GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müxalifət “seçkiyə gedək - getməyək” dilemması qarşısında

Müxalifət “seçkiyə gedək - getməyək” dilemması qarşısında

Tarix: 7-02-2018, 12:00 Bölmə :Cəmiyyət Baxış: 316
Müxalifət “seçkiyə gedək - getməyək” dilemması qarşısında


Milli Şura boykot qərarı verib; bəs digər partiyalar?

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi qərarı müxalifət sıralarında çaxnaşmaya səbəb olub. Bəzi ekspertlər belə iddialar irəli sürməyə başlayıb ki, seçkinin önə çəkilməsi müxalifətə seçkini boykot etmələri üçün bəhanə olacaq. Artıq Milli Şura seçkini boykot qərarı verdiyini bəyan edib. Bu barədə qurumun sədri Cəmil Həsənli özünün sosial şəbəkə hesabında fövqəladə toplantı keçirdiklərini, boykot və mart ayından etibarən mitinqlərə başlamaq qərarı verdiklərini açıqlayıb. AXCP sədri Əli Kərimli də seçkiləri boykot edəcəklərini və onun legitimliyini şübhə altına almaq üçün etiraz aksiyalarına başlayacaqlarını bildirib.

Liderləri həbsdə olan REAL hərəkatı da növbədənkənar seçkilərin nəticələrini tanımayacaqlarını bəribaşdan elan edib. İlqar Məmmədovun həbsxanadan vətəndaşları bu seçkiləri boykot etməyə çağıracağını bildirib.

Seçkidə İsa Qəmbərin namizədliyi ilə iştirak qərarı olan Müsavat Partiyası isə hələ ki növbədənkənar seçki ilə bağlı son qərarı qəbul etməyib. Partiyanın başqanı Arif Hacılı deyib ki, bu həftə partiya Məclisinin növbədənkənar sessiyası olacaq və növbədənkənar seçki ilə bağlı hansı taktikanı seçəcəklərini müəyyənləşdirəcəklər. Partiyanın bir qədər əvvəl namizədliyini irəli sürdüyü İsa Qəmbər isə bildirib ki, partiya nə qərar qəbul etsə ona tabe olacaq.

AĞ Partiyanın prezidentliyə namizədi Tural Abbaslı isə boykot qərarının düzgün olmadığı fikrindədir. “Yeni Müsavat”a açıqlamasında T.Abbaslı seçkidə iştirak etmək qərarının üzərində dayandığını dedi: “Siyasi partiyaların yaranma və fəaliyyət göstərmə məqsədi hüquqi yolla hakimiyyətə gəlməkdir. Hüquqi yolla da hakimiyyətə gəlməyin hələ ki yeganə yolu seçkilərdir. Yəni dolayısıyla desək, seçkilər partiyaların hakimiyyətə gəlməyi və ya siyasi mövqelərini möhkəmləndirməyi üçün əlverişli şansdır. Hələ nəzərə alsaq ki, biz AĞ Partiya olaraq yeni yaranmış partiyayıq, o zaman belə şanslar bizim üçün ikiqat əhəmiyyətlidir. Odur ki, seçkilərin önə çəkilməsi ilə bağlı xəbərlər yayılan kimi biz seçkilərdə iştirak edəcəyimiz barədə bəyanat verdik. Biz çalışacağıq ki, məhdud resurslarımızla seçkidə iştirak edək. Namizədlik üçün lazım olan imzaları toplamaq xeyli ağır prosesdir. Biz prosesə qoşulub tam gücümüzlə iştirak etməyə çalışacağıq, alınıb-alınmayacağını isə zaman göstərəcək. Boykot məsələsinə gəldikdə isə AĞ Partiya üçün boykot variantı yoxdur. Biz bu yolu uğurlu yol hesab etmirik. Çünki boykotun proseslərə hər hansə bir real təsir imkanlarına inanmırıq.


Təəssüflər olsun ki, bugünkü müxalifət də xalqda hərəkətlilik yaratmaq gücündə deyil. Xalqın itirilmiş etimadı buna imkan vermir. Beynəlxalq aləmin isə prosesə reaksiyalarını illərdir ki, görürük. Seçki bitdikdən həmən sonra bəzi qüsurların olduğunu söyləyirlər və ardınca isə bunu “demokratiyaya doğru növbəti addım” kimi dəyərləndirərək hakimiyyətlə ən yüksək səviyyədə əməkdaşlıq edirlər. Real təzyiqlər, sanksiyalar isə hər zaman kimi bizim istəyimiz olaraq gözümüzdə qalır. Dediklərimi nəzərə alanda görərik ki, boykotun heç bir əhəmiyyəti qalmır. Əksinə, seçki prosesində yaranmış əlavə imkanlardan istifadə edib xalqa xitab etmək imkanlarını qaçırmış oluruq. Mən düşünürəm ki, proseslərdə iştirak edib nələrəsə müsbət mənada təsir etməyə çalışmaq lazımdır və biz AĞ Partiya olaraq buna çalışırıq".

T.Abbaslı vurğuladı ki, kimlərinsə boykot qərarı və mitinqlərə başlamaq qərarı onların hüququdur: “Hər bir siyasi qüvvə və ya siyasi lider verdiyi siyasi qərarın nəticələrini özü görəcək. Yəni əgər doğru addım atılıbsa, müsbət, yanlış qərar verilibsə, mənfi nəticələri həmin qüvvənin qazancı olacaq. Ümumən bu günə qədər atılan addımları analiz etsək görərik ki, hələlik müsbət nəticələr yoxdur. Demək ki, metodu dəyişmək barədə düşünmək zamanıdır”.

Yeni AXCP-nin namizədi Razi Nurullayev də boykotun zərər gətirəcəyi düşüncəsində olduğunu dedi. Onun sözlərinə görə, əgər siyasi partiya seçkiləri boykot edirsə, o zaman siyasi partiyanı buraxmalıdır: “Biz bilirik ki, nəticələr nə olacaq. Məgər 2013-də nəticələrin bəlli olduğunu bilmirdik? Bilirdik. Bəs onda niyə iştirak etdik? Biz iştirakın tərəfdarıyıq və əlimizdən gələni edəcəyik. Əgər yaranan vəziyyət imkan verməsə, o zaman mövcud namizədlərdən birinə dəstək də verə bilərik. Bütün imkanlar tükənsə, məcburən boykot qərarına qoşularıq. Yenə də deyirəm ki, boykot ziyanlıdır. Boykota gedən partiyalar özünü buraxsın və ya fəaliyyətini dondursun, əvəzində ümumxalq hərəkatı bəyan etsin. Bax, xalq bunu qəbul edər. Amma siyasi partiya ola-ola boykot qərarını qəbul etməz. Biz seçkidə iştirak edib, hədəfimizi 11 apreldən sonraya hesablaya bilərik Qaldı ki, təyin olunan mitinq və etiraz aksiyalarına. Bunun vacib olduğu düşüncəsindəyəm. Bununla yanaşı, bu da bir təşkilatın yox, ümumxalq mitinqi olmalıdır. Məsələn, qoy olsun adı Azərbaycan xalqının ümumxalq etiraz mitinqi. Heç kimin də adı olmasın, qoy olsun xalqın mitinqi. Təşkilatçıları da seçək xalqın fəallarından, biz isə təşkilatlar olaraq dəstək verək və iştirak edək. Yoxsa yenə də mitinq dalğalarını əvvəlki tale gözləyir. Bir-iki şüar və sonra şirin yuxular. Xalqın isə iradəsi və dirənişi qırılacaq. Qoy öncül xalq olsun, biz isə onu yönləndirək. Unudaq adımızı, partiyamızı, şəxsi nüfuz və populyarlığımızı və siyasi dividentlərimizi”.

AMİP lideri Etibar Məmmədov isə bildirib ki, aprelin 11-də növbədənkənar prezident seçkisi normal addımdır: “Burada qeyri-adi heç nə yoxdur. Sərəncam imzalanıbsa, ondan irəli gələn məsələlər icra olunmalıdır. Kim seçkilərdə iştirak etmək istəyirsə, bu qrafikə uyğun iş aparmalıdır. Yəni burada konstitusiyaya zidd nəsə yoxdur”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə modern.az-a açıqlamsında Milli Şuranın boykot qərarına münasibət bildirib: “Prezidentin növbədənkənar seçki ilə bağlı sərəncamı konstitusiya tələblərinə uyğun və tamamilə qanuni bir sənəddir. Növbədənkənar seçkinin keçirilməsi praktikası dünyada geniş yayılıb. Azərbaycanda birinci dəfə keçirildiyinə görə xüsusi maraqla qarşılanır. Prezident ya da parlament seçkilərinin nə vaxt keçirilməsi ciddi siyasi qüvvələr üçün böyük əhəmiyyət daşımır. Çünki seçkilərə hazırlıq tək seçki prosesi müddətində deyil, uzun illərin fəaliyyətinin nəticəsi olur. Kimlərinsə seçkidə iştirak etməmək barədə bəyanatı onların seçkiyə hazırlaşmadığını, hər hansı bir ciddi sosial bazalarının olmadığını bir daha sübut edir. Seçkinin önə çəkilməsinin səbəbləri barədə rəsmi dairələr tərəfindən kifayət qədər aydın məlumat verilib. 11 apreldə seçkinin demokratik şəraitdə baş tutmasına heç bir şübhə yoxdur. Hesab edirəm ki, kimlərinsə boykot barədə çağırışları onların seçkiyə hazır olmadıqlarının göstəricisidir. Bu gün onların cəmiyyətə təqdim etməyə proqramları, cəmiyyəti birləşdirəcək namizədləri yoxdur. Azərbaycanın problemlərində iştirakı ilə bağlı hər hansı bir konsepsiyası mövcud deyil. Bu baxımdan onların bəyanatlarını ciddi qəbul etmək olmaz. Azərbaycan cəmiyyəti seçkiyə ciddi surətdə köklənib”.

Qeyd edək ki, dünən MSK-nın toplantısı olub və seçki ilə bağlı qaydalar qəbul edilib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kimsə boykot variantına meyl edirsə...”

    “Kimsə boykot variantına meyl edirsə...” ...

    9-07-2013, 20:39

  • 
  • ALP-nin Milli Şuranı boykot səbəbi bəlli oldu

    ALP-nin Milli Şuranı boykot səbəbi bəlli oldu ...

    4-09-2013, 13:30

  • 
  • EL Milli Şuranın sessiyasını boykot etdi (Eksklüziv)

    EL Milli Şuranın sessiyasını boykot etdi ...

    3-09-2013, 18:20

  • 
  • Milli Şura ehtiyat vahid namizəd məsələsini həll edə bilmədi

    Milli Şura ehtiyat vahid namizəd məsələsini həll ...

    19-08-2013, 17:34

  • 
  • Gürcülər Soçi olimpiadasını boykot etdi

    Gürcülər Soçi olimpiadasını boykot etdi ...

    2-02-2014, 00:31


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu