GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ali məktəblərdən qovulan tələbələrin ilginc statistikası

Ali məktəblərdən qovulan tələbələrin ilginc statistikası

Tarix: 24-06-2026, 16:45 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 3

[spoiler][/spoiler]
Ekspert: “Maddi problemlərlə qarşılaşan tələbələr universitet daxilində işə cəlb olunmalıdır”

Zaman-zaman ali təhsil müəssisələrindən tələbələrin qovulması məsələsi gündəmə gəlir. Bu bir sıra narazılıqlara səbəb olur. Əsas narazılıq isə universitetlərdən qovulanlar arasında təhsil haqqını ödəyə bilməyən tələbələrlə bağlı olur. 2025-ci ildə Azərbaycanda 12,969 tələbə təhsil haqqı ödəmədiyinə görə universitetlərdən xaric edilib. Bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi məlumatlarda yer alıb.

Həmçinin akademik borca görə 938, başqa ali təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar isə 926 tələbənin oxuduqları universiteti tərk etdiyi bildirilir. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 115 olub.

Təəssüf ki, Azərbaycanda ali təhsil müəssisələrində tələbələrin təhsildən xaric edilmə halları artan dinamikada davam edir. Bu, ölkədə təhsil sistemindəki mövcud problemlərin daha dərindən təhlil olunmasını tələb edir. Tələbələrin universitetlərdən xaric edilməsinin müxtəlif səbəbləri olsa da, əsasən maddi çətinliklər, akademik göstəricilər, şəxsi qərarlar və xaricə təhsil üçün müraciət əsas amillər kimi ön plana çıxır. Bu hallar təhsil sisteminin struktur məsələlərinə, sosial-iqtisadi vəziyyətə və tələbələrin fərdi vəziyyətlərinə əsaslanır. Tələbələrin universitetlərdən xaric edilməsinin qarşısını almaq üçün yalnız qanunvericilik deyil, həm də sosial, iqtisadi və psixoloji faktorlar nəzərə alınmalıdır. Təhsil sistemi tələbələrin inkişafı üçün hərtərəfli dəstək mexanizmi yaratmalı, onların maddi və akademik çətinlikləri ilə mübarizə aparmaq üçün effektiv alətlər təqdim etməlidir. Bu, yalnız fərdi tələbələr üçün deyil, həm də ölkənin ümumi inkişafı üçün vacibdir.

Universitetlər tələbələri xaric etməzdən əvvəl hansı alternativ həll yollarını tətbiq edə bilərlər? Dünyanın inkişaf etmiş ölkələrində bu problem necə həll olunur və Azərbaycan hansı təcrübələrdən yararlana bilər?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov məsələnin əsl mahiyyəti ilə bağlı “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, ali təhsil müəssisələrindən tələbələrin maddi və ya akademik səbəblərə görə xaric edilməsi bütövlükdə cəmiyyət üçün ciddi məsələdir: “Universitetlərin inzibati cəza mexanizmlərindən əvvəl preventiv və dəstəkləyici alətlərə keçməsi bu mənfi statistikanı kəskin şəkildə azalda bilər.

İlqar Orucov: Türkiyə-Azərbaycan Universitetində texniki və tibb  ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur -  AZƏRTAC

 İlqar Orucov

Universitetlərin tətbiq edə biləcəyi və faydalı olacaq alternativ həll yollarından biri daxili təqaüdlər və qrantlardır. Maddi vəziyyəti pisləşən uğurlu tələbələrin universitetdaxili fondlar hesabına birdəfəlik və ya semestr boyu davam edən qrantlarla təmin edilməsi vacibdir. Həmçinin tələbələrin universitet daxilində (kitabxana, laboratoriya, inzibati işlər və s.) saathesabı ödənişli işlə təmin olunması onlara ciddi sosial-maddi dəstək ola bilər. Digər bir addım isə təhsil haqqının semestr qəlibindən çıxarılaraq, tələbənin ailəsinin gəlir qrafikinə uyğun şəkildə aylıq və ya hissə-hissə ödənilməsi imkanının yaradılmasıdır. Bununla yanaşı, zəif nəticə göstərən tələbələrin risk qrupuna salınaraq vaxtında reabilitasiyaya cəlb edilməsi, onlara yuxarı kurslar və ya müəllimlər tərəfindən ödənişsiz akademik dəstəyin göstərilməsi vacibdir. Maddi və ya psixoloji problemlərlə qarşılaşan tələbələrə universitetdən xaric edilmədən müvəqqəti fasilə (akademik məzuniyyət) hüququ da verilməlidir".

Ekspert əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələri tələbələrin universitetdə qalmasını təmin etmək üçün müxtəlif maliyyə və akademik modellər tətbiq edirlər: “Məsələn, ABŞ və Böyük Britaniyada gəlirə görə ödəniş sistemi geniş yayılıb. Tələbə oxuduğu müddətdə təhsil haqqı ödəmir, məzun olduqdan sonra işə düzəlir və gəliri müəyyən bir həddi keçdikdə maaşının kiçik bir faizini universitetə geri qaytarır. Azərbaycandakı Təhsil Tələbə Krediti Fondunun şərtləri də yerli reallıqlar nəzərə alınaraq daha da humanistləşdirilə bilər. Almaniyada dövlət universitetləri həm yerli, həm də xarici tələbələr üçün tamamilə pulsuzdur. Orada tələbələrin yaşayış xərcləri üçün xüsusi regional təşkilatlar fəaliyyət göstərir, ucuz yataqxanalar və nəqliyyat kartları təklif olunur. Azərbaycanda bunun tətbiqi üçün universitetlərin nəzdində müstəqil sosial fondlar yaradıla bilər. Digər bir nümunə olan Sinqapur modelində dövlət təhsil haqqının böyük hissəsini qarşılayır, tələbə isə məzun olduqdan sonra ölkə daxilində çalışmaq öhdəliyi götürür. Bunu Azərbaycanda xüsusən regionlarda kadr çatışmazlığı olan sahələrə investisiya modeli kimi tətbiq etmək olar.

Tələbələrin kütləvi şəkildə xaric edilməsi təhsil sisteminin rentabelliyini azaldır və gənclər arasında sosial ümidsizlik yaradır. Azərbaycan ali təhsil müəssisələri cəzayönümlü yanaşmadan maliyyə və akademik reabilitasiya modelinə keçməlidir. Tələbəyə sadəcə statistik göstərici kimi deyil, bir insan kapitalı və gələcəyin vətəndaşı kimi baxaraq bu humanist yanaşmaları tətbiq etmək həm universitetlərin maliyyə dayanıqlığını qoruyacaq, həm də ölkənin insan potensialını daha düzgün idarə etməyə imkan verəcək".


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 4237 tələbə akademik borca görə ali məktəblərdən xaric edilib

    4237 tələbə akademik borca görə ali məktəblərdən ...

    29-01-2014, 11:29

  • 
  • Azərbaycanda universitet bağlandı

    Azərbaycanda universitet bağlandı ...

    8-09-2015, 15:17

  • 
  • ​Magistraturada ixtisas dəyişmək qadağan edildi - QANUN

    ​Magistraturada ixtisas dəyişmək qadağan edildi - ...

    13-12-2017, 11:36

  • 
  • "Təfəkkür" Universitetinin aqibəti necə olacaq?

    "Təfəkkür" Universitetinin aqibəti necə ...

    14-08-2017, 16:16

  • 
  • Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılacaq - Qaydalar açıqlandı

    Ali məktəblərdə ödənişli hazırlıq qrupları ...

    27-11-2018, 11:21


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (16)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu