GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı?

Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı?

Tarix: 18-06-2026, 22:34 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 81


Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” Göyçay “Şəhər Təsərrüfatı Birliyi”nin balansında olan Bakı küçəsi 1A, Natəvan küçəsi28/1və28/2saylı ictimai yaşayış binalarında aparılacaq əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanması üzrə 02.04.2026-cı ilə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “HOUSE PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.832 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 13.05.2026-cı ildə dərc edilib.


Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət),  5 (beş) iş günü bitdikdən sonra müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalına yerləşdirilməlidir. Amma portalda olan məlumatlardan da göründüyü kimi müsabiqənin yekunlaşmasından bir aydan da çox vaxt keçməsinə baxmayaraq Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” tərəfindən tərəflər arasında  müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalına yerləşdirilməyib.

Bundan əlavə, Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” tərəfindən nəzərdə tutulmuş layihə smeta sənədlərinin hazırlanması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 7.000,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin
müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “HOUSE PROJECT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş  “HOUSE PROJECT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdu. Xatırladaq ki, Orxan Mürsəlov 2022-ci ilin 11 avqustundan 2025-ci ilin 12 noyabrına qədər Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin rəisi Fuad Bayramov da Orxan Mürsəlovun kadrıdır. Sosial şəbəkələrdə Fuad Bayramovun Gədəbəydə Orxan Mürsəlovun qara kassaı rolunu oynadığı barədə geniş məlumatlar var. Orxan Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə – 2023-cü ildə Fuad Bayramovu Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi təyin etmişdi. Orxan Mürsəlov ötən ilin noyabr ayında Göyçaya icra başçısı təyin edildikdən iki ay sonra, 2026-cı ilin yanvar ayında isə kadrı Fuad Bayramovu da Göyçaya gətirib.

Bizə verilən məlumatlara görə Fuad Bayramov Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi olarkən də dövlət satınalmalarında bir sıra qanun pozuntularına yol verib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Fuad Bayramovun rəhbərliyi ilə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı 14.01.2025-ci ildə təsərrüfatda istifadə ediləcək mal-materialların alınması üzrə “E TRADE AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.285,85 manat məbləğində müqavilə bağlayıb.

Kombinat 13.05.2025-ci ildə yük maşınlarının təmir xidmətlərinin satın alınması üzrə “RƏZ” MMC ilə 24.156,83 manat məbləğində müqavilə bağlayıb.

Bunlar Orxan Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə keçirilmiş satınalmlardır. Fuad Bayramov Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin rəisi keçməsindən bir müddət əvvəl, 30.12.2025-ci ildə nəqliyyat vasitələrinin əsaslı təmiri xidmətlərinin satın alınması üzrə 6.309,05 manat dəyərində anlaşmanı isə pozub.

Görəsən bu əməliyyatdan Orxan Mürsəlovun xəbəri varmı? Təfərrüatı ilə növbəti yazımızda./aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı

    Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun ...

    16-06-2026, 23:36

  • 
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə

    Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay ...

    15-05-2026, 22:00

  • 
  • Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq?! -DETALLAR

    Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə ...

    30-06-2025, 11:29

  • 
  • Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?

    Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı ...

    23-01-2026, 15:20

  • 
  • Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?

    Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı ...

    23-01-2026, 20:34


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu