Gundemxeber.az » Ölkə » Cəmiyyət » Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında Ombudsmanın Milli Preventiv Mexanizm mandatına dair hüquqi maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin iştirakı ilə “Ombudsmanın Milli Preventiv Mexanizm mandatı işgəncələrin qarşısının alınmasında mühüm vasitə kimi” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.
Gundemxeber.az xəbər verir ki, tədbirdə Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirakçılara Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, eləcə də həbs yerlərində saxlanılan şəxslərin, təqsirləndirilən şəxslərin və məhkumların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra Müvəkkilə müraciət etmək istəyən şəxslərlə konfidensial qaydada fərdi qəbul keçirilib və müraciətləri baxılması üçün qəbul olunub.
Gundemxeber.az
22-01-2021, 15:50
14-02-2014, 17:24
7-09-2017, 15:38
28-02-2013, 11:37
18-12-2014, 22:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?