GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İşə qəbulda yaş və cins ayrı-seçkiliyi: Şirkətləri bu cəza gözləyir

İşə qəbulda yaş və cins ayrı-seçkiliyi: Şirkətləri bu cəza gözləyir

Tarix: 14-07-2026, 22:35 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 2


Azərbaycanda əmək bazarında illərdir dəyişməyən, yazılmamış, amma sərt bir "qayda" formalaşıb: əgər yaşınız 45-i, xüsusən də 50-ni ötübsə, iş tapmaq sizin üçün demək olar ki, qeyri-mümkünə çevrilir. İllərin təcrübəsinə malik peşəkar mütəxəssislər kənarda qaldığı halda, gündəlik yayımlanan iş elanlarında "yaş həddi: 20-30", "maksimum 25 yaş" və ya "30 yaşadək" kimi sərt tələblər irəli sürülür.

Bununla da kifayətlənməyən əmək bazarında diskriminasiya təkcə yaşla məhdudlaşmır. Bir çox hallarda işəgötürənlər namizədin peşə bacarığını deyil, birbaşa cinsini əsas götürürlər. Bəzi vakansiyalarda yalnız qadın namizədlər axtarılır, digərlərində isə "yalnız kişi işçi tələb olunur" və ya "qadın namizədlər qəbul edilmir" kimi şərtlərlə insanların üzünə qapılar bağlanır. Vətəndaşlar arasında ciddi narazılıq və haqlı narahatlıq doğuran bu tendensiya, eyni zamanda, sosial ədalətsizliyin bariz nümunələrindən biri kimi qiymətləndirilir.

Bəs Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, şirkətlərin və ümumilikdə işəgötürənlərin vakansiyalarda bu cür yaş və cins tələbləri irəli sürməsi nə dərəcədə qanunauyğundur? Qanunvericilik bu halları necə tənzimləyir və hüquqları pozulan vətəndaşlar belə vəziyyətlə qarşılaşdıqda hansı addımları atmalıdır?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini deyib:"Ciddi və peşəkar işəgötürən üçün işçinin yaşı yalnız o zaman əhəmiyyət kəsb edə bilər ki, söhbət ağır fiziki güc tələb edən sahələrdən getsin. Belə hallarda daha enerjili, gənc kadrların seçilməsi başa düşüləndir. Ümumiyyətlə isə işə qəbul zamanı cins, yaş və ya digər fizioloji göstəricilərə görə məhdudiyyətlərin qoyulması yalnız xüsusi qanunvericilik sənədləri ilə tənzimləndiyi halda qanunidir. Məsələn, elə spesifik peşələr (stüardessa, hotellərdə qəbul şöbəsinin əməkdaşları və s.) ola bilər ki, orada daxili normativ sənədlərə əsasən müəyyən xarici görünüş, boy və ya çəki normativləri tələb olunsun. Qanunla tənzimlənməyən digər bütün hallarda bu cür məhdudiyyətlər birbaşa diskriminasiyadır".

Hüquq müdafiəçisi qeyd edib ki, peşəkar işəgötürən 45 yaşlı mütəxəssisdən heç vaxt imtina etməz:" Çünki 40 yaşdan sonrası insanın peşəkarlıq baxımından ən yüksək inkişaf və yetkinlik dövrüdür. Təəssüf ki, bəzi qeyri-ciddi özəl şirkətlərdə, eləcə də qohumbazlıq prinsipləri ilə işləyən bəzi büdcə təşkilatlarında kənar şəxsləri işə qəbul edərkən yaş və cins amili bəhanə gətirilir. Dövlət qulluğunda isə vəziyyət fərqlidir. 1-5-ci kateqoriyalar üzrə qulluğuna qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəffaf şəkildə həyata keçirilir və burada heç bir diskriminasiyaya yol verilmir. Dövlət qulluğunda yaş məhdudiyyəti yalnız qanunla müəyyən olunmuş son çalışma həddi 65 yaşla bağlıdır ki, bu da dövlət resurslarının səmərəli istifadəsi baxımından tamamilə məntiqlidir. Aşağı yaş həddi isə 15 yaş müəyyən edilsə də, bu yaşda çalışanlara yalnız xüsusi sahələrdə və fərdi hallarda rast gəlinir".

Sahib Məmmədovun sözlərinə görə, əmək bazarında yaş və cinsə görə ayrı-seçkilik yaradan iş elanlarının geniş yayılması ciddi problemdir:"Təəssüf ki, bu hallara qarşı effektiv mübarizə aparmaq çətindir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin yoxlama mexanizmlərinin məhdud olması və vətəndaşların bu barədə demək olar ki, şikayət etməməsi problemi dərinləşdirir. İnsanlar şikayət etmir, çünki gizli saxlanılan bu diskriminasiyanı hüquqi cəhətdən sübut etmək çox mürəkkəbdir.

Bu problemin kökündə duran ən böyük səbəb isə Azərbaycandakı əmək bazarında tələb ilə təklif arasındakı disbalans və yüksək işsizlik dərəcəsidir. Ölkədə məhsuldar işçi qüvvəsi əsasən Bakı və Abşeronda cəmləşib. Regionlarda vakansiyaların, eləcə də Bakının özündə ixtisaslı fəhlə peşələrinə tələbatın olmasına baxmayaraq, paytaxtda iş axtaranların sayı həddindən artıq çoxdur. Əmək bazarına daxil olan gənclərin sayı bazarı tərk edənlərdən qat-qat çoxdur və bu tendensiyanın hələ uzun illər davam edəcəyi gözlənilir. Qapıda növbə gözləyən işçi kütləsinin çoxluğunu görən bəzi işəgötürənlər isə vəziyyətdən sui-istifadə edərək absurd tələblər irəli sürür və əməkhaqlarını süni şəkildə aşağı salırlar.

Halbuki Azərbaycan qanunvericiliyi, o cümlədən Konstitusiya, Əmək Məcəlləsinin 16-cı maddəsi və "Gender bərabərliyinin təminatları haqqında" Qanun hər cür ayrı-seçkiliyi qəti şəkildə qadağan edir, hətta buna görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutur. Lakin kağız üzərindəki qanunlarla real praktika hələ də üst-üstə düşmür".


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 19 məktəbli qız abort etdirib

    Azərbaycanda 19 məktəbli qız abort etdirib ...

    25-07-2017, 16:44

  • 
  • Azərbaycanda abort edən məktəbli qızlar - Dəhşətli statistika

    Azərbaycanda abort edən məktəbli qızlar - ...

    14-09-2016, 21:24

  • 
  • Səfərbərlikdə yaş həddi - ehtiyac olduqda döyüşə kimlər gedəcək?

    Səfərbərlikdə yaş həddi - ehtiyac olduqda döyüşə ...

    7-04-2016, 17:41

  • 
  • Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti araşdırılacaq

    Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti ...

    30-05-2017, 16:30

  • 
  • Hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər

    Hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla ...

    27-11-2013, 20:06


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu