Gundemxeber.az » Ölkə » ABŞ-nin zərbələri nəticəsində ölən iranlı hərbçilərin sayı açıqlandı
İyulun 8-nə keçən gecə ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində səkkiz iranlı hərbçi həlak olub.
Gundemxeber.com SNN telekanalına istinadən xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.
"ABŞ-nin İranın cənub bölgələrinə qarşı bu səhər törətdiyi cinayətkar təcavüz nəticəsində Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin 8 hərbçisi Bəndər-Abbas və Buşəhrdə düşmən zərbələri nəticəsində həlak olub", - deyə bəyanatda vurğulanır.
İran ordusu bu zərbələrə görə ABŞ-dən qisas alacağını bəyan edib.
Qeyd edək ki, iyulun 8-də Ağ Ev tərəflər arasında baş verən zərbə mübadiləsindən sonra ABŞ və İran arasında atəşkəs rejiminin artıq qüvvədə olmadığını açıqlayıb.
Gundemxeber.com
4-03-2026, 12:18
8-04-2026, 16:49
4-03-2026, 23:10
25-09-2014, 12:04
4-03-2026, 11:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?