GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ən təhlükəli çimərliklər açıqlandı - Əhaliyə XƏBƏRDARLIQ

Ən təhlükəli çimərliklər açıqlandı - Əhaliyə XƏBƏRDARLIQ

Tarix: 9-07-2026, 13:57 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5


Yay mövsümü insanların istirahət, sərinlənmək və dəniz, çay, göl kənarında vaxt keçirmək istəyi ilə müşayiət olunsa da, təəssüf ki, hər il bu fəslin ən ağrılı xəbərləri də məhz su hövzələrindən gəlir. Elə bil Azərbaycanda faciələrin də öz mövsümü var: qış aylarında dəm qazı qurbanlar alırsa, yayda ölüm statistikalarında boğulma halları ön plana çıxır. Demək olar ki, hər həftə sosial şəbəkələrdə və xəbər lentlərində dənizdə, kanalda, çayda və ya süni göldə həyatını itirən insanların xəbərləri yayılır, bir anlıq ehtiyatsızlıq bütöv ailələri faciə ilə üz-üzə qoyur.

Son iki ayda suda boğulma ilə bağlı 47 müraciət olub | Modern.az

Əlbəttə, su hövzələrində bədbəxt hadisələr dünyanın bütün ölkələrində baş verir. Lakin mütəxəssislərin fikrincə, Azərbaycanda boğulma hallarının sayının yüksək olmasının səbəbləri arasında üzgüçülük bacarıqlarının kifayət qədər olmaması, təhlükəsizlik qaydalarına laqeyd yanaşılması, nəzarətsiz çimərliklərdən istifadə, alkoqollu vəziyyətdə suya girmək və riskli davranışlar xüsusi yer tutur.

Xüsusilə son günlərdə ard-arda baş verən hadisələr göstərir ki, insanlar hələ də suyun təhlükəsini lazımınca qiymətləndirmir və "mənə heç nə olmaz" düşüncəsi bəzən faciə ilə nəticələnir. Maraqlıdır ki, boğulan insanların heç də hamısı üzməyi bacarmayan şəxslər olmur. Bəzən təcrübəli üzgüçülər də güclü axın, qəfil qıcolma, yorğunluq, dalğalanma və ya digər gözlənilməz amillərin qurbanına çevrilirlər. Bu isə göstərir ki, suda təhlükəsizlik yalnız üzməyi bacarmaqla məhdudlaşmır.

Bəs insanlar ən çox hansı səhvlərə görə boğulurlar? Dənizə, çaya və ya gölə girərkən hansı təhlükələr nəzərə alınmalıdır? Uşaqların və yeniyetmələrin təhlükəsizliyi üçün valideynlər nələrə diqqət etməlidirlər? Çimərlikdə və ya açıq su hövzəsində həyatımızı xilas edə biləcək əsas qaydalar hansılardır?

Mövzu ilə bağlı FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Musavat.com-a danışıb:"Qurum tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq, Xidmətin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmin tədbirlər çərçivəsində ilkin olaraq, Xidmət tərəfindən sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarətdir. Bundan başqa, çimərlik mövsümündən öncə xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb. Üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə, çimərlik ərazisində maarifləndirici lövhələr yerləşdirilmişdir. Bunlardan əlavə, xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub. Həmçinin, xidmətin balansında olan texnika və vasitələr, dalğıc əməliyyatlarında istifadə edilən avadanlıqlar işlək vəziyyətə gətirilmişdir. Xidmətin aidiyyəti şöbələri mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər".

Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə  təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə... - "İki sahil"

Aqşin Əlili bildirib ki, monitorinqlər zamanı xüsusi təhlükəli hesab edilən bir sıra ərazilər müəyyən olunub: "Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Mil qaya və Şimal Qress adlanan ərazilər, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan ərazisində yerləşən və "Daçnik" kimi tanınan sahə, Binəqədi rayonu Novxanı qəsəbəsindəki Sarı qaya ərazisi, eləcə də Qaradağ rayonunda yerləşən Mayak adlanan sahə təhlükəli ərazilər kimi qeydə alınıb. Qeyd olunan ərazilərin mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olması, bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükə yaradır".

Qurum rəsmisinin sözlərinə görə, aparılan geniş maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də nəzarətsiz və çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən istifadə edirlər:"Təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşların nəzarətsiz qeyri çimərlik ərazilərindən, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır". Mütəxəssis bildirib ki, boğulma hallarına səbəb olan ən geniş yayılmış risk faktorları bunlardır: çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan ərazilərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul edib sərxoş vəziyyətdə suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır.

Nəzarət olunan (xilasedicilər olan) çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin yardım imkanları mövcud olur. Nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməkləri tövsiyə edilir".

Aqşin Əlili qeyd edib ki, cari il ərzində FHN əməkdaşları tərəfindən çoxsaylı insanın həyatı xilas olunub: "Cari ildə 13 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 19 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər Xidmət əməkdaşları tərəfindən xilas edilib və Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də onu deməyə əsas verir ki, sularda təhlükəsizliyimizin təmin olunması üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli xilasedicilərin cağırışlarına və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl edilməlidir. Təhlükə zamanı 112-yə zəng edin".


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhlükəli çimərliklərin - Adları

    Təhlükəli çimərliklərin - Adları ...

    11-07-2017, 14:48

  • 
  • Yay gəlir, suda boğulanların sayı artır

    Yay gəlir, suda boğulanların sayı artır ...

    5-07-2018, 11:35

  • 
  • Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)

    Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar ...

    27-11-2019, 15:54

  • 
  • Bir gündə 7 adam batdı: Xəzəri “əjdahaya” çevirən şok səbəblər

    Bir gündə 7 adam batdı: Xəzəri “əjdahaya” çevirən ...

    22-07-2016, 14:36

  • 
  • Dəm qazından növbəti ölüm

    Dəm qazından növbəti ölüm ...

    28-03-2016, 14:27


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu