GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:... əxlaqsızlıq, rüşvətxorluq, korrupsiya, qohumbazlıq

Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:... əxlaqsızlıq, rüşvətxorluq, korrupsiya, qohumbazlıq

Tarix: 24-12-2025, 22:24 Bölmə :Bölgə Baxış: 15

Universitetdə akreditasiya ilə bağlı problem yarandığından rektor Vasif Həsənovun, eləcə də yaxın ətrafının yanında tez-tez Agentliyin, TKTA-nın rəhbər şəxslərinin ünvanna təhqirediçi sözlər deyir.

Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, ÜLKƏR xanım Səttarovaya ünvanlanmış və bir surəti də Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır... Müraciəti müəyyən ixtisarlarla təqdim edirik:  

Hörmətli Ülkər xanım,

Gəncə Dövlət Universitetində çox yaxşı, yüksək biliyə və təcrübəyə malik professor-müəllim heyəti var. Lakin bu kollektiv əxlaqsız, amma özünü əxlaqlı göstərən bir qrup rəhbər şəxsin əlində qalıb.

1. Sabiq rektor Yadigar Əliyev bu universitetdə cəmi 7-8 ay müddətə rektor işlədi. Bu müddət ərzində universiteti ən müasir bir səviyyəyə qaldırdı. Tam rüşvətsiz, dərslərin keyfiyyəti çox yüksək.

2. Lakin həmin dövrdə prorektor işləyən Yusif Yusibov hər vasitə ilə Yadigar Əliyevi öz adamları vasitəsi ilə yəni, Mikayıl Cabbarov, Ceyhun Bayramov və Azər Bayramov qardaşları, Yusif Yusibovun qardaşı Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusifov, eləcə də maliyyə naziri Samir Şərifov  vasitəsi ilə ləkələyirdi.

3. Həmin müddətdə  sabiq təhsil naziri Mikayıl Cabbarovun qərb zonasında vətəndaş qəbulu var idi. Bu qəbul da Gəncə Dövlət Universitetində idi. Mikayıl Cabbarov burada heç bir iclas keçirmədən, heç nəyi müzakirə etmədən Gəncədən Bakıya çatan  kimi məlumat verdilər ki, guya Gəncədə iclas olub və həmin iclasda Yadigar Əliyevə şiddətli töhmət verilib. Amma əslində belə bir şey olmamışdı.

4. Bundan sonra sabiq təhsil naziri Mikayıl Cabbarov Yadigar Əliyevi məcburi məzuniyyətə göndərib, məzuniyyətdən qayıtdıqdan sonra universitetin möhürünü oğurlayıb, məcburi şəkildə ərizə yazdırıb, vəzifədən azad etdilər.

5. Bundan sonra universitetin qara günləri başladı. Universitetdə əxlaqsızlıq, rüşvətxorluq, korrupsiya, qohumbazlıq ayaq tutub yeriməyə başladı.

6. Universitetin rektoru Yusif Yusibovun kimya kafedrasının müəllimi Zəhra Əliyeva ilə əlaqələri meydana çıxdı.  Rektor məşğul olduğunu əsas gətirərək kollektiv üzvlərini qəbul etmirdi. Amma günün əksər vaxtlarında həmin Zəhra Əliyeva onun kabinetindən çölə çıxmırdı

7. Nəticədə həmin Zəhra Əliyevanın əri universitetin qarşısında Yusif Yusibovu hamının gözü qarşısında təpik-yumruqla möhkəm döydü və  elə vəziyyətə saldı ki, rektor bir həftə işə çıxa bilmədi.

8. Həmin müddət ərzində Zəhra xanımın ərini səs-küy olar deyə, şikayət etmədi, əksinə onu qorudu. Lakin müəyyən müddətdən sonra başqa səbəblərlə böhtan ataraq onu sifarişli şəkildə həbs etdirdi. İndi həmin adam həbsdən çıxıb deyə, rektor qorxusundan həm mühafizə ilə gəzir, həm də kabinetinin qarşısında mühafizə dayanır.

9. Kollektiv üzvlərini yenə də - günü bu gün də qəbul etmir. Yeganə rektordur ki, onun qəbul saatı yoxdur. Qəbul üçün gələn adamları yalançı, rüşvətxor, özünün bütün pul maxinasiyalarını həyata keçirən, əvvəl dekan, sonra isə prorektor olan Şahin Xurşudov həyata keçirirdi. Bu da rektor kimi ... idi. İqtisadiyyat fakültəsinin tələbəsi olan nişanlı qıza sataşdığı üçün, həmin qızın adamları tərəfindən universitetin həyətində qalstukundan tutularaq, asfaltda sürüyərək döyülmüş və qıçları sındırılmışdı. Bir aydan artıq işə çıxmadı.

10. İlqar Kubışev bu rektorun köməkçisi idi. Bu şəxsin ixtisası Maşınqayırma texnologiyasıdır. Həmin şəxsi Musiqi Kollecinə direktor təyin etdirdi. Kollektiv bu adamdan narazılığa qalxdı. Nəticədə Nazirin əmri ilə işdən qovuldu. Bu adamı yenidən özünə köməkçi təyin etdi. Müəyyən müddətdən sonra İlqar Kubışevi yenidən Gəncə Regional Kollecə direktor təyin etdirdi. Kollecdə yenə narazılıqar başladı və yenidən Təhsil Naziri tərəfindən bu şəxsə töhmət verilərək işdən azad edildi.

11. Maraqlı odur ki, nazir tərəfindən töhmət verilərək işdən qovulan bu şəxsi- İlqar Kubışevi yenidən özünə müşavir təyin etdi. Nazirin töhmət verib dəfələrlə işdən qovduğu şəxsi yenidən yüksək vəzifəyə təyin etmək Təhsil Nazirinə meydan oxumaq deyilmi??? Ən açıncaqlı hal odur ki, bu İlqar Kubışevin ... də universitet əməkdaşları arasında mübahisəli məsələdir. Bütün gününü lazerdə keçirən, orasının-burasının tükünü çəkdirən, başına lak qoyan, hamıya üzdəniraq Baboş kimi Canım, Canım deyə müraciət edən bu şəxs kollektivə rəhbərlik edir, rektorun əvəzindən qərarlar verir. Çünki, bu adam öz evini vaxtı ilə Yusif müəllim və ... vermişdi.

12. Universitetdə nənəsi erməni olan Vasif və Asif Həsənov qardaşları var. Bunlar rektorun ən yaxın adamlarıdır. Vasif Həsənov rektorun layihə maxinasiyalarına rəhbərlik edir. Bu adam İnnovasiyalar Deportamentinin direktorudur. Universitetdə bütün işləri kafedralara gördürürlər. Vasif Həsənov və rəhbərlik etdiyi şöbə isə imtahan maxinasiyalarından başqa, faktiki heç bir işlə məşğul deyil.

13. Universitetdə imtahanla bağlı bütün məsələlərə Vasif Həsənov rəhbərlik edir. Rüşvət müqabilində istənilən tələbənin qiymətlərinə düzəliş olunur. Azərbaycanda yeganə universitetdir ki, rüşvət ayaq tutub yeriyir. Bu prosesdə professor-müəllim heyətinin qətiyyən iştirakı yoxdur. Bütün rüşvət maxinasiyalarını Vasif Həsənovun sehrli nootbukunun köməyi ilə rektor əlahəzrətləri edir.

14. Rektor hər vəchlə çalışır ki, həmin Vasif Həsənovu tədris işləri üzrə prorektor təyin etdirsin. Vasif Həsənov isə TKTA və rektor arasında əlaqələndirici rolunu oynayır, nənəsi erməni olduğu üçün erməni siyasətinə uyğun olaraq özünü həm TKTA-ya, həm də rektora yaxın kimi qələmə verir. Bu Vasifin bütün qohum-əqrəbası - qardaşı, bacısı, yoldaşı, xalaları və s. universitetdə rektor tərəfindən işə götürülüb.

14. Universitetdə professor-müəllim heyətindən çox texniki işçi var. Yeganə rektordur ki, Zəhra xanımın keçmiş ərinin qorxusundan mühafizə ilə gəzir. Çünki, həmin xanımın ailəsini dağıtdı, uşaqlarını əlindən aldı, özü ilə də ... hələ də davam edir.

15. Bütün ali məktəb rektorları öz əməkdaşlarına bayram münasibəti ilə 1000 manat, 500 manat, hətta kolleclər 200 manat maaş verdilər. GDU-nun tələbə sayı bu universitetlərdən artıq olmasına baxmayaraq Yusif Yusibov 50 manat verir, bundan da vergi çıxanda 35 manata yaxın qalır. Bu kollektivi təhqir etmək deyilmi. Artan narazılığı nəzərə alıb, indi 100 manat yazdı, ondan da vergi çıxanda 78 manat qalır. İndiki bahalıq şəraitində müəllimlər bununla neçə bayram keçirsin, çox maraqlıdır.

16. Öz yaxın ətrafına çox yüksək maaş verir, əməkdaşların maaşlarını qaldırmır. Universitetdə hələ də laborantlar 280 manata yaxın, müəllimlər də 450 manata yaxın maaş alır.

17. Tez-tez elmi şurada müzakirə olunmadan, elmi şuranın adından qərar verib, özünə yaxın adamların maaşını qaldırır. Həqiqi müəllimlərin əməyinə isə heç bir qiymət verilmir.

17. Qış imtahan sessiyası hələ başlamayıb, lakin imtahanlar üçün tələbələrdən pullar indidən 100-150 manatdan yığılıb.

18. Universitetdə akreditasiya ilə bağlı problem yarandığından rektor Vasif Həsənovun, eləcə də yaxın ətrafının yanında tez-tez Agentliyin, TKTA-nın rəhbər şəxslərinin ünvanna təhqirediçi sözlər deyir.

19. Universitetin çox gözəl kollektivi var, bu kollektivlə təhsildə böyük irəliləyişlər qazanmaq olar.

20. Məktub ona görə imzasız yazılıb ki, öz imzası ilə yazan şəxslərə divan tutulur, onlara dərs verilmir, incidilir.  Bu adam o qədər özündən razıdır ki, deyir Emin Əmrullayev kimdir. Mənə heç nə edə bilməz. Mikayıl Cabbarov var. Vaxtaşırı olaraq Mikayıl Cabbarova xüsusi haqq-hesab göndərilir. Rektor deyir ki, Allah qoysa universitetin 90-cı illik yubileyini də Sizlə birgə keçirəcəm.

Ülkər xanım ümidimiz Sizədir, bu qoca rektoru, eləcə də onun rüşvətxor ətrafını vəzifədən aralayın, qoy bu normal kollektiv təhsilə, elmə öz dəyərli xidmətini göstərsin. GDU qədim universitetdir, yaxşı ənənələri və böyük tarixi vardır, amma bu ənənələr artıq məhv edilmək üzrədir. Bu rektor Emin Əmrullayevdən yox, Sizdən qorxur, özü də neçə...(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Gundemxeber.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş rektor: “Vəzifədən özüm çıxdım”

    Keçmiş rektor: “Vəzifədən özüm çıxdım” ...

    16-01-2014, 11:37

  • 
  • GDU-nun rektorundan Emin Əmrullayevə şok müraciət edildi - İLGİNC FAKTLAR

    GDU-nun rektorundan Emin Əmrullayevə şok müraciət ...

    2-10-2025, 15:13

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 17:34

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    14-08-2013, 18:05

  • 
  • Sumqayıt Dövlət Universitetində vəzifə davası

    Sumqayıt Dövlət Universitetində vəzifə davası ...

    29-08-2013, 19:57


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu