GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xaricə gedən rusiyalılara qarşı sərt qanun

Xaricə gedən rusiyalılara qarşı sərt qanun

Tarix: 22-07-2026, 14:28 Bölmə :Ölkə / Dünya Baxış: 70


Rusiya Dövlət Duması ölkəni tərk etmiş və hakimiyyət tərəfindən “dövlətə zərər vurmaqda” ittiham olunan şəxslərə qarşı yeni məhdudiyyətlər nəzərdə tutan qanun paketini yekdilliklə qəbul edib. Rusiya mediasında yeni qaydalar artıq “vətəndaş ölümü” qanunu kimi xarakterizə olunur.

Gundemxeber.com xəbər verir ki, yekun oxunuşda 413 deputat qanunun lehinə səs verib, əleyhinə isə bir nəfər belə olmayıb.

Müzakirələr Rusiyanı tərk edən şəxslərə qarşı son dərəcə sərt ritorika ilə müşayiət olunub.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin xaricə gedərək Rusiya hakimiyyətini tənqid edən şəxsləri faktiki olaraq müxalifət deyil, “xain” və “cinayətkar” adlandırıb.

“Xaricə gedib ölkəyə zərər vuran müxalifət deyil, xaindir. Bunlar cinayətkarlardır və biz bunu açıq şəkildə deməliyik”, – Volodin bildirib.

Duma sədri xaricdə yaşayan hakimiyyət əleyhdarlarının Qərb dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərdiyini iddia edib. Onun sözlərinə görə, “əsl müxalifət” xaricdən dəstəyə ehtiyac duymur və siyasi məsələlər Rusiyanın daxilində həll edilməlidir.

Volodin çıxışında daha da irəli gedərək Rusiyanı tərk edən bəzi şəxsləri “tör-töküntü” adlandırıb:

“Burada doğulan, valideynləri və kökləri burada olan insan başa düşməlidir ki, ölkəsinə qarşı gedirsə, valideynlərinə və əcdadlarına da xəyanət edir... Övladları tör-töküntüyə çevriliblər. Bu gün biz məhz belə adamlarla bağlı qanun qəbul edirik”.

O, media qurumlarına da xəbərdarlıq edərək xaricdə yaşayan şəxsləri “siyasi müxalifət” kimi təqdim etməməyə çağırıb. Volodin Rusiyada söz azadlığının olduğunu desə də, əlavə edib ki, “ondan sui-istifadə etmək lazım deyil”.

Dumanın Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskaryov isə qanunun zəruriliyini xaricə gedən rusiyalıların Qərb və Ukrayna xüsusi xidmət orqanlarının təsiri altına düşə bilməsi ilə əsaslandırıb.

Onun iddiasına görə, son dövrdə xarici dövlətlər Rusiyaya 100-dən çox şəxsin ekstradisiyasından imtina edib. Onların arasında 29 korrupsiya cinayətində və 23 terrorçuluqda ittiham olunan şəxs var.

Piskaryov xüsusilə ölkədən gedənlərin Rusiyada qalan əmlak və gəlirlərinə diqqət çəkib. O bildirib ki, həmin şəxslərin bir çoxunun Rusiyada daşınmaz əmlakı, investisiyaları və digər gəlir mənbələri qalır və bunlardan hakimiyyət əleyhinə fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə oluna bilər.

Maraqlıdır ki, parlamentdəki digər partiyaların nümayəndələri də qanuna etiraz etməyib, əksinə, onun daha da sərtləşdirilməsini istəyiblər.

Kommunist Partiyasından Nikolay Kolomeytsev Rusiyanı tərk edən bəzi keçmiş yüksək vəzifəli şəxsləri “beşinci kolon” adlandıraraq qanunun imkanlarının genişləndirilməsini təklif edib. “Vahid Rusiya”dan Andrey Alşevskix isə yeni qanunun “zərərvericilərə” gec-tez məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq olduğunu bildirib.

Yeni qaydalara məruz qalacaq şəxslərin xüsusi reyestrini Rusiya Ədliyyə Nazirliyi aparacaq. Reyestr üçün məlumatları Baş Prokurorluq, Federal Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi, Federal Məhkəmə İcraçıları Xidməti və Federal Vergi Xidməti təqdim edəcək./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

    Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər ...

    3-06-2018, 00:32

  • 
  • Rusiyada ABŞ əleyhinə qanunlar

    Rusiyada ABŞ əleyhinə qanunlar ...

    27-12-2012, 08:43

  • 
  • Daha bir müxalifət funksioneri mühacirətə getdi

    Daha bir müxalifət funksioneri mühacirətə getdi ...

    12-11-2013, 14:22

  • 
  • Ramiz Mehdiyev hökuməti tənqid edən mühacirləri cinayətkar adlandırıb

    Ramiz Mehdiyev hökuməti tənqid edən mühacirləri ...

    12-04-2018, 13:13

  • 
  • ABŞ Senatı Moskvaya qarşı sanksiyaları artıran qanunu təsdiqlədi

    ABŞ Senatı Moskvaya qarşı sanksiyaları artıran ...

    28-07-2017, 13:29


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu