"Jurnalist Pərviz Həşimlinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovla telefon danışığının mətnini oxudum və bir daha əmin oldum ki, Azərbaycan hakimlərinin, xüsusilə yaşlı nəsilin əksəriyyəti pul və vəzifə quludur" - deyə Aslan İsmayılov bildirib.
Hüquqşünas onu da bildirib ki" "Onlarda vicdan, ədalət və mərhəmət hissi yoxdur. Onlar hər şeyi pul (rüşvət) gətirən vəzifələrinə qurban veriblər. Onlar qanunu da, Uca Allahı da unudublar. Yoxsa, P. Həşimliyə haqsız olaraq, işin saxta olduğunu bilə-bilə 8 il azadlıqdan məhrumetmə cəzası verəndə (ona elan olunmuş ittihamlar təsdiqlənsə belə, verilmiş cəza tamamilə qanunsuz idi), onu evdə gözləyən körpə balalarını yada salardı.
N. Kərimovu tanımayanlar üçün bildirirəm ki, onu çox yaxşı tanıyıram. Telefon danışığımız zamanı onun Allahsızlıq etdiyini üzünə demişəm, o isə buna heç bir reaksiya verməyib. O, əvvəllər keçmiş MTN-in müstəntiqi olub və P. Həşimlinin işinin saxta olduğunu, onun nəyə görə, kimə görə və kimin sifarişi ilə həbs edildiyini çox yaxşı bilirdi".
Aslan İsmayılov Telefon danışığını oxuyanlar üçün fikirini belə qeyd edib: "o, danışığın yazıldığını çox yaxşı bilir, özünə bəraət qazandırmaq istəyir və utanmadan P. Həşimlini təbrik də edir. Mətndən aydın olur ki, o, açıq şəkildə bildirir: bu, çox ciddi tapşırıq idi və əksini etsəydi, vəzifəsini itirərdi.
Buradan P. Həşimliyə də iradımı bildirirəm: O, belə birisi ilə bu qədər nəzakətlə danışmamalı və sonda “Siz sağ olun, amma ədalətli olun” deməməli idi. Onun yarınmaq istəyinə və P. Həşimli haqqında dediyi tərifə bir cavabı olmalı idi: “Məni təbrik etmə, günahını yumaq istəyirsənsə, məni 2 il 6 ay göndərdiyin yerə sən də get, mənim kimi orada yat”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?