Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın Bütövlük Platforması elan olundu - FOTOLAR

Toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışaraq bildirdi ki, həm Azərbaycan Respublikasının güclənməsi, həm Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, həm də Türk Dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın aktiv ideoloji-siyasi mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək biz Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarına gəldik.
Toplantıda Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn, Milli Şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar. 







11-01-2021, 21:15
23-04-2019, 16:55
29-09-2014, 17:03
31-08-2015, 20:29
19-09-2020, 17:03
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?