Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir
Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Bakı Şəhər İcra Hakimiyyəti və paytaxtın 12 rayonunun icra hakimiyyətləri üçün “WebGIS” rəqəmsal platformasından istifadə ilə bağlı seminar təşkil edib.
Gundemxeber.org “Azərkosmos”a istinadla xəbər verir ki, seminar çərçivəsində iştirakçılar ərazilərin sanitar təmizlənməsi və abadlaşdırılması ilə bağlı mütəmadi həyata keçirilən işlər barədə məlumatların rəqəmsal informasiya sisteminə daxil edilməsi üzrə praktiki bacarıqlar əldə ediblər.
Tədbirin əsas məqsədi mənzil-kommunal təsərrüfatı sahəsində məlumatların rəqəmsal idarə olunmasına dəstək vermək, “WebGIS” platformasının tətbiqini genişləndirmək, eləcə də bu sahədə yerli icra hakimiyyəti orqanlarının təşkilati imkanlarını gücləndirmək olub.
“WebGIS” platforması müxtəlif ərazilərdə sanitar təmizləmə və abadlaşdırma işləri barədə məlumatların idarə olunmasını asanlaşdırır və təkmilləşdirir, dövlət qurumlarını məlumatların yüksək səviyyədə təhlükəsizliyi və daim yenilənməsi ilə təmin edir.
Gundemxeber.org
10-08-2026, 12:08
26-08-2020, 11:00
5-04-2018, 10:04
9-11-2018, 10:11
2-07-2019, 10:16
Sorğu
Yeni dizaynımız necədir?