Gundemxeber.az » Ölkə » Cəmiyyət » Urmiya gölünün qurudulması - ekoloji terroru himayə edən İran - ŞƏRH

Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı vardı.
İran hakimiyyətinin məsələyə savadsız və biganə yanaşması Urmiya gölünün quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Sakinlər həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Güney Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib. Bu cinayət təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına, yaşayış yerini tərk etməsinə mənfi təsir göstərir. Bu, Güney Azərbaycan əhalisinin öz dədə-baba yurdundan çıxarılması, süni mühacirət üçün Tehran hakimiyyətinə əlavə fürsət verib.
Həmin vaxt Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın büdcə vəsaitinin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat vermişdi. Ancaq Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun “yalan danışdığını” söyləyərək bildirmişdi ki, bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb. O, Araz çayından gölə su gətirmək üçün bir milyard dollar maliyyə vəsaitinin lazım olduğunu qeyd etmişdi.8-12-2017, 20:31
16-12-2012, 13:34
29-08-2019, 17:42
25-02-2013, 10:30
15-07-2022, 11:13
Sorğu
Yeni dizaynımız necədir?