Gundemxeber.az » Ölkə » Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb, 26 nəfər həbs edilib
İstanbul (Türkiyə) və digər şəhərlərdə keçirilən əməliyyatlarda 1 ton 45 kiloqram narkotik vasitə və 173 min 9 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Gundemxeber.com bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları iyunun 15-30-da İstanbul, Tekirdağ, Gümüşhane və Kocaelidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplara və küçə satıcılarına qarşı əməliyyatlar keçiriblər.
Əməliyyatlar zamanı 80 şübhəli saxlanılıb. Onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib. Digər 54 nəfərlə bağlı araşdırmalar davam edir.
5-05-2026, 10:37
30-07-2019, 13:01
21-01-2021, 19:47
30-03-2016, 10:42
26-12-2020, 09:46
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?