GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

Tarix: 4-09-2025, 14:53 Bölmə :Cəmiyyət Baxış: 188

Bir müddət öncə “Ana övladının həbsiylə bağlı prezidentə müraciət etdi” başlıqlı yazımızda Şirinova Nəzakət İbrahim qızl oğlunun həbsi ilə bağlı dövlət başçısına müraciətini dərc etmişdik. Bu işlə bağlı apardığımız araşdırmalar zamanı yeni təfərrüatlar əldə etmişik. Belə ki, 2023-cü ildə DTX tərəfindən həbs edilən Hidayətov Zöhrab Raqub oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 192.3.2 və 206.3.2-ci maddələri və  təqsirləndirilmələrinə dair  cinayət işinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə Sumqayıq Ağır Cinayətlər Məhkəməsində baxılır. Məlumat üçün bildirək ki, Hidayətov Zöhrab Raqub oğlu 27 dekabr 1977-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, əvvəllər məhkum olunmamışdır, ali təhsillidir. Bərdə şəhəri, Nüşabə küçəsi, ev 36-da qeydiyyatda olmaqla daimi olaraq Abşeron rayonu, Xırdalan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Hidayətov Zöhrab Raqub oğlu 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 192.2.2 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət törədilməsində şübhəli şəxs qisminsdə tutulmuş, 27 dekabr 2023-cü il tarixdə onun əməlləri Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə tövsif edilərək həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Hidayətov Zöhrab Raqub oğlu ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmir. Belə ki, onun əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər mövcud deyil.

 Qanunsuz sahibkarlıq yoxsa?

Azərbaycan Respublikası CM-nin 192-ci maddəsindən görünür ki, qanunsuz sahibkarlıq dedikdə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti başa düşülür. Z.Hidayətov vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elvin Şirinovun yanında tədarükçü vəzifəsində çalışmışdır. Göründüyü kimi, onların fəaliyyəti dövlət qeydiyyatına (vergi uçotuna) alınmış, kənd təsərrüfatı məhsullarının ixracı xüsusi razılıq (lisenziya) tələb olunan, eyni zamanda mülki dövriyyəsi məhdudlaşdırılmış fəaliyyət kateqoriyasına aid deyil.

Qaçaqmalçılıq ittihamının gerçək üzü

Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinə əsasən Qaçaqmalçılıq dedikdə – Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların  keçirilməsi başa düşülür.  Qeyd edilməlidir ki, ixrac olunan kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli deyil, gömrük sərhədindən gömrük nəzarəti altında keçirilmiş, mallar keçirilərkən gömrük sərhədinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qanuni əsaslarla verilmiş sənədlər təqdim edilmiş, aldatma yolu ilə heç-bir gömrük eyniləşdirilməsi həyata keçirilməmiş, səhhəddən bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş hər hansı məhsul keçirilməmişdir. Göründüyü kimi, Z.Hidayətovun əməlində təqsirləndirildiyi CM-nin 192 və 206-cı maddələrin dispozisiyasında nəzərdə tutulmuş cinayətlər mövcud deyil.

İstintaqın yanlışlığı

İstintaq orqanı tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmamış və Hidayətov Zöhrab Raqub oğlunun qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, eləcə də qaçaqmalçılıq əməlləri törətməsi istintaqla sübuta yetirilməmişdir. Belə ki, əmək müqaviləsi bildirişlərindən görünür ki, Hidayətov Zöhrab Raqub oğlu digər 4 nəfərlə birlikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmış fiziki şəxs olan işəgötürən Şirinov Elvin Valeh oğlunun “menecer” vəzifəsi üzrə işçisidir və aylıq əmək haqqı 345 manat təşkil edir. Belə olan halda istintaq orqanı tərəfindən əməlin qanunsuz sahibkarlıq kimi tövsif edilməsi tamamilə qanunsuzdur. Belə ki, əmək müqaviləsi əsasında çalışan işçinin öz üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirməsinin iş icraçısı kimi qiymətləndirilməsi tamamilə absurd və ağlasığmazdır.

İttiham aktında 2022-ci ildə Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını Hidayətov Zöhrab Raqub oğlunun təmin etdiyi göstərilsə də, həqiqətdə Şirinov Elvin Valeh oğlu 2006-cı ildən, Hümbətov Qaçqın Şura oğlu isə 2021-ci ildən vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmişlər. Göründüyü kimi, işəgötürən Şirinov Elvin Valeh oğlu işçi Hidayətov Zöhrab Raqub oğlu ilə əmək müqaviləsi bağlayanadək fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq fəliyyət göstərmiş, işçilər Hidayətov Zöhrab Raqub oğlu, Caniyev Şahrur Məmmədəli oğlu, Hidayətov Təyyar Hidayət oğlu, Hümbətov Ceyhun Şəmsəddin oğlu və Hümbətov Şahin Şəmsəddin oğlu ilə əmək müqaviləlləri bağlayaraq onları işə qəbul etdikdən sonra da, qanuni fəliyyətini davam etdirmişdir. Əmək müqaviləsi ilə işləyən işçinin öz vəzifəsini icra etməsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmiş işəgötürənin isə əmək müqaviləsi əsasında işləyən işçisi ilə birlikdə çalışması köməkçilik əməli kimi tövsif oluna bilməz.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib? - DETALLAR

    DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq ...

    31-10-2024, 19:20

  • 
  • Rəhim Qazıyevin qardaşı oğlunun həbsi ilə bağlı rəsmi açıqlama

    Rəhim Qazıyevin qardaşı oğlunun həbsi ilə bağlı ...

    23-08-2013, 14:25

  • 
  • DSX və Baş Prokurorluq Əfqan Muxtarlının həbsi ilə bağlı rəsmi məlumat yaydı

    DSX və Baş Prokurorluq Əfqan Muxtarlının həbsi ...

    1-06-2017, 19:01

  • 
  • Dövlət əleyhinə çağırışlar edən Elvin İsayevin məhkəməsi başladı

    Dövlət əleyhinə çağırışlar edən Elvin İsayevin ...

    25-09-2020, 16:12

  • 
  • Fazil Məmmədov iş adamlarını həbs etdirdi - siyahı

    Fazil Məmmədov iş adamlarını həbs etdirdi - siyahı ...

    11-12-2015, 03:19


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu