Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıdakı ermənilərin ziyarəti ilə bağlı neytral ölkəyə müraciət etdilər
Ermənistan üçüncü, neytral ölkədən Azərbaycanda həbsdə olan ermənilərə konsulluq səfəri təşkil etməsini istəyib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb.
Xarici İşlər Nazirliyi hansı ölkəni nəzərdə tutduğunu bildirməyib.
Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, "Ermənistan hökuməti sülhün bərqərar olması və möhkəmləndirilməsi öhdəliyi kontekstində, eləcə də davam edən dialoq və etimad quruculuğu tədbirləri çərçivəsində bütün humanitar məsələlərə böyük əhəmiyyət verir".
Xatırladaq ki, hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend iyulun 8-də Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıb. O, beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək niyyətində olduğunu bildirib.
Gundemxeber.org
14-11-2017, 17:39
19-08-2026, 15:56
9-07-2018, 11:34
6-08-2019, 13:13
13-12-2013, 10:27
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?