GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Tarix: 10-10-2025, 23:32 Bölmə :Cəmiyyət Baxış: 46


Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub

Dövlət Gömrük Komitəsi ilə bağlı yeni iddialar ictimai müzakirəyə səbəb olub.
Bakunews.az redaksiyasına Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı geniş məzmunlu məktub daxil olub. “Vüsal Səmədov” imzası ilə göndərilən müraciətdə Komitə rəhbərliyinə, o cümlədən sədr Şahin Bağırov və qurumun bir sıra vəzifəli şəxslərinə dair müxtəlif ittihamlar, korrupsiya iddiaları, kadr siyasəti və etik məsələlərlə bağlı şikayətlər yer alır. Məktub müəllifi gömrük sistemində rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-şəffaf idarəçilik kimi halların baş verdiyini bildirir, həmçinin bu məsələlərin araşdırılması üçün aidiyyəti dövlət qurumlarını tədbir görməyə çağırır.

Redaksiyamıza ünvanlanan həmin məktubu olduğu kimi sizə təqdim edirik:

Salam hörmətli Bakunews.az redaksiyası.

Sizin Azərbaycan xalqı və dövləti üçün apardığınız işləri çox yüksək dəyərləndirirəm, toxunduğunuz mövzular çox aktualdır və əlbəttəki Azərbaycanımızın xoşbəxt gələcəyi naminə həlli tələb olunan məsələlərdir…
Son illər Cənab Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib.

Ancaq təəssüf ki, hələdə ölkəmizdə yerində olmayan, tutduğu vəzifənin məsuliyyətini dərk etməyən dövlət məmurları çoxdur…
Son zamanlar toxunduğunuz mövzulardan biri Gömrük Sistemi ilə bağlıdır, orda baş alıb gedən özbaşnalıqlar, rüşvətxorluq, yenədə ölkədə manopoliya yaratmaq cəhdləri və qeyri-qanuni yollarla külli miqdarda varlanmaq istəkləri Gömrük Komitəsinin Rəhbərliyinin iç üzlərini və məkirli planlarını ortaya qoyur….

Hörmətli Vüqar müəllim, məndə bir vətəndaş kimi, elini obasını, dövlətini sevən bir şəxs kimi Dövlət Gömrük Komitəsində baş verən neqativ hallar barədə və Azərbaycan gömrüyünün Sədri və qənimi olan Şahin Bağırovla bağlı bir neçə maraqlı və sensayiya doğuracaq məlumatları Sizlərlə bölüşmək istəyirəm.

Şahin Bağırov gənclik illərindən bəri keçirən sarsıntılarının və aldığı psixoloji travmaların acığını, sanki Azərbaycan dövlətindən, Azərbaycan gömrük sistemindən və gömrükçülərə qənim kəsilməkdən alır.

O artıq bir dəfə bu sistemdən qovulduqdan sonra, buraya ikinci dəfə Sədr qismində qayıtdıqdan sonra, Azərbaycan gömrüyünü inkişaf etdirmək əvəzinə, ölkənin sosial-iqtisadi rifahını yaxşılaşdırmaq istiqamətində səmərəli iş aparmaq əvəzinə, hamıdan ötən illərinin hayıfını çıxır….

Ağı qaradan seçmədən 30 il ərzində gömrük sistemində formalaşmış, illər ərzində dövlətinə və xalqına sədaqətlə xidmət etmiş savadlı kadrların demək olar ki 95% bu sistemdən didərgin salıb, sanki bir vendetta baş verir, bunun əməlləri hamıdan və hərkəsdən heyif çıxmaq prinsipi daşıyır…
Bayaq qeyd etdim ki, bu sanki Azərbaycan dövlətindəndə acığını çıxır…. Bəli, bəli…

Çünki bu insan Azərbaycan gömrük sisteminə, müxalifət partiyası olan, Azərbaycan Xalq Cəbhəsinin zamanında və onların xeyir duası ilə 27 yaşında iş düzəlib…

Deyilənlərə görə həmişə bu hərəkətlə sıx əlaqədə olub və həmişə fəallıq göstərib…
Hətta cəhbəçi adət ənənəsinə sadiq qalaraq, elə həmin cəhbəçilərin zamanında və bu hərəkətin digər fəalı olan və onunla eyni ildə, yəni 1992-ci ildə cəhbəçilər sırasından olan Güloğlan Muradlını, ölkə başçısına hüri mələk qismində təqdim etməklə, özünə, komitə sədrinin müavini təyin edilməsinə nail olmuşdur

DTX və digər xüsusi xidmət orqanları bunların hər ikisinin, yəni həm Şahin Bağırovun həmdəki Güloğlan Muradlının keçmişini və hətta bugününü düzgün araşdırsalar bu şəxslərin bugünkü gündə Azərbaycan dövlətinə qarşı fəaliyyətdə olan müxalifətçi ünsürlər və xaricdə yaşayan dırnaq arası “siyasi mühacirlərlədə” o sıradan Əli Kərimli və Qənimət Zahid kimilərlə çox sıq əlaqədə olmaqları, hətta ailəvi dostluq etdikləri barədə kifayət qədər faktlar aşkarlaya bilərlər…

Hətta bildiyim qədər ilə Güloğlan Muradlının oğlu, Qənimət Zahidin oğlu ilə çox yaxın dosturlar, mənbə bildirir ki, hətta birliktə fotolarıda olmalıdır.
Əlbəttəki qəlblərində dövlətə, hakimiyyətə kini küdurəti olan və kimlərinsə əli ilə bu hakimiyyətə sızmış hər iki şəxs, imkan düşdüyü zaman, öz çirkin niyyətlərindən əl çəkmir və öz yarıtmaz fəaliyyətləri ilə xalqı, iş adamlarını bu hakimiyyətdən narazı salmaq niyyətlərini və məkirli planlarını həyata keçirirlər.
Əks halda Şahin Bağırov Azərbaycan gömrüyünü belə iflic vəziyyətinə salmazdır…

Əslində kor kor, gör gördür…

Birinci etap struktur dəyişikliyi adı altında hamınında bildiyi kimi yarıtmaz və başı ayağı olmayan dırnaq arası bir “islahatlara” başladı və ilk etapda adı olub özü olmayan, qeyri-funksional idarə və şöbələr yaratdı və bu struktur şöbələrin özləri belə bilmir nə işlə məşquldurlar…
Bugün Azərbaycan gömrüyü nəzarətdən çıxmış başsız atlıya bənzəyir, sistem tam şəkildə pozulub, dərəbəylik, etinadsızlıq, heçnəyə nəzarət olunmur, hamının başı qarışıb pula və pul qazanmağa…

Hətta gömrükçülər özləri belə etiraf edirlər ki, bugün işləyib pul qazanmaq üçün ən əlverişli və uyğun vaxtdır…
İnanınkı bir çox gömrük idarələrinin sıravi inspektorların belə aylıq qazancları 30.000-35.000 manatdan çoxdur…
Görün indi yuxarı təbəqə nə qaz vurub qazan doldurur….⁉
O cümlədən Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli Mallar Baş Gömrük İdarəsi, Xaçmaz, Sumqayıt və digər gömrük idarələrində rüşvət və oğurluq tüğyan edir….

Şahin Bağırov isə öz qara-qura işlərini ört basdır etmək üçün, bunlara göz yumur və heç bir tədbir görmür….
Azərbaycanda hamı bilirki, Şahin Bağırovun dövrünə qədər gömrüyə rüşvətlə işə götürmək hallarə əvvəlki sədlərin vaxtında olmayıb….
Ancaq bugün bunlar başda Şahin Bağırov, komitə sədrinin birinci müavini Bəhruz Quliyev və gömrük komitəsinin kadrlar idarəsinin rəisi Vüqar Əsgərov başda olmaqla əməlli başlı sxem qurublar…
Deməli gömrük sistemində işə düzəlmək arzusunda olanlar, ilkin olaraq DGK-nın Azterminal Kompleks Təsərrüfat Hesablı Birliyin ştatına keçiririrlər, bunun haqqı 100.000 manatdır.

Bir müddət işlədikdən sonra Bakı və şəhərdaxili gömrük idarələrinin birinin ştatına keçmək üçün əlavə 20.000 manat, komitənin özündə işləmək istəyənlər isə əlavə 50.000 manat rüşvət verirlər….
Əvvəllər bu çox gizli və tək-tək hallarda baş verirdirsə, indi bu gömrük sistemində o qədər kütləvi hall alıb ki, artıq bu söhbət hər yerə yayılıb…
Bu əməllərinə don geyindirmək, ölkə rəhbərliyini və xalqı aldatmaq üçün isə güya zaman zaman işə qəbul imtahanları, səriştə imtahanları və sair müsabiqələr keçirirlər….

Daha anlamırlar ki, başlarını soxublar quma, quyruqları çöldə qalıb….
Hətta bu yaxınlarda işə rüşvətlə götürmək məsələləri o qədər artıb və ictimayətlənib ki, komitənin kadrlar idarəsinin rəisi Vüqar Əsgərovu Baş Prokrurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə çağrılması barədə və orda hətta müvafiq araşdırma getdiyi cəmiyyətə sızmışdır…
Əlbəttəki Şahin Bağırov deyəcək bu hallardan xəbərim yoxdur….
Hörmətli Vüqar müəllim, yeri gəlmişkən bir iki kəlmədə bu Şahin Bağırovun DGK sədri təyin olunmağı barədə bildirmək istərdim, yəni bunun himayədarları barədə…

Deməli 2018 -ci ildə Şahin Bağırov çox rüsvayçı bir şəkildə DGK-nin sədr müavini vəzifəsindən qovulduqdan sonra, bunun dostu hal hazırda SOCAR-ın müşavirlərindən biri olan, Elçin Ağakişiyev aparır bunu tanış edir indiki Əmlak Komitəsinin Sədri olan, o vaxt isə Vergi Xidmətinin rəis müavini olan Mətin Eynullayevlə….
Həmin bu Elçin Ağakişiyev Şahin Bağırovu nəyi var tərifləyir ki, ay nə bilim bundan yoxdur, gömrükdə dırnaq arası “ən təmiz adamdır” və sair, və Səfər Mehdiyev bunu qovub, tam biz axtardığıməz adamdır, beləki həm Mətin Eynullayevin, həmdəki Elçin Ağakişiyevin patronu olan Mikayıl Cabbarovun çoxdankı arzusu və planı idiki gömrüyü öz əlinə keçirsin…

Elə bu səbəbdəndə gömrükdən Səfər Mehdiyevin vaxtında “vurulub” çıxan yarıtmaz kadrları götürürdülər Vergi Xidmətinə işə, çünki gələcəkdə gömrük komitəsini ələ keçirdikdən sonra, Mikayıl Cabbarova bu sistemdə çalışacaq şəxslər lazım idi….
Elə bu kontekstədə Elçin Ağakişiyevin vasitəsilə Şahin Bağırov 2019-2022 ci illərdə öncə Dövlət Vergi Xidmətində, sonra isə Əmlak Məsələləri Dövlət Xidmətində çalışır…

Elçin və Mətin öz növbələrində, hər imkan düşdükcə Şahin Bağırovu Mikayıl Cabbarova durmadan tərifləyir və onunla təmas yaratmağa çalışırlar…
Zaman keçir, Mikayıl Cabbarov Səfər Mehdiyevin yola salınmasına nail olduqdan sonra, DGK -nin Sədri vəzifəsinə ilk olaraq özünün dostu olan və hal hazırda Dövlət Vergi Xidmətində, İdxal İxrac Əməliyyatlarına Nəzarət Departamentinin rəisi vəzifəsində işləyən və eyni zamanda təhsil naziri olmuş Misir Mərdanovun kürəkəni olan Azər Məmmədovun kandidaturasını həmin posta keçirə bilmədiyi üçün, şans qalır Şahin Bağırova və onun təyinatı baş tutur….
Yəni Mikayıl Cabbarov heç özü doğru dürüst tanımadığı bir şəxsi, yəni Şahin Bağırovu Cənab Prezidentə yalandan tərifləyərək onu Sədr təyin etdirməyə müvəffəq olur…

Əsl konsert isə bundan sonra başlayır….

Deməli Vüqar müəllim, çox keçmirki, bu Şahin Bağırov iç üzünü, əsl kimliyini, idarə etmə sayəsində olan səriştəsizliyini və qeyri professional olmağını çox qısa müddət ərzində göstərir…

Beləki vəzifəyə oturar oturmaz, həmən keçmiş zamanda olan “ağrı acılarının” qisasını almaq məqsədilə qabağına keçən hərkəsi çəkir car mıxa…
İş qallr bir tərəfdə sanki bir məktəb müəllimi kimi başlayır yersiz sorğu suala, intriqalara…
Bir müddət sonra isə başlayır öz ətrafına müxtəlif zamanlarda gömrük sistemindən uzaqlaşdırılan və qovulan korrupsioner və müxalifətçi şəxsləri öz ətrafına toplamağa və vəzifə paylamağa…

Yuxarıda qeyd etdiyim kimi, özünə Sədr müavini təyin edilməsinə nail olan, cəhbəçi keçmişi ilə tanınmış, əvvəllər DGK-nin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi olmuş, sonradan Şahin Bağırovun Sədr işlədiyi vaxt təqaüdə çıxan Güloğlan Muradlı kimi və ən əsası keçmişdə gömrüyü talayıb var dövlət sahibi olmuş Xaçmaz, Astara kimi gömrük idarələrinin rəisi olmuş, sonra isə FHN -də müxtəlif vəzifələrdə çalışmış və ordan Kəmaləddin Heydarov tərəfindən qovulmuş Kənan Aşurlu kimilərini gömrükdə yüksək vəzifələrə təyin edir.
Kənan Aşurlu faktiki olaraq Şahin Bağırovun qara kassası və kassiri sayılır.
Kənan Aşurlu, Bakı şəhərinin müxtəlif ərazilərində, o cümlədən Nərimanov rayonu, erməni qəbirstanlığı (İniki Əhməd Rəcəbli) kimi tanınan ərazidə çox sayli obyektləri varıdı.

Və zamanında bu Kənan Aşurlu Şahin Bağırova maddi və mənəvi dəstək olmuşdur.
Beləki Şahin Bağırov hələ DGK-nin Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəisi olduğu vaxtlarda, Kənan və digər gömrük idarələrinin rəisləri ona aylıq haqq ödəyiblər…

Və bugün Şahin Bağırov Kənan Aşurlunu gömrüyün “qızıl kisəsi” sayılan ən böyük idarələrin biri olan Azterminal Kompleksə rəis təyin edərək, orda gömrük bəyannamələrinin yazılmağından və digər xidmətlərin göstərilməsindən yığılan KÜLLİ MİQDARDA vəsaitin, öz ata malı kimi xərcləməyə və ordan ağıla sığılmaz dərəcədə varlanmaqlarına yol açmışdır…

Hətta deyilənlərə görə, Şahin Bağırov öz “kuratoru” olan Mikayıl Cabbarovun belə “saqqızını oğrayaraq” Kənan Aşurlu kimi bir rüşvətxor ünsürün belə bir önəmli vəzifəyə təyin etməsinə razılıq alması, Mikayıl Cabbarovun yaxın ətrafında olan bir qrup şəxsin etirazına səbəb olmuşdur…
Maraqlısı budur ki, bu maliyyə maxinasiyaları Şahin Bağırovun birinci müavini olan və gömrük sistemində “bağban Bəhruz” kimi tanınan, əvəllər Hava Nəqliyatında Baş Gömrük İdarəsinin rəisi olmuş, Bəhruz Quliyevdə durur və önəmli rol oynayır…

Hörmətli Bakunews.az redaksiyası.

Həmin bu Bəhruz Quliyev, DGK sistemində önəmli fiqurlardan biridir, eyni zamanda gömrük komitətəsinin bütün maliyyə, tender və satınalmalar komisiyasının sədridir və onun imzası olmadan heç bir maliyyə əməliyyatı keçmir…
Bir yerdə çalışmaqlarına baxmayaraq, Şahin Bağırov və Bəhruz Quliyev “mehriban düşməndirlər”…
Səbəb isə klassik Azərbaycan səbəbidir, Bəhruz Quliyev nəyin bahasına olur olsun bütün “patronları” vasitəsilə Şahin Bağırovun yerinə sədr keçmək istəyir və bunun üçün bütün gücünü səfərbər edib…
Buna baxmayaraq, pul şirin şeydir və pul mövzusunda bir araya gələ bilirlər…
Bəhruz Quliyev komitə sədrinin müavini olduqdan sonra, səlahiyyətləri və imkanları artıqdan sonra, ətrafına öz adamlarını yığır, necə deyərlər öz komandasını formalaşdırır…
Elə bu niyyətlədə əvvəl özü rəis vəzifəsində çalışmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə, özünün ən yaxın dostu və kirvəsi olan, adı tez tez qalma-qallarda hallanan və illər əvvəl orda karqo sistemində çalışmış və işində yol verdiyi nöqsanlara görə ordan qovulan Anar Cahangirovu təyin etdirir.
Beləcədə ölkənin əsas və bugün fəliyyət göstərən tək qapısı sayılan aeroporta nəzarəti tam ələ keçirir, ordan qazanılan pul axınını idarə edir və ölkəyə gizli idxal və ixrac edilən bir çox mal qaçaqmalçılarına Anar Cahangirov vasitəsilə havadarlıq edir…

Bütün Azərbaycana məlumdur ki, Anar Cahangirov Bəhruz Quliyevin “QARA KASSASIDIR”!!!

Yeri gəlmişkən Bəhruz Quliyev əslən Tovuzludur, elə buna görədə öz yerlisi olan, bugünlərdə barəsində danışdığınız Putin İlhamın əmisioğlu olan Pərviz Rəhimovu Xaçmaz Gömrük İdarəsinə rəis təyin etdirərək, onuda öz himayəsinə alaraq, eyni zamanda ölkənin Şimal qapısınada beləliklə nəzarət edir….
Pərviz Rəhimovun “işbazlıq” fəaliyyəti isə göz qabağındadır…
Hətta bu azmış kimi, Pərviz Rəhimovun oğlunu – Pərvin Rəhimovu gömrük komitəsində idarə rəisi vəzifəsinədə təyin etdirir və beləliklə ata oğulda gömrüyü bir tərəfdən talayırlar…
Pərvin Rəhimovunda adı atasının iş birliyində olan Red Bul məsələsindədə çox yaxından keçir, beləki bu Red Bul məsələsinə şəxsən oğul Rəhimov nəzarət edir…
Bəhruz Quliyevin rəis təyin etdirdikləri şəxslərin və idarələr bununla bitmir.

Beləki Tovuz, Gəncə, Sumqayıt və digər Gömrük İdarələridə Bəhruz Quliyevin himayəsindədir və pul axınına özü şəxsən nəzarət edir…
Hörmətli Vüqar müəllim, ən dəhşətlisi isə odur ki, bunların kadr seçimi ölkəmiz üçün çox təhlükəli və bərbaddır…Məsələn Sumqayıt Gömrük İdarəsinin rəisi vəzifəsində çalışan Tariyel adlı şəxs, Bəhruz Quliyevin tələbə yoldaşıdır və onu bu vəzifəyə şəxsən Bəhruz Quliyev təyin etdirib…
Sumqayət gömrüyünün rəisi olan həmin bu Tariyelində doğma bacanağı, xaricə qaçmış QHT rəhbəri olan mühacirlərdən biridir, ölkəmizə qarşı öz çirkin mövqe və çıxışları ilə xaricdə fəaliyyət göstərən şəxsdir…
Həmin bu Tariyel Sumqayıt gömrüyündə aparılan qanunsuz əməllərlə ad çıxarıb, əsas kriminal fəaliyyəti və qazanc mənbəyi isə ölkədən qara və əlvan metalların ixracında formalaşıb…

Metal ticarəti isə hamımıza bəlli bir sahədir ki nə qədər pulludur.

Sumqayıtda baş verən eyni hallar, Bəhruz Quliyevin himayəsi altında Tovuz gömrük idarəsindədə dəfələrlə baş verib…
Beləki külli miqdarda rüsümdan yayınaraq və qaçaqmalçılıq yolu ilə ölkədən əlavan metal çıxarmaq istəyən şəxslərdə elə Bəhruz Quliyevin “xeyir duası ilə” qeyri qanuni fəaliyyət göstərib….

Bugünki gün Bakı Baş Gömrük İdarəsində baş verənlər üçün isə danışmağa gün çatmaz…
Ora ayrıca bir “dövlət” hesab edir özünü, öz yazılmayan qanunları əsasında idarə olunur…
Bunun səbəbi isə Bakı Gömrüyünün rəisi Elmir Ramazanovdur…
Elmir Ramazanov heç Şahin Bağırovu belə saymır, hətta BBGİ-nin həyətində gözlətdirir…
Bakı Gömrüyünə Elmir Ramazanovun istəmədiyi heç bir şəxs Şahin Bağırov tərəfindən təyin edilə bilməz…
Elmir Ramazanov sanki “ŞAH” hesab edir özünü…

BBGİ-də baş verən kriminal əməllər, açıq şəkildə tüğyan edən rüşvətxorluq hələ tarix boyu bu şəkildə olmayıb…
Əks halda ilk təyin olunanda KİA markalı avtomobillə işə gələn Elmir Ramazanov çox saylı obyektlərin, bağ və vilların, bahalı avtomaşın kolleksiyası sahibi olmazdı, və hal hazırda idarə etdiyi son model BMW 750 markalı 10 FQ 500 nömrəli avtomaşına yiyələnməzdi…
Və oda Bəhruz Quliyev kimi Şahin Bağırovun əvəzinə DGK-nin sədri olmaq arzusunda olanlardandır…
Bunun üçün mənəvi qidanı isə öz “himayədarları” olan Mikayıl Cabbarov və Elnur Əliyevdən alır…
Elmir Ramazanovunda bu vəzifəyə kimin və nəyin hesabına gəlməsi hamıya bəllidir…
Bax budur bugünki gömrük sistemi, onun rəhbərləri və apardıqları siyasət!!!!
Vüqar müəllim sizdə burdan ət belə gəldi, belə getdi deyirsiz…
Bu şəxslərin əlində olan gömrük komitəsindən nə gözləmək olar⁉

ƏLBƏTTƏKİ HEÇNƏ!

Yeri gəlmişkən, ən əsası budurki, Şahin Bağırov bir müddət sədr işlədikdən sonra, özünə kifayət qədər ətraf və külli miqdarda vəsait topladıqdan sonra, başlayır özünü sərbəst hiss etməyə və misal var: “Deyirlər kimi tutarsan, deyirlər çörək verənimi…”
və bu minvallada öz kutatoru olan Mikayıl Cabbarovu belə saymır və görməzdən gəlir…
Beləki artıq şəxsən Mikayıl Cabbarov tərəfindən göndərilən şəxslərə məsul vəzifə verməkdən imtina edir, vəzifəyə təyin etdiklərini isə başlayır basqı və təpgi göstərərək onları məcbur edir ərizələrini yazıb uzaqlaşsınlar…
Belə şəxslərdən biri, əvəllər Vegi Xidmətinin Əməliyyat İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışmış və sonradan DGK-nin Mühafizə Baş İdarəsi rəisi vəzifəsinə təyin olunan Elçin Şəxəliyevdir…
Şahin Bağırov onu belə qəsdən bezdirərək, dırnaq arası öz ərizəsini yazmağa məcbur etmişdir…
Şahin Bağırov tərəfindən “arzuolunmaz” belə şəxslərin sayı çoxdur…
Hörmətli Vüqar müəllim, sonda məni bir azərbaycanlı, azərbaycan kişisi və bir valideyin kimi narahat edən vacib və çox ciddi məsələyə toxunmaq istəyirəm…
Ən böyük rüsvayçılıq isə Azərbaycan dövlətinə və xalqına yaraşmayan, dövlətimiz tərəfindən qəbul edilməyən transqender bir şəxsin Şahin Bağırov tərəfindən DGK-nin Mərkəzi Gömrük Hospitalına həkim, şöbə müdürü təyin edilməsidir…
Bu hadisə bundan bir müddət öncə baş verib, hətta həmin şəxsin milli mənəvi adət ənənəmizə heç bir hörmət qoymadan, gələcək nəsillərimizə bir pis örnək olacaq halın qarşısını almaq əvəzinə, DGK-nin hospitalının rəsmi İnstaqram səhifəsindədə fotosunu paylaşmışdırlar…
Əvəllər bu şəxsin kişi cinsindən olan vaxtı adı Pavel olmuş, sonradan əməliyyat olunaraq cinsini dəyişmiş və adını dəyişdirərək Polina qız adı ilə əvəzləmişdir….
Həmin şəxsin DGK-nin Mərkəzi Hospitalının rəsmi İnstaqram səhifəsində paylaşılmış fotosunuda Sizlərə təqdim edirəm…
Sonradan isə həmin bu şəxsi tələm tələsik işdən azad etmişdir…
Sual olunur⁉
Şahin Bağırov əgər bu doğru bir hal idisə, niyə tez bazar həmin şəxsi işdən azad edib, foto şəkilidə Mərkəzi Hospitalın rəsmi İnstaqram səhifəsindən sildirirdiniz⁉⁉⁉
Deməli özün çox gözəl bilirdin ki, bu milli mənəvi dəyərlərimizə zid bir addımdır, özüdə rəsmi dövlət orqanına transqender birinin təyinatı…
Bu isə Şahin Bağırovun azərbaycan dövlətinə, xalqına və mentallığına olan ən böyük hörmətsizliyi, sayqısızlığı və zərbəsi idi…
Mən bu mövzulara çox toxunmaq istəmirəm, sadəcə utanıram hətta bunu dilimin ucuna gətirməyə, Azərbaycan xalqı Babəklər, Cavanşirlər, Koroğlular, Ulu öndər yetişdirən bir xalqdır!
Bu xalq Ali Baş komandanın rəhbərliyi altında 30 illik həsrətində olmuş torpaqlarını yağı düşmən tapdağından şəhidlərimizin canı, qanı hesabına azad etmiş və öz KİŞİLİYİ, MƏRDLİYİ ilə seçilən bir xalqdır….
Bugün dövlət qurumunu sevgi yuvalarına, oriyentasiyası pozuq və qeyri etik məkanlara çevirmək olmaz!
Gömrükdə baş verən belə hallarla bağlı faktlar çoxdur və buda bir çoxlarına sirr deyil…
Hörmətli Vüqar müəllim sonda sizə işlərinizdə uğurlar arzulayıram, dövlətimizin və xalqımızın rifahı naminə çalışdığınız üçün təşəkkür edirəm sizə…
Cənab Prezidentimizində qeyd etdiyi kimi, içtimai nəzarət, sədaqətini və əqidəsini itirmiş bəzi məmurları cəmiyyətdə ifşa edəcək və ümüdvaram ki aidiyyatı qurumlar bununla bağlı müvafiq ölçü götürəcək!!!

Hörmətlə: Vüsal Səmədov

Qeyd: Qeyd edək ki, məktubda səsləndirilən fikirlər müəllifin şəxsi iddialarıdır və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Bakunews.az mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən münasibət almağa çalışacaq və rəsmi cavab təqdim olunduğu halda oxuculara çatdıracaq./Bakunews.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradıldı

    Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası ...

    8-02-2016, 14:59

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb

    Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən ...

    12-09-2018, 16:44

  • 
  • Səfər Mehdiyev necə olur ki, MÖVQELƏRİNİ QORUYUR... - İDDİA

    Səfər Mehdiyev necə olur ki, MÖVQELƏRİNİ ...

    18-12-2020, 11:48


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu