GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ADAU-da gördüklərimiz, bildiklərimiz və bölüşdüklərimiz - FOTOLAR

ADAU-da gördüklərimiz, bildiklərimiz və bölüşdüklərimiz - FOTOLAR

Tarix: 10-06-2022, 23:24 Bölmə :Cəmiyyət Baxış: 1 738

Dünən bir qrup jurnalistlər rektor İbrahim Cəfərovun dəvəti ilə Azərbaycan Dövlət Aaqrar Universitetində olub, bu ali təhsil ocağında keçirilən "açıq qapı" günündə imtahanların gedişatı və yaradılmış ümumi şəraitlə yaxından tanış olub.


 Beləliklə, ilk olaraq Universitetin nəzdindəki Tədris-təcrübə təsərrüfatı ərazisində olduq. Mövzuya keçməzdən öncə, bu ali təhsil ocağının yaranma tarixinə və fəaliyyət istiqamətinə nəzər yetirək. 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə, yəni neft sənayesi, elektromexaniki, mühəndis-tikinti, kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılır. 

Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan, Kənd Təsərrüfatı İnstitutunun yaradılması zərurətə çevrilir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır və bu İnstitut 1931-ci ildə Gəncə şəhərinə  köçürülür.

Çox keçmir ki, Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (AKTİ) tərkibinə birləşdirilir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə, AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 

1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim edir. Yarandığı dövrdən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti müxtəlif xalqlardan olan 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamışdır.

 Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə universitet özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

 Öncə qeyd etdiyimiz kimi Tədris-təcrübə təsərrüfatının ərazisində apardığımız müşahidələrdən məlum oldu ki, ümumi sahəsi 80 hektardan ibarət ərazidə üzümçülük, gülçülük, sortlaşdırılmış meyvə ağacları yetişdirilir. Hətta, bu təsərrüfatda iribuynuzlu mal-qara, xırdabuynuzlu heyvanlar, atlar, toyuqlar saxlanılır. Ümumi müşahidələrimiz zamanı onun da şahidi olduq ki, Tədris-təcrübə təsərrüfatında yüksək texnologiya ilə təchiz olunmuş texnikalar, əkin-biçin üçün nərərdə tutulan traktorlar, 16 tonluq soyuducu və iki ədəd, hansı ki, hər biri 100 tonluq silos saxlamaq üçün nəzərdə tutulan anbarlar var. Bütün bunlara rəğmən universitetin nəzdindəki Tədris-təcrübə təsərrüfatında müəllim və tələbələr üçün nəzərdə tutlmuş üç bağlı, iki açıq auditoriya da var. 

Tədris-sex labaratoriyası və ət kəsimi sexi də, məhz müasir standartlara uyğun olaraq qurulub. Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatıında dərsliklərə aid təcrübəni artırmaq üçün, quşçuluqla bağlı dərslərin də davamiyyətli keçirilməsinin şahidi olduq. Burada taxıl, kartof və qarğıdalının becərilmə metodu da diqqətimizi çəkdi. Görülən işlər həqiqətən də təqdirəlayiq hesab olunmalıdır. Əlavə olaraq onu da qeyd edək ki, Tədris-təcrübə təsərrüfatının inzibati binasında yaradılmış şərait də diqqətimizi cəlb etdi. Belə ki, tanış olduğumuz şərait hər kəsə xüsusi zövq verirdi. Daha sonra, mühəndislik fakültəsində aparılan imtahanları da izlədik. Burada 4-cü kurs tələbələri komputer mühəndisliyi, melorasiya mühəndisliyi, materialşünaslıq, aqro mühəndislik fənlərindən imtahan verirdilər.

 4-cü kurs rus bölməsi, hansı ki, elektirik diaqnostika fənnindən yazılı götürülən imtahanlarda tələbələrin aktivliyi və verilən suallara hazırcavab olmaları onu deməyə əsas verir ki, bu Universitetdə tədrisin səviyyəsi yüksək səviyyədədir. Ümumi kimya fənnindən keçirilən imtahanlarda tələbələrə yaradılmış şəraitlə də tanış olduq. O halda məlum oldu ki, imtahanlarda iştirak edən tələbələrə xüsusi şərait yaradılıb. Müşahidələrimiz zamanı diqqətimizi çəkən əsas məsələlərdən biri də o oldu ki, idman zalının yüksək səviyyədə təmir olunması və idmanla məşğul olmaq üçün avadanlıqlarla təchiz olmasıdır. Təqdirəlayiq işlərdən biri də odur ki, ADAU-nın nəzdində Peşə Tədris Mərkəzi fəaliyyətə başlamaq üzrədir. Yüksək inkişaf yolunda olan Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsinin emalatxanasını da müasir texnikalarla təchiz edilməsi hər kəsin diqqətini cəlb etməyə bilməzdi. Yuxarıda qeyd olunanlarla bağlı onu da bildirək ki, Gəncə Qərb bölgəsində kənd əhatəsində yerləşən yeganə şəhərdir. Ona görə də ADAU 1931-ci ildə Gəncə şəhərində qurulub. 

Rektorun təklifi ilə təşrif buyurduğumuz Aqrar universitetdə əkin-biçin işləri ilə məşğul olmaq istəyən vətəndaşlarımız üçün maraq doğuran və vacib olan labaratoriya da fəaliyyət göstərir. Belə ki, 10 hektardan yuxarı olan ərazinin torpağı labaratoriyada analiz olunur və vətəndaşa rəsmi rəy verilir. Bundan sonra, torpaq sahəsinin sahibi dəqiq bilir ki, becərəcəyi torpaqda hansı istiqamətdə fəaliyyət göstərəcək və eyni zamanda dövlətdən subsidiya da əldə edə biləcək. Onu da qeyd edək ki, Torpaqların Aqro Kimyavi Analiz Labaratoriyasında, torpaqların analiz olunması müəyyən ödənişlər əsasında həyata keçirilir. Maraqlı hal odur ki, həmin labaratoriyadan Gəncəbasar bölgəsi üzrə yeganə olaraq, bir nüsxədir. O da ADAU-da yerləşdirilib. Müşahidələrimiz zamanı gördük ki, toxumçuluq labaratoriyası dənli və paxlalı bitkilərin keyfiyyətinin müəyyən edilməsi, Əczaçılıq innovasiyalar mərkəzi, Univesitetin tələbə yataqxanası müasir üsullarla təmir olunub. Yataqxananın nəzdində kitabxana və dəftərxana da fəaliyyət göstərir.


GundemXeber.Az

Bakı-Gəncə-Bakı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNATLAR

    Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNATLAR ...

    4-02-2019, 11:51

  • 
  • Aqrar Universitetdən qalan İsmət Abbasov

    Aqrar Universitetdən qalan İsmət Abbasov ...

    6-04-2014, 13:53

  • 
  • Rektorun "YUBİLEY NAĞILLARI" çin olacaqmı? - İDDİA

    Rektorun "YUBİLEY NAĞILLARI" çin ...

    19-06-2020, 16:14

  • 
  • Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş zərərlə bağlı kompensasiya ödənilməsinə başlanılıb

    Ermənistanın təcavüzü nəticəsində kənd ...

    11-08-2021, 10:27

  • 
  • Nazirliyin strukturu dəyişəcək

    Nazirliyin strukturu dəyişəcək ...

    7-01-2016, 12:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu