Gundemxeber.az » Ölkə » Cəmiyyət » KXCP Azərbaycan Xalqını anti - milli, anti - demokratik seçkilərin nəticələrinin ləğv edilməsi üçün birgə mübarizəyə çağırdı
KXCP Azərbaycan Xalqını anti - milli, anti - demokratik seçkilərin nəticələrinin ləğv edilməsi üçün birgə mübarizəyə çağırdı
10 fevral 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir.
Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında, 09 fevral 2020-ci ildə keçirilən növbədənkənar Parlament seçkilərinin nəticələri müzakirə edilmişdir. KXCP 09 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar Parlament seçkilərinin nəticələri haqqında Bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: “ ...09 fevral 2020-ci il növbədənkənar Parlament seçkiləri” xalq tərəfindən boykot edilmişdir. Azərbaycan Hakimiyyətinin 1993-cü ildən etibarən keçirdiyi saxta seçkilərin sonuncusu qeyri – adiliyi ilə tarixə çevrildi. Özünün yararsız olduğu haqqda qərar qəbul edib, buraxılmış Milli Məclis üzvlərinin 80 nəfərindən çoxu yeni – növbədənkənar Parlament seçkisinin “qalibi” elan edildi. Buraxılmış Parlamentin üzvlərinin əksəriyyəti seçicilərlə görüş zamanı öz layiqli qiymətini alaraq, rayonlardan qovulmuşdur. Bütün baş verənlər dünyanın gözü qarşısında olmuşdur. Növbədənkənar Parlament Seçkilərinin nəticələrini qiymətləndirən KXCP, 09 fevral 2020-ci ildə formalaşan Parlamenti qeyri legitim sayır, total saxtalaşdırılmış seçkinin nəticələrini tanımır, bütün siyasi partiyalarla, müstəqil namizədlərlə seçkinin nəticələrini birgə müzakirə etməyi və Azərbaycan Xalqını anti – milli, qeyri - legitim Milli Məclisə qarşı mübarizədə birliyə çağırır. KXCP seçkinin nəticələrinin ləğv olunmasını, yeni Parlament seçkilərinin keçirilməsini tələb edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?