Gundemxeber.az » Ölkə » Cəmiyyət » Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi - DETALLAR
“Reges Alçı-Zavod” MMC (VÖEN - 0201402321) ləğv olunaraq “Reges Sement” MMC-yə (VÖEN – 0900110221) qoşulduğunu elan edib.
Hər iki şirkətin hüquqi ünvanı Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Böyük Düz kəndində yerləşir.
Ləğv olunan “Reges Alçı-Zavod” MMC 27.02.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 919 min 623 manat 37 qəpik olan MMC-nin qanuni təmsilçisi Süleymanov Rafiq Rəhim oğludur.
“Reges Sement” MMC isə 12.04.2013-cü ildə təsis olunub. Nizamnamə kapitalı 37 milyon 271 min 662 manat olan MMC-nin qanuni təmsilçisi Kərimov Kamal Əmir oğludur.
Qeyd edək ki, hazırda Naxçıvanda “Reges” adlı bir neçə şirkət fəaliyyət göstərir.![]()
Onu da bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu ünvanlarda vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə bağlı şirkətlər qeydiyyatda olub.//YENİAVAZ.COM/
14-12-2022, 19:12
5-07-2020, 10:08
9-09-2022, 09:53
4-05-2021, 16:21
21-11-2022, 18:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?