peşə təhsil mərkəzləri yaradıldı, mövcud müəssisələr əsaslı təmir olundu, müasir avadanlıqlar alındı və beynəlxalq təcrübənin tətbiqinə başlanıldı. Nəticədə gənclərin peşə təhsilinə marağı da artdı.
Bununla belə, görünən odur ki, maddi-texniki bazanın yenilənməsi idarəetmə problemlərini tam aradan qaldırmayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi son illərdə bir neçə dəfə dəyişib. Son beş il ərzində Agentliyə ard-arda yeni rəhbərlərin təyin olunması sistemdə uzunmüddətli və dayanıqlı idarəetmə modelinin formalaşmasına imkan verməyib.
Peşə təhsili sahəsində çalışan şəxslərin fikrincə, əvvəlki rəhbərlik dövründə, əsasən Ceyhun Kərəmovun direktorluğu zamanı həyata keçirilən bəzi kadr siyasəti, qərarları bu gün də sistemə təsir göstərməkdə davam edir. İddialara görə, peşə təhsili sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslərin rəhbər vəzifələrə gətirilməsi idarəetmədə əlavə çətinliklər yaradıb. Bir yandan da hazırkı direktor İlqar Bayramlının məhz belə kadrlara üstünlük verməsi vəziyyəti daha da ağırlaşdırıb. Hazırda aylardır Agentliyə İlqar Bayramlı direktor təyin edilib. Lakin təyinatdan müəyyən vaxt keçməsinə baxmayaraq, peşə təhsili sahəsində nəinki fundamental dəyişikliklərin hiss olunduğu, əksinə ciddi geriləmələrin ciddi şəkildə özünü göstərməsi müşahidə olunduğu iddia edilir.

Peşə təhsili spesifik sahədir və onun effektiv idarə olunması üçün təkcə inzibati idarəçilik deyil, həm də sahə üzrə dərin peşə bilikləri vacibdir. İlqar Bayramlı isə Peşə təhsili sistemində yenidir və bu da özünün ciddi fəsadlarını göstərir.
Bizimesr.com-a daxil olan məlumatlara görə, Agentlik daxilində aylardır kadr siyasəti və səlahiyyət bölgüsü ilə bağlı açıq mübarizə gedir. Mənbələrin bildirdiyinə görə, İlqar Bayramlı bütün səlahiyyətləri həmyerlisi olan İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədova həvalə edib. Məhz bu addım bütün peşə təhsili sisteminə ciddi təsirlər göstərməyə başlayıb. Bu sahədə o qədər də təcrübəyə malik olmayan Murad Məmmədovun qərarlarını icra etməyin mümkünsüzə çevirilib.
İddia olunur ki, İlqar Bayramlının tapşırığı ilə heç bir Peşə Təhsili Mərkəzi rəhbəri və ya Peşə məktəbinin direktoru Murad Məmmədovun icazəsi olmadan addım ata bilməz və bu mütləq icazə ilə edilməlidir. Agentliyin tabeliyindəki Mərkəzlərin və məktəblərin direktorları Murad Məmmədovun icazəsi olmadan bir xadiməni işdən çıxara və işə qəbul edə bilməz. Murad Məmmədovun imzası olmadan İlqar Bayramlı belə qərar verə bilməz (?)... 

Bir sözlə, İlqar Bayramlının həmyerlisi, sıradan bir sektor müdiri Murad Məmmədova verdiyi bu səlahiyyətlər bütün peşə strukturuna təsirsiz ötüşmür. 
Məlumata görə, bəzi peşə təhsil mərkəzlərinin rəhbərləri verilən tapşırıqların normativ sənədlərlə uzlaşmadığını və onların icrasında çətinliklər yarandığı bildirilir. Agentlik daxilində formalaşdığı iddia edilən qeyri-rəsmi təsir mexanizmləri idarəetmə proseslərini mürəkkəbləşdirir və qərarların qəbulunda əlavə gərginlik yaradır.
İddia olunur ki, Agentlik daxilində təsir imkanları ilə adı hallandırılan şəxslərin fəaliyyət dairəsi təkcə inzibati qərarlarla məhdudlaşmır. 

İnsan resursları və hüquq sektorunun müdiri Murad Məmmədovun 2026–2030-cu illəri əhatə edən və müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulmasını nəzərdə tutan layihələrə münasibətdə də müəyyən təsir cəhdlərinin olduğu iddia edilir.  

Həmçinin Agentlik tərəfindən həyata keçirilən bütün layihələrin, daxili razılaşdırma mexanizmlərinin və qərarların müəyyən rəhbər şəxslərin mövqeyi nəzərə alınmadan irəliləməsinin çətin olduğu barədə qurum daxilində fikirlər mövcuddur. Eyni zamanda, qeyd edilir ki, İlqar Bayramlı öz həmyerlisi Murad Məmmədovu yaxın günlərdə daha yüksək vəzifələrə, o cümlədən direktor müavini vəzifəsinə təyin etdirə bilər.

Daha bir ciddi məsələ isə bir aydan sonra keçiriləcək müəllim və istehsalat təlimi ustalarının işə qəbulu imtahanları ilə bağlıdır. Bildiyimiz kimi, Peşə Agentliyinin keçirdiyi imtahanlar, işə qəbul prosesi uzun illərdir ciddi problemlər və narazılıqla yadda qalır. Hətta sənədlərin qəbulu prosesi belə qarışıq qərarlarla həyata keçirilir və bu da saysız şikayətlərlə nəticələnir. Agentlıik illərdir bu problemi aradan qaldıra bilmir. Agentliyə üz tutan, hansısa problemini araşdırmaq istəyən şəxslər də Murad Məmmədova yönləndirilir və onların problemi həll olunmur. Peşə təhsili müəssisələrinə müqavilə ilə işə qəbul prosessinə də Murad Məmmədovun nəzarət və diqtə etdiyi iddia olunur. Peşə Mərkəzlərinin direktorları müqavilə ilə işə qəbulun aparılmasını, qərarların verilməsini məhz Agentlıikdən gələn tapşırıqla əlaqələndirirlər.
İmtahanlardan yüksək bal toplayan, müsahibələrdən keçən, amma işə qəbul ala bilməyən şəxslərin müraciətləri də Murad Məmmədova yönləndirilir və nəticəsiz qalır. Ötən il onlarla şikayət Murad Məmmədovun rəhbəri olduğu İnsan resursları və hüquq sektoruna ünvanlansa da, heç biri həllini tapmayıb. Şikayətçilərlə telefon əlaqə saxlayan Murad Məmmədov onlara yalnız "araşdırılacaq" cavabını verərək, vaxt qazanır.
 


Bütün bunların fonunda ən maraqlı nüanslardan biri direktor (?) İlqar Bayramlının idarəetmə sistemində davam edən qəribə yeniliyidir. Agentliyin strukturunda vəzifəli şəxslərin konkret tabeliliyi açıq göstərilir. Agentlik direktoru və iki müavin.

Müavinlər Agentliyin direktoruna, şöbə müdirləri müavinlərə, sektor müdirləri də şöbə müdirlərinə tabeli şəkildə fəaliyyət göstərməlidir.  Amma İlqar Bayramlı bu sxemi Murad Məmmədov naminə pozub və bütün Agentliyin müavin, şöbə müdirləri və sektor rəhbərlərini İnsan resursları və hüquq sektorunun müdiri Murad Məmmədovun nəzarətinə verib.  Maraqlıdır, görəsən İlqar bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsasnaməsini oxuyubmu?

Xatırladaq! Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsasnaməsinin - 5. Agentliyin fəaliyyətinin təşkili bölməsində yazılır...
5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.


Beləliklə, Elm və Təhsil naziri Emin Əmrullayevə bir sorğu ünvanlamaq üçün əsl səbəb var...

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor İlqar Bayramlını təyin etmisiz, yoxsa Murad Məmmədovu? Əgər elədirsə, bəs iki müavin, şöbə müdirləri, sektor rəhbərləri kimə lazımdır?/Bizimesr.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlk peşə təhsili ilə bağlı yeni qanun hazırlanır

    İlk peşə təhsili ilə bağlı yeni qanun hazırlanır ...

    14-09-2016, 13:44

  • 
  • Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

    Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək ...

    25-10-2013, 11:01

  • 
  • Novruz Məmmədov nazirlərə göstərişlər verdi - FOTO

    Novruz Məmmədov nazirlərə göstərişlər verdi - FOTO ...

    19-10-2018, 18:47

  • 
  • Azərbaycanda yeni Dövlət Peşə Təhsil mərkəzləri YARADILDI - SİYAHI

    Azərbaycanda yeni Dövlət Peşə Təhsil mərkəzləri ...

    14-10-2016, 13:16

  • 
  • Baş mühasib peşə mərkəzini talayanda direktor Mətləb Hüseynov hara baxırmış? - İTTİHAM VAR!

    Baş mühasib peşə mərkəzini talayanda direktor ...

    24-04-2023, 16:51


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu