Gundemxeber.az » Ölkə » Cəmiyyət » "AzerGold" QSC tərəfindən daşıma yollarında tozun idarə olunmasına yönəlmiş ekoloji təşəbbüs reallaşdırılıb

“Dustex” reagentindən beynəlxalq təcrübədə torpaq yollar, tikinti sahələri və mədən ərazilərində tozun idarə olunması məqsədilə aktiv şəkildə istifadə edilir.
Sözügedən məhlul 100% təbii tərkibli, ağac və ya digər bitki mənşəli materiallardan alınan ekoloji cəhətdən təhlükəsiz, torpaq və yeraltı su üçün zərərsiz, bioloji parçalanan və təbiətdə iz qoymayan reagent olmaqla xüsusilə quru və küləkli hava şəraitində tozun havaya qalxmasının qarşısını effektiv şəkildə alır.
"AzerGold" QSC-nin bu təşəbbüsü şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Cəmiyyət bundan sonra da yerli icmalarla əməkdaşlıq şəraitində sözügedən layihəni, eləcə də ekologiya və sosial rifah sahəsində müxtəlif təşəbbüslərin icrasını davam etdirəcək.21-12-2023, 16:51
9-08-2023, 21:10
27-04-2022, 17:53
5-12-2022, 21:58
22-01-2017, 16:34
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?