Gundemxeber.az » Ölkə » ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı
Mərkəzi bank funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyunun 16-17-də keçirilən iclasının yekunlarına əsasən, faiz dərəcəsini illik 3.5-3.75% səviyyəsində dəyişməz saxlayıb.
Gundemxeber.com xəbər evrir ki, bu barədə tənzimləyicinin press-relizində bildirilir.
Beləliklə, FED ardıcıl dördüncü dəfədir ki, faiz dərəcəsini dəyişdirmədən saxlayır. Bu, Cerom Pauellin FED rəhbəri vəzifəsindən getməsindən və Kevin Uorşun təyin olunmasından sonra keçirilən ilk iclasdır.
Yayımlanan press-relizdə qeyd olunub ki, Yaxın Şərqdəki münaqişə ilə qismən bağlı olan yüksək qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, iqtisadi aktivlik inamlı templərlə artmağa davam edir.
İnflyasiya 2%-lik hədəf səviyyəsi ilə müqayisədə yüksək olaraq qalır. Bu, energetika da daxil olmaqla, ayrı-ayrı sektorlarda qiymətlərin artmasına səbəb olan təklif şokunu qismən əks etdirir.
FED-in uçot dərəcəsi ilə bağlı növbəti iclası iyulun 28-29-na planlaşdırılıb.
Gundemxeber.com
30-01-2020, 10:54
14-12-2017, 11:17
27-07-2017, 01:48
2-11-2017, 11:58
19-07-2017, 00:27
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?