Gundemxeber.az » Ölkə » Cəmiyyət » Korrupsiya idarəsinin ƏMDX-də keçirdiyi əməliyyatlarda dah kimlər yana bilər
Dünən dövrü mətbuat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə rayonda əməliyyat keçirilməsi barədə məlumatlar yaydı. Əməliyyatın İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə etdiyi bildirilir. Yayılan məlumatlara görə əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb. Həmçinin əməliyyat çərçivəsində ƏMDX-nin Şəki ərazi şöbəsinin müdiri Mübariz Bəşarət oğlu Paşayevin də həbs edildiyi yayılıb. Baş prokurorluq bu məlumatları şərh etməyib, lakin bu gün əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.4-09-2020, 15:35
6-03-2021, 12:11
19-08-2020, 14:52
3-04-2014, 12:06
3-02-2013, 11:34
Sorğu
Yeni dizaynımız necədir?