GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QMİ sədrinin yaxın adamının “kredit günahı”

QMİ sədrinin yaxın adamının “kredit günahı”

Tarix: 15-10-2025, 12:44 Bölmə :Cəmiyyət Baxış: 71

İlahiyyatçılar deyir ki, faiz böyük günahdır, amma kredit..


Azərbaycanda çox az sayda adam olar ki, onun banklara kredit borcu olmasın. Çünki əhalinin əksəriyyəti ya xaricdə işləyən yaxınlarının göndərdiyi pulla, ya da bankdan aldıqları kreditlə dolanırlar. Hətta telefon, hansısa ev əşyasını, hətta geyimlərini belə kreditlə alanlar var. İnsanlar külli miqdarda məbləği banklardan alır, sonra isə onu az-az ödəyir, təbii ki, faizi ilə.

Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO  Pravda.azSurxay Məmmədli: Londondakı səfirliyimizə hücum dinə və əqidəyə yaraşan  hadisə deyil - AZƏRTAC

Surxay Məmmədli

Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Surxay Məmmədlinin idarə etdiyi “Nissan Patrol” markalı avtomobilin 250 000 manat dəyərində olması haqda iddialarla bağlı verdiyi açıqlama müzakirə yaradıb. Din xadiminin avtomobili təxminən bir il əvvəl 33 min manata, kredit yolu ilə əldə etdiyini deməsi tənqidə səbəb olub, kreditin dində haram olduğu bildirilib. Pravda.az bu barədə S.Məmmədlinin mövqeyini öyrənməyə çalışıb. O isə “Açıqlamada hər şeyi demişəm. Təfərrüata ehtiyac duymuram...” deməklə kifayətlənib. Kredit faizli borc deməkdir. Faiz də İslam dininin ən ağır qadağalarından biridir. Hazırda müsəlman aləmində bu problemin necə həll edilməsi ilə bağlı müzakirələr də gedir. Hətta Azərbaycanda faizsiz kredit verən İslam bankının yaradılması haqqında da fikirlər səslənir. Ancaq dini ekspertlərə görə, banklardan kreditlə pul almaqdan fərqli olaraq kreditlə əşya almaq günah hesab edilmir.

Bəs İslam ölkələrində kredit məsələsi necə həll edilir? İslamda faiz (riba) qadağandır, çünki bu, ədalətsiz qazanc və insanların istismarına səbəb ola bilər. Bu səbəbdən, faiz əsaslı ənənəvi kredit sistemindən fərqli olaraq, İslam ölkələrində faizsiz, halal alternativlərdən istifadə olunur. Bu sistemə ümumilikdə İslam bankçılığı deyilir. İslam bankçılığı faizsiz işləyən maliyyə sistemidir. Burada əsas prinsiplərdən biri də odur ki, bank müştəri ilə riski və gəliri bölüşür. Bu sistemdə qazanc faiz kimi sabit rəqəm üzərindən deyil, real iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlirə əsaslanır. Eyni zamanda maliyyə əməliyyatları haram sayılan sahələrə (məsələn, alkoqollu içkilər, qumar, donuz məhsulları və s.) yönəldilə bilməz.

İslam banklarında kredit əvəzinə bir neçə əsas maliyyə üsulu tətbiq olunur. Bunlardan biri murabaha adlanır. Bu üsulda bank müştərinin istədiyi malı alır və üzərinə müəyyən mənfəət qoyaraq ona satır. Müştəri bu məbləği hissə-hissə geri ödəyir. Burada faiz yoxdur, sadəcə, satış mənfəəti var. Digər bir üsul icarə modelidir. Bank bir əmlakı alıb müştəriyə icarəyə verir, ödənişlərin sonunda isə əmlak müştərinin mülkiyyətinə keçir. Mudaraba modeli isə əmək və kapitalın birləşməsinə əsaslanır. Bank kapital qoyur, müştəri isə işləyir və əldə olunan qazanc əvvəlcədən razılaşdırılmış nisbətdə bölünür. Zərər olduğu halda isə yalnız kapital sahibi, yəni bank məsuliyyət daşıyır. Bundan başqa, muşaraka - yəni ortaq investisiya forması da geniş tətbiq olunur. Burada həm bank, həm müştəri ortaq şəkildə investisiya qoyur, gəlir və zərər birlikdə bölünür. Halal bankçılıq sistemi Malayziya, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya kimi İslam ölkələrində geniş yayılıb və dövlət tərəfindən tənzimlənir. Eyni zamanda Böyük Britaniya, Almaniya, Fransa və Rusiya kimi qeyri-İslam ölkələrində də İslam bankçılığı xidmətləri fəaliyyət göstərir. İslam banklarının fəaliyyətində şəriət şurası xüsusi rol oynayır. Bu, İslam hüququ üzrə ixtisaslaşmış alimlərdən ibarət heyətdir və bankın təqdim etdiyi bütün məhsulları nəzərdən keçirərək onların şəriətə uyğun olub-olmadığını müəyyən edir. Bu, sistemin dini baxımdan etibarlı qalmasını təmin edir.

Göründüyü kimi, İslam ölkələrində kredit məsələsi faizsiz və ədalətli prinsiplərə əsaslanaraq, müxtəlif halal maliyyə mexanizmləri vasitəsilə həyata keçirilir. Bu sistem həm dini prinsiplərə sadiq qalır, həm də iqtisadi fəaliyyət üçün real alternativlər təqdim edir. Azərbaycanda isə bu sistem tətbiq olunmur. Bəs inanclı insanlar nələrə diqqət etməlidirlər?

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı fikrini “Yeni Müsavat”la bölüşüb: "Məsələyə dini baxımdan yanaşanda alimlərin ümumi yanaşması var. Bu da ondan ibarətdir ki, banklardan faiz götürülməsi, faizlə mal alınması yolverilməzdir. Düzdür, bunu şəriətlə müxtəlif şəkildə həyata keçirən mexanizmlər var. Amma ümumi yanaşma ondan ibarətdir ki, banklardan faizlə pul götürmək böyük günahdır. Bank faizlə işlədiyinə görə diqqətli olmalıyıq. Yalnız əşya almaqla bağlı istisna var, bunun da konkret bir mexanizmi mövcuddur. Bununla bağlı alimlərin müxtəlif fikirləri var. Qaldı ki, digər məsələlərə - hər kəs öz əməlini nəzərdən keçirməli, başqalarını müzakirə etməməlidir. Əsas məsələ odur ki, hər kəs öz əməllərinə baxmalıdır".

Ağa Hacıbəyli - Publika.Az

Ağa Hacıbəyli

İlahiyyatçı Ağa Hacıbəyli isə mövzu ilə bağlı “Yeni Müsavat”a verdiyi açıqlamada bildirib: “Məsələnin dini tərəfini qeyd edərkən vurğulamaq lazımdır ki, Peyğəmbərimizin (s.ə.s) dövründə də çox ciddi faiz baronları yaşayırdı. Onlar yaşadıqları cəmiyyətə sitəm edirdilər. Çünki faiz - zülm üzərində qurulmuş bir sistemdir. Qarşısındakı insanın alın tərinə, əlinin qabarına hörmət etməyən düşüncə sistemidir. Zəifin üzərində güclünün qazanmasıdır. Ona görə İslamın ilk dövrlərində faiz kökündən rədd edildi. Qurani-Kərimdə bu barədə konkret ayələr var. "Bəqərə" surəsinin 279-cu ayəsində İslam dinində heç bir qadağanın bu qədər şiddətlə vurğulanmadığı bildirilir: Əgər faizdən əl çəkməsəniz, bilin ki, bu - Allah və Rəsuluna qarşı savaş elan etməkdir. Yer üzündə bir bəşəriyə Allah bu şəkildə xəbərdarlıq edir: "Əgər sən faizdən əl çəkməsən, sən Allah və Rəsuluna qarşı savaşmısan" . Bu şəkildə Qurani-Kərimdə faizə qarşı mövqe ortaya qoyulub.

Peyğəmbərimizin (s.ə.s) hədisində isə faiz alanı da, yedizdirəni də, ona şahidlik edəni də Allah lənətləyib. O dövrdə Allah cəmiyyəti təmizləmək, onu tərəqqi halına gətirmək üçün insanları mənəviyyat bataqlığından bir-bir çıxardı. Faiz kimi bir bəladan cəmiyyət xilas olduqda, ayaqda dimdik duraraq həyata doğru addımlaya bilir. Ona görə də İslam bütün düşmənçilik bağlarını qopardı. Çünki faiz - vicdansız bir qazanc sistemidir. Tənbəl bir qazanc formasıdır. Bir qrup varlı insanın yüzlərlə, minlərlə, milyonlarla insanın əməyi üzərindən qazanması sistemidir. Buna görə İslam belə bir sistemi nə o dövrdə, nə də bu dövrdə qəbul etməyib".

Kredit məsələsinə gəlincə, ilahiyyatçı bildirib ki, onun faizdən fərqli tərəfləri var: “Ona görə fərqlidir ki, kredit pul üzərində deyil, alış-veriş üzərində qurulur. Kredit ticarətlə, hər hansı əməyin qarşılığında alınıb verilir. Ola bilsin ki, bu alış-veriş zamanı insanların razılığı da olur. Tərəflər razılaşırlar - məsələn, biri torpaq alacaq, orada əkinçiliklə məşğul olacaq, kənd təsərrüfatını inkişaf etdirəcək, yaxud arıçılıqla məşğul olacaq, iqtisadi fəaliyyət quracaq. Əgər bu prosesdə əmək, zəhmət varsa, o zəhmətin üzərində qurulan da ticarətdir və tərəflər buna razıdır. Amma faiz - konkret olaraq pulun üzərindən pul qazanmaqdır ki, bu da dinimiz tərəfindən qadağan olunub”./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacı Surxay Zauru Şeyxlə bərabər Şuşaya necə aparıb? - AÇIQLAMA

    Hacı Surxay Zauru Şeyxlə bərabər Şuşaya necə ...

    15-07-2021, 13:43

  • 
  • Əhalinin banklara 750 milyon manat borcu var

    Əhalinin banklara 750 milyon manat borcu var ...

    13-12-2013, 15:07

  • 
  • Azərbaycanda piri girov qoyub kredit götürmək istədilər

    Azərbaycanda piri girov qoyub kredit götürmək ...

    23-05-2013, 03:27

  • 
  • Azərbaycanda gecikmiş kreditlərin məbləği nə qədərdi?

    Azərbaycanda gecikmiş kreditlərin məbləği nə ...

    19-01-2018, 07:18

  • 
  • Mərkəzi Bank kredit borcu olanlarla bağlı açıqlama yaydı

    Mərkəzi Bank kredit borcu olanlarla bağlı ...

    29-06-2015, 11:12


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu