Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı
Ukraynada hərbi əsirlərin dəyişdirilməsi prosesi çərçivəsində Rusiya tərəfindən döyüşlərdə iştirak etmiş və əsir düşmüş azərbaycanlı Rafaelin müsahibəsi diqqət çəkib.
Gundemxeber.org xəbər verir ki, 64 yaşlı Rafael Ukrayna tərəfinin "Xoçu jit" (Yaşamaq istəyirəm) layihəsinə verdiyi müsahibədə cəbhəyə necə düşməsi və orada yaşadığı dəhşətlər haqqında danışıb.
O, Bakıda doğulduğunu və Rusiya vətəndaşı olduğunu bildirib, həmçinin cəbhəyə aldadılaraq aparıldığını deyib:
"Mənə söz vermişdilər ki, yalnız sürücü kimi işləyəcəm. Bütün kateqoriyalar üzrə sürücülük vəsiqəm var, 18 il böyük maşınlar sürmüşəm. Məni tanıyan bir həmyerlim and içərək söz verdi, mən də inandım. Müqavilə bağladıqdan sonra Voronejə, oradan isə "Ural" maşınları ilə birbaşa Ukraynadakı döyüş zonasına göndərdilər. Hər şey yalandır, bizi sadəcə aldatdılar".
Xidmət etdiyi müddətdə ağır yaralanan və fevralın 18-dən bəri əsirlikdə olan azərbaycanlı müharibədə üzləşdiyi dəhşətli anları belə təsvir edib:
"Döyüşlər zamanı 8 qabırğam sınıb, gözlərim zəifləyib. Mən üzərimizə gələn və blindaja girmək istəyən partlayıcılı canlı PUA-ları əlimlə tutub söndürən tək-tük adamlardanam. Yanımdakı yoldaşlarımla birgə 4 dronu əlimlə tutub zərərsizləşdirmişəm. Bunu hər adam edə bilməz, gərək ürəyin olsun".
Ailəsindən söz açan 64 yaşlı əsir 4 övladı, 6 nəvəsi olduğunu və onları dolandırmaq üçün çalışdığını bildirib. O, onu aldadaraq müharibəyə göndərən şəxsə də səslənərək onun məsuliyyət daşıdığını vurğulayıb.
Gundemxeber.org
6-11-2020, 12:28
7-11-2018, 12:48
30-11-2012, 22:18
18-06-2013, 19:42
14-12-2020, 18:23
Sorğu
Yeni dizaynımız necədir?