GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? -…xeyli məbləğdə vəsait toplanıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? -…xeyli məbləğdə vəsait toplanıb

Tarix: 30-06-2026, 18:48 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 6


Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?

Son zamanlar redaksiyamıza bir neçə QHT nümayəndəsi müraciət edərək “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülarə Vəlixanlının onlarla bağlanılmış müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirirlər. Müraciət müəlliflərinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciətlər edilməsinə, sosial şəbəkələrdə problemlərin işıqlandırılmasına baxmayaraq, nə maliyyə sənədləri təqdim olunur, nə də ödənilmiş vəsaitlər geri qaytarılır.

Şikayətçilərin iddiasına görə, müxtəlif xidmətlərin göstərilməsi və maliyyə sənədlərinin hazırlanması adı ilə QHT-lərə sərfəli təkliflər verilib, nəticədə onlardan xeyli məbləğdə vəsait toplanıb. Lakin sonradan bildirilib ki, bank hesabındakı vəsait vergi borclarına görə avtomatik silindiyindən həmin pulların geri qaytarılması hazırda mümkün deyil.

Bu, ilk baxışdan iki tərəf arasında yaranmış mülki mübahisə kimi görünə bilər. Lakin məsələ bununla bitmir.

Məlumata görə, bu QHT-lər hüquq-mühafizə orqanlarına müraciətin nəticəsiz qalacağı qənaətindədir… Onlar iddia edirlər ki, Gülarə Vəlixanlının arxasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi dayanır. Bu səbəbdən hüquqi addım atacaqları halda gələcəkdə Agentlikdən qrant ala bilməyəcəklərindən ehtiyat edirlər.

Məhz bu iddialardan sonra sözügedən təşkilatın dövlət hesabına maliyyələşdirilən layihələrini araşdırmağa qərar verdik.

Araşdırma zamanı məlum oldu ki, 2023-cü ildə “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Təhsilin əlçatanlığını təmin edən “Rahat Təhsil” (Easy Education) mobil tətbiqi və saytının təkmilləşdirilməsi” layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib və bu məqsədlə təşkilata 8000 manat dövlət vəsaiti ayrılıb.

Layihənin faktiki nəticəsini öyrənmək üçün təqdim edilən internet saytı və mobil tətbiq nəzərdən keçirdik. Oxucuları da həmin platformaya baxmağa dəvət edirik: https://easyedu.az/

İlk baxışdan yaranan təəssürat ondan ibarətdir ki, layihə tam işlək və funksional təhsil platforması deyil. Sayt və tətbiq daha çox ilkin maket və ya yarımçıq məhsul görüntüsü yaradır. Əgər doğrudan da vəziyyət belədirsə, ortaya çox ciddi suallar çıxır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu layihənin yekun hesabatını hansı meyarlar əsasında qəbul edib? Layihənin icrası yerində monitorinq olunubmu? Hazırlanan məhsulun funksionallığı və ictimai faydası necə qiymətləndirilib?

Yoxsa təqdim olunan sənədlər formal qaydada qəbul edilərək layihə uğurlu hesab olunub?

İndi bizi daha ciddi sual düşündürür. Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?

Ən maraqlı məqam isə bundan sonra başlayır.

Normal məntiqə görə, əvvəlki layihənin nəticələri qiymətləndirilməli, onun uğurlu və ya uğursuz olması növbəti maliyyələşdirmə qərarlarına təsir göstərməli idi. Lakin görünən odur ki, belə olmayıb.

Belə ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı ildə də “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin “Gələcəyin mühəndisləri” adlı layihəsini qalib elan edib və yenidən 8000 manat dövlət vəsaiti ayırıb.

Belə olan halda istər-istəməz sual yaranır: əvvəlki layihənin real nəticələri Agentlik üçün ümumiyyətlə əhəmiyyət daşıyırmı? Yoxsa QHT nümayəndələrinin dediyi kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi onlara “like” qoyan və yalnız onlarla foto çəkdirənlərə qrant ayırır?

Əgər layihələrin icra keyfiyyəti, ictimai faydası və davamlılığı qiymətləndirilmirsə, onda qrant müsabiqələrinin əsas məqsədi nədir?

Müraciət edən şəxslər iddia edirlər ki, Gülarə Vəlixanlının QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəhbərliyi ilə yaxın münasibətləri var və bu münasibətlər onun ardıcıl şəkildə qrant qazanmasına şərait yaradır. Bununla da belə şübhələrin yaranmasının özü Agentliyin fəaliyyətində daha yüksək şəffaflıq və hesabatlılıq tələb edir.

Dövlət vəsaiti şəxsi münasibətlərə görə deyil, real nəticələrə görə ayrılmalıdır.

Əgər hər-hansı təşkilat bir layihəni lazımi səviyyədə başa çatdırmayıbsa, onun növbəti layihəsinin hansı əsaslarla maliyyələşdirildiyi ictimaiyyətə aydın izah edilməlidir.

Şəffaflıq yalnız tədbirlərdə çəkilən şəkillərlə, sosial şəbəkələrdə paylaşılan fotolarla və təqdimatlarla ölçülmür. Şəffaflıq dövlət büdcəsindən ayrılan vəsaitin son nəticəsinin cəmiyyət üçün görünməsi deməkdir.

Bu gün vətəndaş cəmiyyətində belə bir fikir formalaşır ki, bəzən layihənin keyfiyyətindən çox, müəyyən çevrələrə yaxın olmaq daha vacib hesab edilir. Əgər bu təsəvvür yanlışdırsa, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bunu konkret faktlar və açıq hesabatlarla təkzib etməlidir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi bu məsələlərə münasibət bildirməli, həm adıçəkilən layihələrin qəbul edilməsinin hüquqi və maliyyə əsaslarını, həm də monitorinq mexanizmlərini ictimaiyyətə açıqlamalıdır. Eyni zamanda, redaksiyamıza daxil olmuş müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı şikayətlərin araşdırılması üçün aidiyyəti dövlət qurumlarının da məsələyə hüquqi qiymət verməsi ictimai maraq baxımından əhəmiyyətlidir./yenixeberorg.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ...

    26-01-2018, 14:05

  • 
  • “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin araşdırır

    “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin ...

    21-02-2013, 10:00

  • 
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43

  • 
  • QHT-lər üçün vacib xəbər

    QHT-lər üçün vacib xəbər ...

    21-01-2016, 19:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu