Hadisə şəhərin 20 Yanvar küçəsində, "Karyer" adlanan ərazidə baş verib. Belə ki, “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?