Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı gözlənilir. Bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
GUNDEMXEBER.AZ
23-12-2015, 19:57
24-03-2015, 11:20
23-12-2014, 00:17
8-02-2015, 01:35
21-12-2019, 13:59
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Yeni dizaynımız necədir?