GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”

Tarix: 15-07-2026, 22:43 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 5

Siyəzən rayonunun Eynibulaq kənd sakini Abasov İntizam Abasmirzə oğlu redaksiyamıza müraciət edərək həyat yoldaşının müalicəsi və tibbi sənədləşmə prosesi ilə bağlı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən narazılığını bildirib.
 
Şikayətçinin sözlərinə görə, ailə yalnız həyətyanı sahəsində becərdikləri kənd təsərrüfatı məhsullarının satışı hesabına dolanır. O bildirir ki, həyat yoldaşı hər iki gözündə ağır görmə məhdudiyyəti olan şəxsdir və uzun müddətdir Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicə olunur. 

Şikayətə əsasən, xəstəyə mərkəzdə göz buynuz qişasının transplantasiyası əməliyyatı aparılıb. Ailənin iddiasına görə, əməliyyatdan əvvəl müəyyən qədər görmə qabiliyyəti olduğu halda, əməliyyatdan sonra görmə vəziyyəti daha da pisləşib və hazırda o, gündəlik həyatını müstəqil şəkildə davam etdirməkdə ciddi çətinlik çəkir.
Abasov İntizam bildirir ki, müxtəlif vaxtlarda eyni xəstə ilə bağlı verilən tibbi rəylər arasında ciddi ziddiyyətlər mövcuddur. Onun sözlərinə görə, bəzi tibbi sənədlərdə görmə göstəricisi 0.01 kimi qeyd edilsə də, əlilliyin təyin olunması üçün təqdim edilən digər rəsmi rəylərdə görmə səviyyəsi daha yüksək göstərilir. Digər oftalmoloqların verdiyi rəylərlə Respublika Oftalmologiya Mərkəzinin rəyi arasında da ciddi fərqlər olduğu iddia edilir.
 
Şikayətçi hesab edir ki, bu ziddiyyətlər həyat yoldaşının real sağlamlıq vəziyyətini əks etdirmir və nəticədə onun əlilliyinin rəsmiləşdirilməsi, sosial təminat hüquqlarından istifadə etməsi və daimi qulluq göstərən şəxsin təyin olunması prosesinə mənfi təsir göstərir.
 
Vətəndaş bildirir ki, məsələ ilə bağlı dəfələrlə mərkəzin rəhbərliyinə müraciət edib, müxtəlif dövlət qurumlarına yazılı ərizələr göndərib və müayinələr zamanı istifadə olunan tibbi avadanlıqların sertifikatlarının təqdim olunmasını tələb edib. Lakin onun sözlərinə görə, bu müraciətlərə tam və əhatəli cavab verilməyib.
 
Şikayətçi həmçinin bildirir ki, mərkəzin direktoru Elmar Qasımovun qəbuluna düşmək üçün dəfələrlə cəhd göstərsə də, buna nail ola bilməyib.
İctimaixeber.org tərəfindən aparılan araşdırma zamanı da məlum olub ki, vətəndaş uzun müddətdir müxtəlif dövlət qurumlarına və aidiyyəti instansiyalara müraciətlər edir. Redaksiyamızın əldə etdiyi məlumatlara görə, ailə əsasən tibbi rəylər arasındakı ziddiyyətlərin aradan qaldırılmasını və xəstənin sağlamlıq vəziyyətinə uyğun obyektiv rəy verilməsini tələb edir.
 
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də müxtəlif tibb müəssisələrinin verdiyi rəylərin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməsidir. Məhz bu ziddiyyətlərin əlillik təyin olunması prosesinə təsir göstərdiyi bildirilir.
Bundan əlavə, redaksiyamıza təqdim olunan məlumatlarda implantların mənşəyi ilə bağlı da müxtəlif iddialar yer alır. Şikayətçiyə verilən şifahi məlumata görə, istifadə olunan implantların Finlandiya istehsalı olduğu bildirilib. Digər tərəfdən, adının açıqlanmasını istəməyən bir şəxs həmin implantların Hindistandan alındığını iddia edib. 
 
Abasov İntizam Abasmirzə oğlu aidiyyəti dövlət qurumlarından məsələni obyektiv araşdırmağı, tibbi rəylər arasındakı uyğunsuzluqlara hüquqi qiymət verilməsini, istifadə olunan tibbi avadanlıqların texniki uyğunluğunun yoxlanılmasını, müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun baxılmasını və xəstənin real sağlamlıq vəziyyətini əks etdirən obyektiv tibbi rəyin verilməsini xahiş edir.
 
Məsələ ilə bağlı İctimaixeber.org Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışıb. Baş həkim Elmar Qasımovla əlaqə saxlamaq cəhdimiz zamanı redaksiyadan zəng edildiyi bildirildikdən sonra telefon danışığı yarımçıq dayandırıldı və məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmadı.
  Məqalədə yer alan məlumatlar əsasən şikayətçinin redaksiyaya təqdim etdiyi sənədlər, izahatlar və İctimaixeber.org tərəfindən aparılmış araşdırma əsasında hazırlanıb. Redaksiya jurnalist etikasına sadiq qalaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və aidiyyəti şəxslərin cavab vermək hüququnu tanıyır./ictimaixeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Görmə qabiliyyəti zəif olan gənci hərbi xidmətə apardılar

    Görmə qabiliyyəti zəif olan gənci hərbi xidmətə ...

    29-07-2019, 11:21

  • 
  • Ermənistan əsgərlərin müalicəsindən imtina edir

    Ermənistan əsgərlərin müalicəsindən imtina edir ...

    16-08-2017, 17:45

  • 
  • Azərbaycanın görkəmli alim-oftalmoloqu, akademik Zərifə Əliyevanın anadan olmasının 94 ili tamam olur

    Azərbaycanın görkəmli alim-oftalmoloqu, akademik ...

    28-04-2017, 10:46

  • 
  • Taleyin ümidinə buraxılan xəstələr

    Taleyin ümidinə buraxılan xəstələr ...

    2-05-2014, 09:37

  • 
  • Neyrocərrahlar virtual gözlüklə əməliyyat aparıblar

    Neyrocərrahlar virtual gözlüklə əməliyyat ...

    22-02-2016, 17:12


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu