GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...

Tarix: 10-10-2025, 22:56 Bölmə :Cəmiyyət Baxış: 60


Redaksiyamıza daxil olan şikayəti aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron ünvanına göndərərək münasibət bildirilməsini xahiş etmişik.


Lakin hələ də cavab olmadıbından aşağıda kiçik ixtisarla təqdim edirik:

«Hörmətli redaksiya!

“Bayırşəhəri qoruyaq” təşəbbüs qrupunun rəhbəri kimi Sizə mütəmadi olaraq mədəni irsimizin incilərindən olan İçərişəhərin davamı olan Bayırşəhərin məhv edilməsinə qarşı faktlarla yazılar dərc etdiyiniz üçün təçəkürümü bildirirəm.

Xatırladırıq ki, Bayırşəhər məhəlləsi Azərbaycan prospekti ilə M.Fətəli küçəsi ilə M.Əliyev və Nizami küçələrinin sərhəd əhatəsində yerləşən ərazini əhatə edir. Bu ərazi 150-dən çox tarixi abidələr olmaqla, tarixi abidələrin fonunda XIX əsrin sonlarında tikilən tarixi əhəmiyyətli binararla zəngindir. Bildirirəm ki, bu ərazidə bir dənədə olsun qəzalı vəziyyətdə olan bina yoxdur. Bunu əminliklə bildirirəm.

Baş plan (Bakı-2040) işlənən zaman alman memarlar cəlb edilmişdir. Həmin memarlar ərazidə olan hər bir binanın videoçəkilişini aparmışlar. Məhz buna görə də, bu ərazi Baş planda Xüsusi Müfafizə Zonası kimi göstərilmişdir. Baş planda həmin ərazidə söküntü işləri aparılması nəzərdə tutulmamışdır.

Baş plan Prezidentin imzası və Nazirlər kabinetinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Bu möhtəşəm ərazi indi kimlərinsə maraqlarına qurban verilərək vəhşicəsinə dağıdılır. Hətta tarixi abidə kimi Nazirlər Kabinetində siyahıya alınan bir çox evlər siyahıdan çıxarılaraq, məhv edilir.

Bildirirəm ki, dövlət büdcəsindən 2019-cu ildə bu ərazidə miyonlar xərclənərək, təmir bərpa işləri aparılmışdır. İndi həmin evlərin əksəriyyəti «qəzalı vəziyyət» damğası ilə məhv edilir. Sual yaranır: yaxşı, bəs təmir zamanı qəzalı olmasına niyə göz yumulurdu? Yaxud da, ərazi maraqlara qurban veriləndə 2019-cu ildən sonra qəzalı vəziyyətə düşdü? Bu ərazinin sökülməsi üçün isə hal-hazırda Nazirlər Kabinetinin qərarı yoxdur.

Nazirlər Kabinetinin 2018-ci ildə verdiyi 572 saylı qərarının icrasının davamı kimi, Abdulla Şaiq, Nabatxanım Aşurbəyova və Süleyman Tağızadə küçələrinin parka bitişik hissəsində söküntü aparılması üçün 38 milyon pul ayrılmışdır. Bundan istifadə edərək, Bayırşəhəri Sovetski adlandıraraq, kimlərsə nəfslərinə qurban verirlər.

«Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun rəhbərliyi ilə evlər şəxsi adlara satın alınır…»

Bayırşəhərdən, sanki qisas alırlar. Bayırşəhərdə daşnaqlarla yerli əhalinin şiddətli döyüşləri olmuşdur. Ərazidə tarixi binalarda çoxsaylı gullə yerləri bu gün də gözlə görünür və bu biz sakinlərin hər görəndə yaddaşını təzələyir. Ulularımızla qurur duyuruq. Nə yazıq ki, Bayırşəhərlə bağlı əfşanələr olmasına baxmayaraq, düşməncəsinə tarixi yaddaşımız kimlərinsə tapşırığı ilə məhv edilir.

Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun rəhbərliyi ilə evlər şəxsi adlara satın alınır. Əhaliyə psixoloji təsir edirlər ki, dövlətlə dövlətçilik etməyin, qaz, su, işiq olmayacaq, və s. Hətta ərazidə dəfələrlə biz sakinlər günlərlə qazsız, işiqsız, susuz qalmışıq. Zülfəyi İsmayılova evlərini satmaq istəməyən sakinlərə isə divan tutulur, satın aldıqları az sayda evləri də sonradan quldurcasına dağıdaraq, ərazidə toz-duman yaradır, qazı, işiği və suyu kəsərək sakinləri Zülfəli İsmayılova evlərini satmağa təhrik edirlər. Evlər dövlət ehtiyacı adı ilə alınır deyilsə də, alqı-satqı şəxsi adamların adına alınır.

Açıqlamalarında bildirirlər ki, bu küçik bir ərazidə 150 Tarixi abidə var və ərazidə park olacaq. Ərazidə isə iki göydələn var. Parkda göydələn olması hansı tikinti standartlarına uğundur?

Biz məcburən “Bayır şəhəri qoruyaq” təçəbbüs qrupu yaratmışıq. Sakinlərdən ibarət vatsap qrupu yaradılıb. Vatsap qrupu vasitəsilə ərazidə yaşayan sakinləri marifləndiririk ki, ərazinin sökülməsi Baş planda (Bakı 2040) nəzərdə tutulmayıb. “Bayırşəhər” adlanan ərazinin Xüsusi Mühafizə Zonası olması, Nazirlər Kabinetinin ərazidə söküntü aparılması barədə qərarının olmaması, cənab Prezidentimizin imzaladığı, Nazirlər Kabinetinin təsdiqlədiyi Baş planın əleyhinə olaraq ərazidə vətəndaşların evlərinin dövlət ehtiyacları adı ilə satın alınması və ərazidə qanuna zidd olaraq söküntü işlərinin aparılması birmənalı yolverilməzdir! Eyni zamanda, “Bayırşəhər məhəlləsi tariximizdir, onu məhv etməyin!!!”- kimi vətənpərvərliyə səsləyən şuarlar ilə ərazidə müraciətlər yaymaqda davam edirik.

Hörmətli «Təzadlar» qəzetinin redaksiyası! Çoxsaylı imzalarla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, cənab Baş Nazir Əli Əsədova, Milli Elmlər Akademiyasının Prezidenti cənab İsa Həbibbəyliyə, OMBUDSMAN xanım Səbinə Əliyevaya, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyevaya, Memarlar İttifaqının Rəyasət Heyətinin sədri cənab E.Qasımzadəyə, Mədəniyyət naziri cənab Adil Kərimliyə, Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyevə, Milli Məclisin 17 saylı Yasamal üçüncü Seçki dairəsinin deputatı cənab G.Qəhrəmanova, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca, Prezidentin köməkşisi Şahmar Mövsümova və Baş Nazirin müavini Çahin Müstafayev cənablarına müraciətlər etmişik.

Tarixi abidələrin siyahıdan çıxarılmasına və sanki açıq muzey olan mədəni irsimiz Bayırşəhərin məhvinə memarlarla yanaşı, Respublikanın ziyalıları 264 imza ilə, ictimaiyyət nümayəndələri və sakinlər olmaqla, 2082 imzaları ilə müraciətlər edərək, etirazlarını bildiriblər.

Onu da deyək ki, aidiyyatı qurumlara edilən çoxsaylı kollektiv müraciətlərimizə cavablar verilmişdir ki, həmin ərazidə söküntü yox, təmir-bərpa işləri aparılacaqdır. Eyni zamanda, müraciətlərimizə ziddiyyətli cavablar da verilmişdir. Aidiyyatı qrumlardan Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan çoxsaylı imzalarla müraciətlərimiz Yasamal Rayon İcra Hakimiyyətinə göndərilib. Hətta ölkə ziyalılarının 264 imzası ilə Prezident Adminitrasıyasının rəhbəri cənab Samir Nuriyevə göndərilən müraciət Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir. Departament sədrinin birinci müavini, Baş mühəndis tərəfindən verilən 08 may 2025-ci il tarixli cavabda göstərilir: «Bakı şəhər İcra Hakimiyyətindən Departamentə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirirk ki, müraciətdə qeyd edilən ərazidə Departament tərəfindən söküntü işləri aparılmır».

13.03.2023-cü il tarixli Bakı şəhər İcra Hakimiyyətindən daxil olan cavabda isə belə yazılıb: «Bildiririk ki, müraciərtinizdə qaldırılan məsələyə aidiyyatı üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Yasamal rayon İcra hakimiyyətinə məktub göndərilmişdir».

13.03.2023-cü il tarixli Yasamal rayon İcra Başçısının birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir: «Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2028-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda ”Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunukasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacı üçün satın alınır. Bildirirk ki, Bakının Yasamal rayonu, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və M.Əliyev küçəsi ilə Nizami küçələrinin arasında yerləşən yaşayış sahələri QEYD EDİLƏN QƏRARIN TƏSİRİ DAİRƏSİNƏ DÜŞMÜR. Həmin ünvanların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarından sonra həyata keçiriləcəkdir. Gələcəkdə həmin ünvanlar söküntü mərhələsinə düşərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq orada yaşayan sakinlərə bildiriş göndəriləcək, eyni zamanda həmin binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görüləcəkdir».

31.03.2023-cü il tarixində Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavini Xalid Möhbaliyev tərəfindən verilən cavab da eynidir. 29. 05 2025-ci il tarixli Yasamal rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir: «Sizin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daxil olmuş müraciətinizə Yasamal rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirik ki, Bakı şəhər Yasamal rayonu, B.Səfəroğlu küçəsi-84 ünvanının yaxınlığında və ətrafında yaşayış və qeyri-yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınmasına başlanılmışdır. Söküntü mərhələsinə düşən binaların memarlıq abidələri siyahısında olub-olmaması dəqiqləşdirilir».

14.07.2025-cü il tarixli Yasamal rayon İcra Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda isə belə deyilir: «Bildirirk ki, Bakı şəhər,Yasamal rayon ərazisində yeni parkın salınması məqsədilə istismar müddəti bitmiş qəzalı olan binaların sökülməsi və həmin istismar müddətini başa vurmuş binalarda yaşayan daima köçürülmələri barədə kollektiv müraciətlər edən sakinlərin köçürülməsi istiqamətində müraciətləri nəzərə alınaraq qeyd olunan ərazidə yaşayan vətəndaşlarla bu günki bazar qiymətinə, əmlakın dəyərinə və təmir xərcinə uyğun kompensasiya ödənilməsi barədə danışıqlar aparılır. Eyni zamanda bildiririk ki, həmin ərazidə istismar müddətini başa vurmuş qəzalı və bərpa olunması mümkün olmayan bəzi binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görülür».

Budur, söküntüyə könül vermişlərin niyyəti burda açılır: tarixi abidələrin siyahıdan çıxarılması üçün işlər gördüklərini eiraf edirlər. Əsas kimi də bildirirlər ki, sakinlər guya xahiş edirlər ki, evləri sökülsün. Sakinlər “Qız qalası”nın sökülməsini istəsələr sökəcəklər??? Bəs Baş plan niyə hazırlanıb? Sakinlər öz evləri barədə müraciət edə bilərlər, “Bayışəhər” barədə yox. Mən belə bir müraciətin olmasına inanmıram.

Bakı şəhər İcra Hakimiyyəti müraciətlərimizə cavab vermək əvəzinə, məktubumuzu Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Yasamal rayon İcra Hakimiyyətinə göndərərək, qanunsuz əməllərindən yayındığını gördükdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edərək araşdırmasını xahiş etmişik. 07 iyul 2025-ci il tarixli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Bakı şəhər İcra Hakimiyyətinə sorğu vermişdir. Sorğuda göstərilmişdir: «Şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə bizə məlumat verməyinizi xahiş edirik».

2025-ci ilin 21 iyul tarixində OMBUDSMANIN biz sakinlərə cavabında göstərilir: «Sorğuya cavab olaraq göstərilənlərdən bilinir ki, ərazidə Bakı şəhər İcra Hakimyyətinin müvafiq sərəncamı ilə aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Qiymətləndirmə bu sahədə ixtisaslaşdırılmış, lisenziyası olan müstəqil qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilir».

10 mart 2023-cü il tarixli Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən cavabda isə yazılır: «Bildirirk ki, sözügedən ərazi ilə əlaqədar tikintiyə icazə icraatı çərçivəsində Komitəyə hər hansı müraciət daxil olmamışdır».

28.07.2025-ci il tarixli Memarlar İttifaqının Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanladığı məktubda bildirilir: «…və əgər ərazinin yenidən qurulması layihəsi varsa, onları bu layihə ilə tanış etmək… vacibdir» və s.

Bu isə ərazidinin layihəsinin olmamasını təsdiq edir. Baş plana nəzarət edən qrumlardan biri kimi Memarlar İttifaqında layihə olması barədə məlumatın olmaması bir daha Tarixi irsimizin incilərindən olan Bayırşəhərin kimlərinsə marağı naminə məhf edilməsini təsdiq edir.

Sonda onu da bildirirəm ki, Baş planın icrasına nəzarət edilməsində İcra hakimiyyətlərinin iştirakı nəzərdə tutulmamışdır. Dörd qrum- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Memarlar İttifaqı Baş planın icrasına nəzarət etməsi göstərilmişdir. Bayırşəhər İçərişəhərin davamı kimi maqnatlar tərəfindən salınmışdır. Və biri-biri ilə harmioniya təşkil edir. Hal-hazlrda tariximizi sevənlər tərəfindən “Bayırşəhər”ə turlar təşkil edilir, hər bir Azərbaycanlının kimliyi turistlərə təqdim edilir. 30-31 iyul 2025-ci il tarxində Milli Elmlər Akademiyasında «Tarixi yerlər və abidələr 5-ci Beynəlxalq Bakı “Bayırşəhər”» simpoziumu keçirilmişdir. Simpozium “Bayırşəhər”in qorunması üçün qərar qəbul etmişdir.

Cənab Prezidentin imzasına və Nazirlər Komitəsinin qərarına əhəmiyyət verməyən söküntü dəstəsi isə ərazidə meydan sulayır. Baş plan Prezidentim imzası və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Mədəni İrsimizin incilərindən olan Bayırşəhər və burada olan abidələrin aqibəti isə hazırda sual altındadır. Nə qədər ki, gec deyil, ciddi və sərt tədbirlər görülməlidir.("Tezadlar")

Zahidə Əzizova,

«Bayırşəhəri qoruyaq» təşəbbüs qrupunun rəhbəri

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sovetski”də sökülən evlərə görə sakinlərə nə qədər pul veriləcək?

    “Sovetski”də sökülən evlərə görə sakinlərə nə ...

    10-02-2014, 22:26

  • 
  • Prezident tapşırıq verdi: Şuşada qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanıldı

    Prezident tapşırıq verdi: Şuşada qiymətləndirmə ...

    16-12-2020, 14:02

  • 
  • Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür? – “Dedilər ki, burada narkomanlar yaşayır...”

    Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları ...

    11-07-2025, 13:25

  • 
  • Əli Əsədov ilk qərarını imzaladı

    Əli Əsədov ilk qərarını imzaladı ...

    5-11-2019, 13:16

  • 
  • XİN rəhbəri: "Ermənistanın işğalçı siyasəti İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur"

    XİN rəhbəri: "Ermənistanın işğalçı siyasəti ...

    5-05-2018, 16:22


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu