GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Rayon xəstəxanalarında 60-cı illərin aparatlarından istifadə olunur" - Təcili diaqnostika sahəsində ciddi problemlər - FOTO

"Rayon xəstəxanalarında 60-cı illərin aparatlarından istifadə olunur" - Təcili diaqnostika sahəsində ciddi problemlər - FOTO

Tarix: 29-06-2026, 21:06 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 95


"Rayon xəstəxanalarında 60-cı illərin aparatlarından istifadə olunur" -
Bu yaxınlarda Abşeron rayonunda baş vermiş ağır motosiklet qəzasından sonra yaralının diaqnostik müayinəsi ilə bağlı ortaya çıxan məlumatlar səhiyyə xidmətlərinin əlçatanlığı məsələsini yenidən gündəmə gətirib. Hadisə bir daha göstərir ki, bəzi rayonlardakı xəstəxanalarda kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) kimi həyati əhəmiyyət daşıyan diaqnostik avadanlıqların çatışmazlığı var. Bu da təcili tibbi yardımın keyfiyyətinə və xəstələrin vaxtında müayinə olunmasına nəinki ciddi təsir göstərir, hətta faciəyə gətirib çıxarır. Rayonlarda bu xidmətlərin məhdud olması səbəbindən minlərlə xəstə diaqnostik müayinələr üçün Bakıdakı tibb müəssisələrinə üz tutmağa məcbur qalır. Nəticədə paytaxt xəstəxanalarında sıxlıq və uzun növbələr yaranır, xəstələrin müayinəyə çıxışı çətinləşir. Bu vəziyyət həm region sakinləri, həm də Bakıdakı tibb müəssisələrindən istifadə edən vətəndaşlar üçün əlavə vaxt və maliyyə yükü yaradır.

Rayon xəstəxanalarında KT və MRT kimi həyati vacib diaqnostik avadanlıqların çatışmazlığı həm paytaxt, həm də rayonlarda diaqnostik imkanların genişləndirilməsi və vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxışının təmin edilməsi istiqamətində həlli vacib məsələləri ortaya çıxarır.

Gundemxeber.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Cəmi 30 ədəd KT cihazı var

TƏBİB-in mətbuata verdiyi açıqlamaya görə, hazırda qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 30 ədəd KT cihazı mövcuddur. Onların 11-i Bakı şəhərində, 19-u isə regionlarda yerləşir: "Radioloji tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə müasir tibbi texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir. Əsas məqsəd bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz olunması deyil, pasiyentlərin radioloji xidmətlərə əlçatanlığının təmin edilməsi və vahid radioloji xidmət sisteminin formalaşdırılmasıdır", - deyə qurumdan bildirilib.

Həkim və ekspertlər problemin kifayət qədər dərin olduğunu və bu sahədə təxirəsalınmaz işlərin vacibliyini bildirirlər.

Havadan asılı qalan xəstələr

Professor Adil Qeybulla bildirir ki, təxirəsalınmaz hadisələr dünyanın hər yerində baş verir və bu vəziyyətə həmişə hazır olmaq lazımdır: "İstənilən xəstəxananın "təcili" deyilən bir guşəsi olmalıdır. Çünki xəstənin hadisə yerindən götürülməsi mühüm əhəmiyyət kəsb edir. Həmin zərərçəkmiş hadisə yerindən xəstəxanaya gətirilirsə, yolda əlavə travma ala bilər. Yəni ortada baş beynin, onurğa beynin, onurğa beynin boyun şöbəsinin sınığı və digər ağır travmalar ola bilər. Bunun üçün xüsusi protokol var və bütün həkimlər bunu bilməlidirlər".

Professor bildirir ki, hazırda bütün kəllə-beyin travmalarında müasir metod olan MRT və KT-dən geniş istifadə olunur. Bu baxımdan dövlət xəstəxanalarının işlək vəziyyətdə olması şərtdir: "Təəssüf ki, bir müddət əvvəl bu xəstəxanalarda Səhiyyə Nazirliyi tərəfindən təmir işləri aparılanda xeyli köhnə avadanlıqları da gətirib o müəssisələrdə yerləşdiriblər. Onların da bəziləri qısa müddətdən sonra xarab olur və belə problemlər yaşanır". A.Qeybulla hesab edir ki, xəstəxanadakı bu avadanlıqların texniki durumunun dəyərləndirilməsi, onların işlək vəziyyətdə olması üçün lazımı tədbirlərin görülməsinə, tez-tez xarab olan hissələrinin dəyişdirilməsinə ehtiyac var: "Təəssüf ki, bir avadanlığın olmaması və işləməməsi ucbatından xəstələrin həyatı havadan asılı qalır".

"Rayon xəstəxanalarında 60-cı illərin aparatlarından istifadə olunur"

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli ölkəmizdə radiologiya ilə bağlı ciddi problemlərin yaşandığını bildirir: "Səbəblərdən biri radioloq həkimlərin ciddi çatışmazlığıdır. Dövlət klinikalarında radioloqların sayı kifayət qədər deyil. Radioloji avadanlıqlar - KT, MRT aparatları çox bahalıdır. Onların alınması o zaman zərurətə çevrilir ki, həm də kifayət qədər kadr potensialı olsun. Müəyyən rayonlarda diaqnostik mərkəzlər var. Ancaq orada alınan aparatların çoxu işlək olmayan vəziyyətdə qalıb. Hazırda rayon xəstəxanalarında 60-cı illərin aparatlarından istifadə olunur". Ekspertin sözlərinə görə, dövlət klinikalarında rentgen kontrast maddə yoxdur: "Sığortalı xəstələri heç özəl klinikalara da transfer etmirlər. Xəstə kontrast KT olmalıdır, amma "alternativ olaraq sizi kontrastlı MRT edə bilərik. Sizi özəl xəstəxanaya göndərə bilmirik", - deyirlər. Bu gün öyündüyümüz "Yeni Klinika"da pasiyentləri kontrastlı KT-yə növbəyə götürür, amma bir gün qalmış "kontrastlı maddə olmadığından sizi müayinəyə çağıra bilmirik" deyirlər. Nəticədə xəstələr çətin durumda, xidməti almamış vəziyyətdə qalırlar".

"Yalnız kadrı dəyişməklə islahat olmur"

Ekspert bildirir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında da bu cür avadanlıqlar yoxdur, onlar xəstələri göndərişlə başqa xəstəxanalara yönləndirirlər: "Xəstələr sığortalı olsa da, xidmətin dəyərinin 20 faizinin pulunu ödəməlidirlər. Elə klinikalar var ki, pasiyenti gecə saat 2-3-ə növbəyə yazırlar". İ.Hüseynov rayonlarda vəziyyətin daha acınacaqlı olduğunu deyir: "KT aparatı bir yana qalsın, normal rentgen aparatları istismar vaxtını bitirmiş vəziyyətdədir". Ekspert hesab edir ki, səhiyyə sahəsində təkcə kadr dəyişikliyi ilə islahata nail olmaq mümkün deyil: "Mütəxəssislərin sayı azaldılmasın, əksinə, artırılsın, 65 yaşlı həkimlər işdən çıxarılmasın. Onsuz gənclər bölgələrə getmirlər. Həkimsizləşmək problemi yaşayırıq. Gənc həkimlər kütləvi şəkildə Almaniyaya gedirlər. Onlar üçün yaxşı şərait yaradılmalı, avadanlıqlar verilməlidir ki, burada qalıb radioloq kimi işləsinlər. Rerezidentura ilə bağlı da islahatlar aparılmalıdır. Yalnız kadrı dəyişməklə islahat olmur. Səhiyyə sahəsində görülməli işlər çoxdur".


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə işləmir? - TƏBİB-ə sual olunur...

    “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə ...

    27-04-2022, 15:00

  • 
  • Sığorta, yoxsa yolaverdi? - Səhiyyəmizin Bermud üçbucağı

    Sığorta, yoxsa yolaverdi? - Səhiyyəmizin Bermud ...

    7-07-2022, 18:16

  • 
  • Müddətli müqavilə ilə işləyən müəllimlər diaqnostik qiymətləndirməyə niyə buraxılmadı? — NAZİRLİKDƏN AÇIQLAMA

    Müddətli müqavilə ilə işləyən müəllimlər ...

    31-05-2018, 12:39

  • 
  • Səhiyyə Nazirliyinin üstünü toz basmış on milyonları...

    Səhiyyə Nazirliyinin üstünü toz basmış on ...

    27-01-2014, 14:07

  • 
  • Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirilib

    Koronavirusun diaqnostik alətlər dəsti ...

    3-02-2020, 10:55


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu