GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsti havalarda qida təhlükəsizliyi: Hansı məhsullar risk daşıyır?

İsti havalarda qida təhlükəsizliyi: Hansı məhsullar risk daşıyır?

Tarix: 28-07-2026, 19:06 Bölmə :Ölkə / İqtisadiyyat Baxış: 83
saglam-qidalanma-agroexpert.az_-1024x768

Yay aylarında havanın temperaturunun yüksəlməsi qida zəhərlənməsi riskini də artırır. Xüsusilə düzgün saxlanılmayan ət, balıq, süd məhsulları və digər tez xarab olan qidalar sağlamlıq üçün təhlükə yarada bilər. Bəs qida zəhərlənməsindən qorunmaq üçün hansı qaydalara əməl edilməlidir? İsti aylarda daha çox hansı qidalar zəhərlənmə riski daşıyır?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Yemək porsiyalarının azaldılması məqsədəuyğun sayılır

Həkim-terapevt Nərminə Abbasova deyir ki, yay aylarında köhnəlmiş və tez xarab olan məhsullardan istifadə edilməməli, porsiyalar nisbətən kiçildilməlidir. Çünki isti havalarda həzm sisteminin fəaliyyəti zəifləyə, qidaların həzm prosesi uzana bilər. Mütəxəssisin sözlərinə görə, bəzən insanlar zəhərlənməni yalnız kənardan alınan qidalarla əlaqələndirsələr də, bu hər zaman belə olmur: “Həzm prosesi ləngidikdə qida orqanizmdə daha uzun müddət qalır və toksiki təsir göstərir. Bu da qida zəhərlənməsinə bənzər əlamətlər yarada bilər”.

İsti havalarda qida təhlükəsizliyi: Hansı məhsullar risk daşıyır?

Terapevt bildirir ki, yay aylarında ən yüksək risk daşıyan məhsullar balıq, ət və tez xarab olan süd məhsullarıdır. Tərəvəz və meyvələrin istehlakı tövsiyə olunsa da, onların yaxşı yuyulması və etibarlı mənbədən alınması vacibdir. Çünki bəzi hallarda kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrin qalıqları da sağlamlığa mənfi təsir göstərir.

Həkim qeyd edir ki, qida məhsulları alındıqdan sonra vaxt itirmədən soyuducuya yerləşdirilməli, soyuducunun düzgün temperaturda işləməsinə və məhsulların qablaşdırılmasının sağlam olmasına diqqət yetirilməlidir.

İsti havalarda qida təhlükəsizliyi: Hansı məhsullar risk daşıyır?

Sağlam həyat tərzi və profilaktik tədbirlər daha effektivdir

N.Abbasovanın sözlərinə görə, yay aylarında orqanizmin toksinlərdən təmizlənməsinə dəstək olmaq üçün kifayət qədər maye qəbul etmək böyük əhəmiyyət daşıyır. O, qazlı və tərkibində çoxlu kimyəvi əlavələr olan içkilərin əvəzinə ilıq su və təbii mayelərə üstünlük verilməsini tövsiyə edir.

Həkim əlavə edir ki, nanə, bağayarpağı kimi bitkilərdən hazırlanan dəmləmələrdən profilaktik məqsədlə istifadə etmək də faydalıdır. Onun fikrincə, sağlam həyat tərzi və profilaktik tədbirlər qida zəhərlənməsinin qarşısını almaqda sonradan aparılan müalicədən daha effektivdir.

İsti havalarda qida təhlükəsizliyi: Hansı məhsullar risk daşıyır?

“Zəhərlənmənin səbəbi hər zaman keyfiyyətsiz məhsul olmur”

Qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova isə hesab edir ki, yay mövsümündə yüksək risk qrupuna daxil olan qidaların saxlanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, heyvan mənşəli məhsullar, xüsusilə ət və ət məhsulları zülal tərkibli olduqları üçün daha tez xarab olur. Buna görə də həm çiy, həm də bişmiş ət məhsulları soyuq qida zənciri qorunmaqla saxlanılmalı, yalnız istehlak ediləcək qədər bişirilməlidir.

M.Hüseynovanın sözlərinə görə, süd və süd məhsulları, balıq və dəniz məhsulları da yay aylarında daha tez xarab olan qidalar sırasındadır. Bu məhsullar etibarlı satış məntəqələrindən alınmalı, soyuducuda saxlanılmalı və mümkün qədər təzə halda istehlak edilməlidir. Yumurta, yumurtadan hazırlanan souslar, mayonez, həmçinin tiramisu, çizkeyk və müxtəlif kremli şirniyyatlar da riskli məhsullar hesab olunur.

Mütəxəssis mövsümdənkənar meyvə və tərəvəzlərin istehlakı zamanı da diqqətli olmağı tövsiyə edir. Onun sözlərinə görə, bu məhsulların yetişdirilməsi zamanı istifadə olunan kimyəvi maddələr, gübrələr və hormonlar xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər, hamilə və uşağa süd verən qadınlar üçün əlavə risk yarada bilər.

İsti havalarda qida təhlükəsizliyi: Hansı məhsullar risk daşıyır?

Ekspert qeyd edir ki, qida zəhərlənməsinin səbəbi hər zaman keyfiyyətsiz məhsul olmur. Keyfiyyətli məhsul belə düzgün saxlanılmadıqda onun tərkibində bakteriyalar sürətlə çoxalaraq sağlamlıq üçün təhlükə yarada bilər. Yay aylarında bişmiş yeməklərin otaq temperaturunda saxlanma müddəti minimuma endirilməlidir. Əgər qışda bu müddət iki saata qədər hesab olunursa, yayda yeməklər mümkün qədər yarım saat ərzində soyuducuya yerləşdirilməlidir.

İsti havalarda bakteriyalar daha sürətlə çoxalır

Həkim-infeksionist Mərdan Əliyev deyir ki, yay aylarında qida zəhərlənməsi hallarının artmasına əsas səbəb bakteriyaların sürətlə çoxalması üçün əlverişli şəraitin yaranmasıdır. Onun sözlərinə görə, otaq temperaturunda saxlanılan qidalar qısa müddətdə mikroorqanizmlərlə çirklənir və həmin qidaların istehlakı qida zəhərlənməsinə səbəb olur. “Hazır mikroblarla çirklənmiş qidalar mədə-bağırsaq sisteminə daxil olduqda ürəkbulanma, qusma, ishal, qarın ağrısı kimi əlamətlər yaranır. Daha ağır hallarda yüksək hərarət, orqanizmdə maye itkisi və halsızlıq da müşahidə edilir”, – deyə həkim bildirir.

M.Əliyev yay mövsümündə qarpızın istifadəsi zamanı da diqqətli olmağı tövsiyə edir. O bildirir ki, bostan məhsullarının yetişdirilməsi zamanı istifadə olunan dərman və gübrələrin qalıqları xüsusilə qabıq hissəsində qala bilər. Buna görə də qarpız kəsilməzdən əvvəl mütləq axar su altında yaxşı yuyulmalıdır.

İsti havalarda qida təhlükəsizliyi: Hansı məhsullar risk daşıyır?

Soyuducuda saxlanılan qidalar uzun müddət gözlədilməməlidir

İnfeksionistin sözlərinə görə, qidaların düzgün saxlanılması zəhərlənmələrin qarşısının alınmasında əsas şərtlərdən biridir. Qidalar uyğun temperatur rejimində işləyən soyuducuda saxlanılmalı, bişmiş yeməklər isə hazır olduqdan qısa müddət sonra soyuducuya yerləşdirilməlidir. M.Əliyev qeyd edir ki, soyuducuda saxlanılan qidaları da uzun müddət gözlətmək düzgün deyil. Bişmiş yeməklərin bir-iki gündən artıq saxlanılması mikroorqanizmlərin çoxalma ehtimalını artırır və nəticədə qida zəhərlənməsi riski yüksəlir.

Mütəxəssis günəş altında saxlanılan plastik butulkalardakı suların alınmasını və istehlakını da məqsədəuyğun hesab etmədiyini bildirir. Onun sözlərinə görə, yüksək temperaturun təsiri altında uzun müddət günəşdə qalan plastik qablar sağlamlıq üçün əlavə risk yarada bilər.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xroniki xəstəlikləri olan şəxslər bu risklərə qarşı daha həssasdır — Mütəxəssis

    Xroniki xəstəlikləri olan şəxslər bu risklərə ...

    30-07-2025, 23:22

  • 
  • Yayda ən təhlükəli qida məhsulları hansılardır? - Rusiyalı həkimdən xəbərdarlıq

    Yayda ən təhlükəli qida məhsulları hansılardır? - ...

    2-07-2025, 12:39

  • 
  • Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ

    Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ ...

    2-08-2016, 13:00

  • 
  • Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vurur

    Hamının yediyi bu qidalar görün orqanizmə necə ...

    23-02-2026, 14:13

  • 
  • Qarpız alanlara HƏKİM XƏBƏRDARLIĞI: "Uşaqlara yedirtməyin"

    Qarpız alanlara HƏKİM XƏBƏRDARLIĞI: ...

    1-07-2017, 13:27


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu