GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var

Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var

Tarix: 26-12-2019, 11:42 Bölmə :Cəmiyyət Baxış: 315
Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var


2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən təqvim planına görə, hazırda deputatlığa namizədliyin irəli sürülməsi və imzatoplama kampaniyası prosesi gedir.

Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir. İmza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür. Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmaması haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Bu sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkilərdə 10-dan yuxarı siyasi partiya iştirak edir. Hakim Yeni Azərbaycan Partiyası, parlamentdə təmsil olunan partiyalarla yanaşı parlamentdə təmsil olunmayan müxalifət partiyalarının da bir çoxu seçkilərdə namizədlərini irəli sürüblər. Müxalif partiyaların namizədlərinin imzatoplama kampaniyasının necə getdiyini, hansısa çətinliklərinin olub-olmadığını araşdırdıq.

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, budəfəki parlament seçkilərinə fərdi qaydada deyil, partiya siyahısı ilə, AĞ Partiya kimi qatılıblar. Bu da o deməkdir ki, istər sənədləşmə, istərsə də digər hüquqi prosedur qaydaları daha da ağırlaşıb. Yəni kiminsə fərdi qaydada öz təşəbbüsü ilə namizəd olması ilə partiya xətti ilə namizəd olma arasında xeyli bürokratik fərqlər mövcuddur: “Odur ki, seçki başlayandan bu yana partiya olaraq bu proses bizim daha çox vaxtımızı və enerjimizi alır. İlkin hesablamalara əsasən, AĞ Partiya olaraq 20 namizədlə seçkilərdə iştirak nəzərdə tutulur. Ancaq proses davam etdikcə bu rəqəm artıb-azala bilir. Çünki bəzi hüquqi və texniki problemlərin təsiri çoxdur. Artıq partiyanın səlahiyyətli nümayəndələri 5 namizədin sənədlərini müvafiq DSK-lara təqdim edib. Onlardan ikisi də artıq imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayıb. Yaxın günlərdə qalan 3 nəfərin imza vərəqələrini götürəcəyi və digər 15-ə yaxın namizədin də sənədlərinin DSK-lara təqdim ediləcəyi gözlənilir. Hələlik imza toplayanlara hər hansı bir təzyiq və ya başqa qeyri-qanuni əməllər olmayıb. Eyni zamanda bəzi dairə komissiya sədrlərinin qanunları tam bilməməsi və seçki hesabı açılması prosesində bank işçilərinin savadsızlığı da bizi süni problemlərlə üz-üzə qoyur. Bu da əlavə vaxt itkisinə və süründürməçiliyə səbəb olur. Qarşıdakı günlərdə prosesin necə davam edəcəyini isə zaman göstərəcək. Ancaq onu da mütləq qeyd etməliyəm ki, bələdiyyə seçkiləri ilə parlament seçkilərinin toqquşması işlərimizə mane törədir. Belə ki, dairə seçki komissiya üzvləri faktiki olaraq fiziki cəhətdən bu iki seçkini eyni anda keçirməyi çatdırmırlar. Zatən ümumi seçki müddəti çox azdır, hələ bunun içərisində zamanımız bələdiyyə seçkilərinə görə itir. Məsələn, 23 dekabrda bələdiyyələrə seçkiləri günü və o günün səhərisi demək olar ki, heç bir komissiya parlament seçkiləri ilə bağlı hər hansı bir iş görmədi, görə bilmədilər. Bu barədə MSK-ya müraciət etdikdə isə onlar da anlayış gözləyir, bizlər də. Ancaq Seçki Məcəlləsi, seçki təqvimi partiyalara qarşı anlayışla yanaşmır, konkret zamanlar və sənədlər tələb edir. Hələlik tək problemlərimiz əsasən bunlardır”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, namizədlərin imzatoplama kampaniyası seçki kampaniyasının ən məsul və bir qədər də ağır mərhələsidir. Seçkilərə inam yetərli olmadığından seçicilər hansısa namizədə, xüsusən də tanımadığı namizədə imza verməyə həvəsli deyillər: “Bir-iki xırda insidenti və anlaşılmazlığı nəzərə almasaq, hələ ki seçki kampaniyasında inzibatı maneçilik törədilməsi və yaxud suni problemlərin yaradılması haqqında partiyanın seçki qərargahına hər hansı bir məlumat daxil olmayıb. Namizədliyimin AMİP tərəfindən irəli sürüldüyü 9 saylı ikinci Binəqədi seçki dairəsində mənə və imza toplayanlarıma qarşı əngəl-filan yoxdur. Artıq demək olar ki, bu mərhələni az müddətdə yekunlaşdırmaqdayıq. Müşahidələrim və seçicilərlə şəxsi təmaslarımdan doğan nəticə isə ondan ibarətdir ki, seçici fəallığı aşağıdır və onları inandırıb sandıq başına gətirmək lazımdır”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə qeyd etdi ki, namizədləri imzatoplama kampaniyasına yeni başlayırlar, əksəriyyəti hələ imza vərəqələrini götürə bilməyib: “Bu baxımdan imzatoplama kampaniyasının necə getməsi ilə bağlı hələ ki fikir söyləmək çətindir. Amma bu günə kimi üzləşdiyimiz maneələr həddindən artıq çoxdur. Belə ki, bildiyiniz kimi, biz partiya olaraq qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılmışıq. Qanunvericiliyin tələblərinə uyğun olaraq MSK-ya sənədlər təqdim ediləndən sonra müvafiq dairələr üzrə hər bir namizədin sənədləri hazırlanaraq DSK-lara təqdim olunur. Lakin əksər DSK-lar namizədlərimizdən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edirlər. Bu cür bürokratik əngəllər hər addımda bizi təqib edir. İkinci ən böyük problem hər bir namizədin özü üçün xüsusi seçki hesablarının açılmasında baş verir. MSK tərəfindən təsdiq olunan təlimata görə hər bir partiya 60-dan yuxarı dairə üzrə namizəd irəli sürərsə, onda partiya vahid seçki hesabı açmalıdır. Partiyanın 60 dairədən aşağı namizədi varsa, onda hər bir namizəd özü üçün xüsusi seçki hesabı açmalıdır. Bu hesablar da Beynəlxalq Bankın istənilən filialında açıla bilər. Lakin adıçəkilən bankın əksər filialları qanunvericiliyin və təlimatın tələblərinə zidd şəkildə bizdən əlavə sənədlər tələb edir, bir çox hallarda hesab açmaqdan imtina edilir. Seçki hesabı isə namizədliyin irəli sürülməsi barədə sənədlər müvafiq DSK-ya təqdim edildikdən sonra 5 gün ərzində və imzatoplama kampaniyasına ən azı 24 saat qalmışa qədər açılmalıdır. Təsəvvür edin, hesab açmaq 10-15 dəqiqəlik vaxt aparan iş olduğu halda elə namizədlərimiz var ki, 3 gün ərzində hesab aça bilmir. Baş verənlər çox düşündürücüdür, çoxillik seçki təcrübəmdən çıxış edərək deyə bilərəm ki, əvvəlki illərdə ilkin mərhələdə bu qədər bürokratik problemlər müşahidə etməmişdim. Sanki hansısa qüvvə qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsini sabotaj etməyə cəhd göstərir”.

Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, partiyanın namizədlərinin imzatoplama kampaniyası davam edir: “Həm Bakı dairələrində, həm də regionlardakı seçki dairələrində namizədlərimiz var. Bir çoxları imza toplamaqdadırlar, bəziləri imza vərəqələrini bugünlərdə götürməlidir. Kampaniya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, normal davam edir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Sərdar Cəlaloğlunun sənədləri MSK-ya təqdim edildi

    ​Sərdar Cəlaloğlunun sənədləri MSK-ya təqdim ...

    22-02-2018, 15:51

  • 
  • Növbədənkənar prezident seçkilərinin təqvim planı dərc edilib

    Növbədənkənar prezident seçkilərinin təqvim planı ...

    9-02-2018, 10:16

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • MSK Elza Seyidcahanla bağlı qərar verdi

    MSK Elza Seyidcahanla bağlı qərar verdi ...

    11-10-2015, 19:23

  • 
  • Bu gündən prezidentliyə namizədlərin sənədləri MSK-ya təqdim olunacaq

    Bu gündən prezidentliyə namizədlərin sənədləri ...

    20-02-2018, 11:47


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu