GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Finala gedən yol Kennedinin öldürüldüyü Dallasdan keçir: Bu gecə yalnız biri “sağ qalacaq” - Bir tərəfdə Mbappe, digər tərəfdə isə...

Finala gedən yol Kennedinin öldürüldüyü Dallasdan keçir: Bu gecə yalnız biri “sağ qalacaq” - Bir tərəfdə Mbappe, digər tərəfdə isə...

Tarix: 14-07-2026, 23:09 Bölmə :Ölkə / İdman Baxış: 18

İLK yayım saatı: 14:26

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatı artıq sona yaxınlaşır. Bu gün mundialın ən çox gözlənilən qarşılaşmalarından biri keçiriləcək.

WhatsApp Image 2026-07-14 at 12.54.04.jpeg (347 KB)

Bakı vaxtı ilə saat 23:00-da Avropa futbolunun iki nəhəngi sayılan Fransa və İspaniya milliləri üz-üzə gələcək.

Görüş Texas ştatının Arlinqton şəhərində yerləşən Dallas stadionunda baş tutacaq.

WhatsApp Image 2026-07-14 at 12.48.16.jpeg (179 KB)

Bu ad bütün dünyaya tanışdır, məhz XX əsrin cinayəti Dallasda baş vermişdi, ABŞ-nin 35-ci prezidenti Con Kennedi burada qətlə yetirilmişdi...

110058.jpg (86 KB)

Fransa-İspaniya duelinin qalibi iyulun 19-da dünya çempionatının finalına vəsiqə qazanacaq. Məğlub tərəf isə üçüncü yer uğrunda mübarizə aparacaq. Bu, sadəcə yarımfinal deyil, son illərin ən prinsipial futbol rəqabətlərindən biridir. Bir tərəfdə ikiqat dünya çempionu Fransa, digər tərəfdə isə Avropa çempionu İspaniya dayanıb. Hər iki ölkənin komandası mundial boyu çempionluğa layiq oyun nümayiş etdirib və indi onlardan biri böyük arzusuna bir addım da yaxınlaşacaq.

Qeyd edək ki, son illərdə Fransa və İspaniya arasında keçirilən qarşılaşmalar futbol ictimaiyyətinin daim diqqət mərkəzində olub. Xüsusilə İspaniyanın Fransa üzərində Avropa çempionatı və Millətlər Liqası yarımfinallarında qazandığı qələbələr bu dueli daha da prinsipial edib. İndi isə səhnə dünya çempionatıdır və bu görüşün dəyəri qat-qat böyükdür.

Didye Deşamın komandası revanş arzusu ilə meydana çıxacaq. Luis de la Fuente isə son illərdə Avropa futbolunda qurduğu dominant komandanı dünya çempionluğuna daha da yaxınlaşdırmaq niyyətindədir. Fransa turnirin əvvəlindən favorit statusunu doğruldur. Komanda həm hücumda məhsuldar, həm də müdafiədə etibarlı oyun nümayiş etdirib.

yjsfp0cCZZ98trvYg64nOpLC6eXTxfe4nnbDMQsI_1200.jpg (162 KB)

Fransızların mundial yoluna nəzər salaq:

Qruplarda Seneqalı 3:1, İraqı 3:0, Haalandlı Norveçi isə 4:1 hesabı ilə məğlub etdilər. 1/16 mərhələsində İsveçi 3 cavabsız qolla çempionatdan kənarlaşdırdılar. 1/8 mərhələsində Paraqvay minimal hesabla, dörddəbirdə isə güclü Mərakeş 2:0 hesabı ilə keçildi.

Fransa indiyədək turnirdə ən sabit komandalardan biri olub. Mbappenin liderliyi, Olisenin məhsuldarlığı, Dembelenin sürəti və Çuameninin mərkəzdəki işi komandanın əsas üstünlüklərindəndir. Ən diqqətçəkən məqamlardan biri isə Fransa müdafiəsinin etibarlılığıdır.

WhatsApp Image 2026-07-14 at 12.54.13.jpeg (94 KB)

İspaniya isə tamamilə fərqli futbol fəlsəfəsinə malikdir. Topa nəzarət, yüksək pressinq, qısa ötürmələr və texniki futbol ispanların ən böyük üstünlüklərindən sayılır. Luis de la Fuente komandası son iki ildə Avropanın ən baxımlı kollektivlərindən biri kimi qəbul olunur. İspaniya pley-off mərhələlərində əvvəlcə Avstriyanı, ardınca Portuqaliyanı, sonda isə Belçikanı sıradan çıxararaq yarımfinal hədəflərinə çatdı. İndi isə son iki hədəf qalıb, əvvəlcə Fransanı keçərək finala çıxmaq və orada da İngiltərə-Argentina qalibini udaraq ikinci dəfə dünya çempionluğu yaşamaq…

ubomOJXnZTkGRMvaDPQzzaRSwdFMv0x5Dhku0FPj_1200.jpg (181 KB)

İspaniya müdafiədə minimum səhvlə oynayan komandadır. Hücum xəttində isə Lamin Yamal, Niko Uilyams, Merino və digər futbolçular istənilən müdafiəni çətin vəziyyətə sala bilirlər.

Bu oyunun ən maraqlı qarşıdurması heç şübhəsiz ki, Kilian Mbappe və Lamin Yamal arasında olacaq. Gecənin dueli sayılır. Bir tərəfdə artıq dünya futbolunun simasına çevrilmiş Mbappe, digər tərəfdə isə dünən 19 yaşını qeyd edən, futbol dünyasını heyran qoyan Lamin Yamal dayanıb...

Mbappe sürəti, fərdi ustalığı və qol hissiyyatı ilə seçilir. Yamal isə driblinq, oyun quruculuğu və gözlənilməz qərarları ilə müdafiələri çətin vəziyyətə salır. Bir sözlə, bu qarşıdurmanı dünya futbolunun bu günü ilə gələcəyinin savaşı da adlandırmaq olar.

Bu görüşdə şübhəsiz ki, taktiki gedişlər də nəticəyə əsas təsir edəcək. Fransa millisinin baş məşqçisi Didye Deşam böyük turnirlərin ən uğurlu məşqçilərindən biridir. Onun komandası əks-hücumları mükəmməl qurur, müdafiədə intizamlıdır, standart vəziyyətlərdən maksimum istifadə edir. Luis de la Fuente isə topa sahib olmağa üstünlük verir, rəqibi yoraraq boşluqlar yaradır, cinah futbolunu maksimum dəyərləndirir.

eq09f8LbaojB4xe7qJRmONWqJ529o9W5biXTM65l_1200.jpg (147 KB)

Bütün bunlardan çıxış etsək deyə bilərik ki, bu görüşdə taktiki səhv edən komanda finaldan kənarda qalacaq. Oyunda həmçinin taleləri yarımmüdafiə həll edə bilər. Fransadan Çuameni və Zair-Emri, İspaniyadan isə Rodri, Fabian Ruiz, Merino arasında topa sahib olmaq uğrunda gedəcək mübarizə matçın ritmini müəyyənləşdirəcək.

Psixoloji üstünlük əsasən Fransa tərəfdə görünür. Hər halda verilən açıqlamalar bunu deməyə əsas verir. Belə ki, Fransa futbolçuları açıq şəkildə bildirirlər ki, Avropa çempionatındakı məğlubiyyətin acısını çıxmaq istəyirlər. Didye Deşam isə bunu “revanş oyunu” adlandırmasa da, futbolçuların motivasiyasının yüksək olduğunu gizlətmir.

1WGWhn8yB5WU1TfdjJzgDUjozIVSXWsN70R9K5xV_1200.jpg (180 KB)

Statistik üstünlüyə gəlincə, 50-50 demək olar. Fransa turnirdə daha çox qol vurub və hücum xəttində daha məhsuldar görünür. İspaniya isə daha az qol buraxaraq müdafiə baxımından seçilir. Məhz bu səbəblərdən dolayı Fransa-İspaniya dueli dünya çempionatı 2026-nın ən yüksək səviyyəli oyunu hesab edilir.

Beləliklə, Dallas stadionunda keçiriləcək 90 dəqiqə (və ya daha artıq) təkcə bir oyunun deyil, bütöv bir mundialın taleyini dəyişəcək. Dünya futbolunun milyonlarla azarkeşi nəfəsini içinə çəkərək bu möhtəşəm qarşılaşmanı gözləyir.../musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Futbol üzrə dünya çempionatının qalibi 40 milyon dollar alacaq

    Futbol üzrə dünya çempionatının qalibi 40 milyon ...

    4-12-2013, 11:32

  • 
  • "DÇ-2018": İlk finalçı Fransa oldu

    "DÇ-2018": İlk finalçı Fransa oldu ...

    11-07-2018, 00:04

  • 
  • AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı

    AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə ...

    28-06-2021, 09:30

  • 
  • AVRO-2020: Portuqaliya Almaniya ilə, Polşa İspaniya ilə üz-üzə

    AVRO-2020: Portuqaliya Almaniya ilə, Polşa ...

    19-06-2021, 10:10

  • 
  • AVRO-2020-yə son 4 vəsiqə uğrunda mübarizə aparacaq komandalar dəqiqləşib

    AVRO-2020-yə son 4 vəsiqə uğrunda mübarizə ...

    20-11-2019, 12:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu